Proqram yeniləmələrinə aşağıda göstərilənlər və digər yeniləmələr daxildir
Cihazınızdan səmərəli şəkildə istifadə edə bilmək üçün cihazınızı ən son yeniləmələr ilə təmin edin və mütəmadi olaraq proqram yeniləmələrinin mövcud olub olmadlğını yoxlayın.

Galaxy A14 5G (SM-A146B)


Qurulmuş Nömrə : A146BXXU8DYF4
Android versiyası : V(Android 15)
Buraxılış Tarixi : 2025-06-19
Təhlükəsiz paket səviyyəsi : 2025-05-01
One UI 7.0 yeniləməsi (Android 15)



Cəsarətli yeni görünüş

Əlavə vizual imkanlar
Daha da təkmilləşdirilmiş və təkrarolunmaz görünüşün dadını çıxarın. One UI 7 düymələr, menyular, bildirişlər və idarəetmə panelləri daxil olmaqla əsas komponentlərin yeni heyranedici dizaynını təqdim etməklə yanaşı, əyrilər və dairələr üzrə daha uyğun vizual təcrübəni də təmin edir. Məhz One UI üçün nəzərdə tutulmuş yeni gözəl rənglər, rəvan animasiyalar və innovativ duman effekti məlumat ardıcıllığının daha aydın göstərilməsini təmin edir və diqqətinizi mühüm məlumatlara cəmləməyinizə kömək edir.

Təzələnmiş Əsas ekran
Təptəzə proqram nişanları lazım olan proqramın tanınmasını asanlaşdıran yeni vizual metaforları və rəng sxemləri olan Əsas ekranda möhtəşəm görünəcəklər. Vidjetlər daha al-əlvan rəngli təsvirlər və daha uyğun düzülüşlər ilə tamamilə yenidən dizayn edilmişlər. Əsas ekrandakı qovluqların da böyüdülməsi mümkündür ki, bu da qovluğu əvvəlcədən açmadan dərhal proqramlara daxil olmağınıza imkan verir.

Sadələşdirilmiş Əsas ekran çərçivəsi
Əsas ekranınız indi hətta əvvəlkindən də yaxşı görünür. Yeni standarta uyğun olan çərçivənin quruluşu simmetrikliyi təmin edir və One UI vidjetlərnin standart ölçülərdə istifadə edilməsini asanlaşdırır.

Əsas ekranın yaxşılaşdırılmış mənzərə görünüşü
Hətta telefonunuzdan üfüqi şəkildə istifadə edərkən Əsas ekranınız üçün daha uyğun olan görünüş əldə edin. Vidjetlər mənzərə görünüşündə indi eyni ölçülər nisbətinə malikdirlər və mətn etiketləri nişanların yanında deyil, onların altında görünürlər.

Proqram və vidjetlərin üslubunu fərdiləşdirin
Əsas ekranınızın istədiyiniz şəkildə görünməsini təmin edin. İndi proqram nişanlarının ölçülərini tənzimləyə, eləcə də mətn etiketlərinin proqram nişanlarının və populyar vidjetlərin aşağısında göstərilib-göstərilməməsini seçə bilərsiniz. Hər bir vidjetin formasını, fon rəngini və şəffaflığını da parametrlərdə tənzimləyə bilərsiniz.



Kilid ekranı

Now bar ilə mühüm tapşırıqları nəzarətdə saxlayın
Lazım olan məlumatları dərhal yoxlayın və telefonunuzun kilidini açmadan vacib xüsusuiyyətləri işə salın. Davam edən tapşırıqlar Kilid ekranınızın ən aşağısında Now bar-da görünəcəyi üçün əsas məlumatları tez yoxlaya bilərsiniz. Məlumatlara mediaya nəzarət, Saniyəölçən, Taymer, Səs yazıcı, Samsung Health və s. daxildir.

Daha çox vidjetlər və qısayollar
İndi telefonunuz kilidli olduqda belə daha çox şeylər görə və daha çox imkanlardan yararlana bilərsiniz. Qalereyanızda göstərilən şəkillərə və hekayələrə vidjet əlavə edin, yaxud barmağınızı azacıq sürüşdürməklə QR kodu skanerini açan qısayolu sınayın.



Cəld panel və bildirişlər

Ayrıca gələn bildiriş və cəld panellər
Cəld parametrlər üçün daha çox yer ayırmaq istədiyiniz panelə dərhal daxil olun. Cəld parametrlər panelini açmaq üçün barmağınızı ekranın yuxarı küncündən aşağıya sürüşdürün. Bildiriş panelini açmaq üçün barmağınızı ekranın yuxarısında başqa bir yerdən aşağıya sürüşdürün.

Cəld panelnizi fərdiləşdirin
Cəld panelin sizin üçün uyğun olan quruluşunu yaradın. Redaktə etmə rejiminə daxil olmaq üçün cəld panelin yuxarısındakı karandaş nişanına vura, sonra isə tərcihlərinizə uyğunlaşdırmaq üçün idarəetmə düymələrini yuxarı və aşağı hərəkət etdirə bilərsiniz.

Canlı bildirişlər
Hal-hazırda baş verənlərə nəzarət edin. Canlı bildirişlər taymerlər, səs yazıcılar, məşqlər və s. kimi davamlı fəaliyyətlərin irəliləyiş səviyyəsini göstərdiyi üçün onlarla bağlı tədbirləri tez bir zamanda görə bilərsiniz. Canlı Bildirişlər Kilid ekranındakı Now bar-da, vəziyyət zolağında və bildiriş panelinin yuxarısında görünəcək.

Bildirişlərin yeni düzülüşü
Bildiriş nişanları indi Əsas ekranınızda görünən nişanın eynisidir və onlar hər bir bildirişi hansı proqramın göndərdiyini bilməyi asanlaşdırır. Qruplara ayrılmış bildirişlər kart dəsti kimi görünür. Qrupdakı bütün bildirişlərin göstərilməsi üçün dəstin üzərinə vurun.



Asanlıqla təsvirlər çəkin

Yeni Kamera düzəni
Lazım olan xüsusiyyətləri daha asan tapmaq, eləcə də çəkdiyiniz şəklin və ya videonun ilkin halını daha aydın göstərmək üçün kameranın idarəetmə düymələri və rejimləri yenidən düzülmüşlər.

Rejimlər seçiminin yaxşılaşdırılması
Daha çox rejim menyusu yenidən dizayn edilib. İndi ekranın tamamını doldurmaq və kameranın görünüşünü bloklamaq yerinə rejimi yalnız ekranın aşağısını tutan kiçik ani pəncərədə seçə bilərsiniz.

Təkmil miqyas idarəediciləri
İndi lazım olan miqyas səviyyəsini seçmək daha asandır. 2x miqyas düyməsi indi standart olaraq mövcuddur və linza seçildikdən sonra miqyas üzrə əlavə seçim variantları görünür.

Daha yüksək səviyyəli filtr təcrübəsi
Kamera filtrləri tamamilə yenilənib. İndi yeni filtrlər mövcuddur və əvvəlcədən mövcud olan filtrlər təkmilləşdirilib. Hər bir filtr intensivlik, rəng hərarəti, kontrast və dolğunluq üzrə dəqiq tənzimləməyə imkan verməklə istədiyiniz görünüşü əldə etməyinizi asanlaşdırır. Seçdiyiniz şəkillərdəki üsluba və əhval-ruhiyyəyə əsasən fərdi filtrlər də yarada bilərsiniz.

Mükəmməl kadr çəkin
Tor xətlərinə və səviyyələrə görə kameranın pozisiyasının tənzimlənməsində kömək alın. Tor xətlərini indi üfüqi səviyyədən ayrı olaraq aktiv və qeyri-aktiv etmək olar. Şaquli səviyyəni göstərmək üçün yeni seçim də mövcuddur.



Xüsusi anlarınızın dadını çıxarın

Sərbəst formalı kollajlar
Qalereyada kollajlar üçün əvvəlcədən təyin edilmiş quruluşlardan kənara çıxın. Özünüzün unikal quruluşunuzu yaratmaq üçün indi kollajınızda təsvirlərin ölçüsünü, pozisiyasını və əvəzlənməsini tənzimləyə bilərsiniz.

Hekayələrdə kollajları redaktə edin
Hekayənizin kollajının istədiyiniz kimi görünməsini təmin edin. İndi hekayələrdə yaradılmış kollajları redaktə etmək üçün tam idarəetməyə sahibsiniz. Təsvirləri əvəzləyin, təsvirləri silin və ya əlavə edin, yaxud pozisiyanı və ölçünü tənzimləyin.



Sağlamlığınızı idarə edin

Diqqətinizi cəmləyin
Samsung Health-dəki yeni Diqqəti cəmləmə xüsusiyyəti sizə gündəlik həyatınızda stressin və təlaşın öhdəsindən gəlməkdə kömək edə bilər. Əhvali-ruhiyyənizi və emosiyalarınızı izləyin, nəfəs məşqləri, meditasiya və s. edin.

Yeni Samsung Health-in bəcləri
Samsung Health-də yeni bəclər qazanarkən motivasiyalı qalın və sağlamlıq üzrə məqsədlərinizə çatmaq üçün işləyin. Enerji göstəricisi, məşq, fəaliyyət, yemək, su, bədən quruluşu və s. üçün yeni bəclər qazanmaq məqsədilə özünüzlə mübarizə aparın.



Məhsuldarlığınızı artırın

Aşağı endirilmiş proqramlar üçün ilkin nümayiş etdirmə şəkilləri
Eyni proqramın çox sayda özüaçılan pəncərəsi aşağı endirilmiş olduqda, onlar tək nişan altında birləşdiriləcəklər. Nişana toxunduqda proqramın açıq pəncərələrinin hamısının ilkin nümayiş etdirmə şəkilləri göstəriləcək ki, bu da istədiyiniz pəncərəni asanlıqla seçməyə imkan verir.

Xəbərdarlıq siqnallarınızı qruplaşdırın
Saat proqramında birlikdə idarə etmək istədiyiniz xəbərdarlıq siqnallarının qruplarını yaradın. Tək toxunuşla bir qrupdakı xəbərdarlıq siqnallarının hamısını qeyri-aktiv edə bilərsiniz.

Xəbərdarlıq siqnallarınızın hamısının tutumunu eyni olaraq saxlayın
Quraşdırmanın daha asan olması üçün xəbərdarlıq siqnallarınızın hamısı standart olaraq eyni tutumundan istifadə edəcək. Hər xəbərdarlıq siqnalı üçün fərqli tutum təyin etməyə üstünlük versəniz, bunu Saat parametrlərində seçə bilərsiniz.

Təkmilləşdirilmiş fayl seçimi
Yeni Fayl seçicisi müxtəlif proqramlarda faylların qoşulmasını və seçilməsini asanlaşdırır. Müxtəlif yaddaş yerləri və kateqoriyaları arasında keçid edilməsi asan olması ilə yanaşı, müvafiq faylları əldə etməyinizi təmin etmək üçün ilkin nümayiş etdirmə şəkilləri göstərilir.



Tapşırıqları və tədbirləri planlaşdırın

Təqvimdəki tədbirlərin vaxtını asanlıqla dəyişdirin
Tədbirin tarixini dəyişmək üçün Aylıq təqvim görünüşündə tədbiri sadəcə olaraq bir tarixdən digərinə çəkib buraxın.

Vidjetlərdə təqvimləri ayrı-ayrı olaraq göstərin
İndi təqvim vidjetlərinizdə görünən təqvimlərə daha yaxşı nəzarət edə bilirsiniz. Sadəcə olaraq bir təqvim seçə və yalnız ondakı tədbirləri Əsas ekranınızda göstərə bilərsiniz, yaxud hər birində fərqli təqvim olan, ayrı-ayrı olaraq 2 təqvim vidjeti yarada bilərsiniz.

Mühüm tədbirə qalan günlər üçün geri sayım
Təqviminizdəki tədbir üçün geri sayım vidjeti yaratmaq indi həmişəkindən daha asandır. Tədbirin təfərrüatlarına keçin, sonra isə daha çox seçim menyusunda “Geri sayım vidjetini əlavə et” seçin. Əsas ekranınızda doğum gününüzə, yubileyinizə, məzuniyyətinizə, yaxud seçdiyiniz hər hansı digər tədbirə qədər qalan günlərin sayını göstərən vidjet görünəcək.

Tədbirlərin hamısını bir təqvimdən digərinə köçürün
Tədbirləri tək-tək köçürmək üçün əlləşməkdən qurtulun. İndi tədbirlərin hamısını bir təqvimdən digərinə köçürə bilərsiniz (məs., telefonunuzdakı təqvimdən tədbirlərin hamısının bulud əsaslı təqvimə köçürülməsi).

Təkrarlanan xatırlatmalar üçün daha çox seçim
İndi təkrarlanan xatırlatmalar yaradarkən təkrarlanan xatırlatma üçün bir tarix yerinə çox sayda tarixi seçə bilərsiniz.

Təkmilləşdirilmiş cəld əlavə etmə menyusu
İndi xatırlatmaların tez yaradılması daha asandır. Cəld əlavə etmə menyusu indi vaxt və məkan şərtləri üçün hazır seçim variantları ilə təmin edir.

Tamamlanmış xatırlatmalarınızı idarə edin
Xatırlatmalar siyahınızdakı qarışıqlığı aradan qaldırmaq daha asandır. Yeni parametr müəyyən müddətdən sonra tamamlanmış xatırlatmaları avtomatik olaraq silməyə imkan verir. Tamamlanmış xatırlatmalardan məlumatların hamısına daxil olmadan təkrar-təkrar istifadə etmək üçün onları kopyalaya da bilərsiniz.



Qoşul və paylaş

Cəld paylaşım üçün tövsiyə edilən cihazlar
Paylaşmaq üçün uyğun olan cihazı asanlıqla tapın. Samsung account-unuza daxil edilmiş cihazlar və keçmişdə məlumat paylaşdığınız cihazlar siyahının yuxarısında göründükləri üçün onları asanlıqla tapmaq olur.

İnternet üzərindən paylaşmağa davam edin
Cihazlar bir-birindən uzaqda olduqda belə fayl ötürülməsini başa çatdırın. Cəld paylaşımdan istifadə edərək faylları paylaşdıqda cihazlar birbaşa ötürülməyə davam etmək üçün bir-birindən çox uzaqda olarsa, ötürülmə Wi-Fi və ya mobil internetdən istifadə edilərək internet vasitəsilə problemsiz olaraq davam edəcək.



Təhlükəsizliyinizi qoruyun

Telefonunuz oğurlanmış olduqda halda məlumatınızı qoruyun
Yeni oğurluqdan qoruma xüsusiyyətləri telefonunuz oğurlanmış olduqda proqramlarınızı və məlumatınızı qorumağa kömək edirlər. Oğurluq aşkar edilərsə və ya şəbəkə bağlantınız kəsilərsə, ekran avtomatik olaraq kilidlənəcək, yaxud android.com/lock ünvanına keçid edərək ekranı əllə kilidləyə bilərsiniz. Həssas parametrləri dəyişməzdən əvvəl biometrik təsdiqləmə də tələb edə bilərsiniz.



Batareya və enerji doldurma

Enerjiyə qənaət üçün daha çox seçim
İndi telefonunuz Enerjiyə qənaət rejimində olduqda baş verənlərə daha yaxşı nəzarət edə bilirsiniz. Batareyanın sizin üçün uyğun olan miqdarda enerjisinə qənaət etmək üçün məhdudlaşdırmaq istədiyiniz xüsusiyyətləri dəqiqliklə seçin. Bu seçim variantlarını Enerjiyə qənaət aktiv olduqda belə dəyişdirə bilərsiniz.

Batareyanın qorunmasına daha çox nəzarət
İndi Batareyanın qorunmasını aktivləşdirdikdə, maksimum enerjidoldurma səviyyəsini təxminən 80%-95% arasında tənzimləyə bilərsiniz.

Yeni enerjidoldurma effekti
Enerjidoldurma qurğusuna qoşulduqda, doldurma təsdiqləməsi kəsintinin qarşısını almaq üçün ekranın ortasında deyil, onun aşağısında daha kiçik şəkildə görünərək, hələ də doldurma statusunu yoxlamağı asanlaşdırır.



Hər kəs üçün əlçatandır

Sadəcə olaraq bir barmağınızla miqyası böyüdün və kiçildin
Miqyası böyütmək və kiçiltmək daha asan oldu. Çimdik miqyasından çətin istifadə edən insanlar indi Köməkçi menyuda 1 barmaqlı miqyasdəyişdirməni aktivləşdirə bilərlər. Miqyası böyütmək üçün barmağınızı yuxarıya və ya sağa sürüşdürün. Miqyası kiçiltmək üçün barmağınızı aşağıya və ya sola sürüşdürün.

Ekranın təkmil idarəetməsi
Köməkçi menyu indi ekranı idarə etməyinizə kömək etmək üçün daha çox işlər görür. İndi sadəcə olaraq bir düyməyə toxunaraq iki dəfə vura və toxunub saxlaya bilərsiniz. Ekranda hərəkətin yeni idarəetməsi ekranda başlanğıc və son nöqtələrə toxunmaqla ekran üzərində müəyyən məsafəyə hərəkət etməyinizə imkan verir.

Sensorlu qarşılıqlı əlaqələrinizi fərdiləşdirin
Sizin üçün ən rahat olan parametrləri seçərək kömək alın. Toxunub saxlamada gecikmə, Vurma müddəti və Təkrarlanan toxunmaları diqqətə almama parametrləri üçün yeni sınaqlar mövcuddur. Sınaqla hazırkı parametrlərinizin uyğun olub-olmadığını və ya tənizmləmələrə ehtiyac olub-olmadığını öyrənə bilərsiniz.



Daha çox təkmilləşmələr

Videoları yenidən izləyin
Hər bir videonun sonunda Video pleyerdə sizə videonu başlanğıcdan yenidən başlatmağa imkan verən düymə görünəcək.

Yaxşılaşdırılmış kontaktlar siyahısı
Təcrübənin daha uyğun olması üçün eyni kontaktlar siyahısı indi həm Telefon proqramında, həm də Kontaktlar proqramında görünür. Menyular və seçim variantları hər iki məkanda eyni olduğuna görə axtardığınızı həmişə tapa bilərsiniz. Kontaktlar üzrə axtarış edərkən, tez-tez axtardığınız kontaktlar axtarış nəticələrinin yuxarısında görünəcək ki, bu da lazım olan şəxsi tez tapmağınıza kömək edəcək.

Minmə kartlarını tez bir zamanda Samsung Wallet-ə əlavə edin
Samsung Internet-də minmə kartı ehtiva edən, dəstəklənən hava yollarının və ya səyahət şirkətinin veb səhifəsində düymə görünəcəyi üçün siz onu dərhal və asanlıqla Samsung Wallet-ə əlavə edə bilərsiniz.

Fəaliyyətlər üçün proqnozlar
İndi havanın qaçış, bağbanlıq, düşərgədə qalma və s. kimi açıq hava fəaliyyətləri üçün uyğun olub-olmadığını yoxlamaq asandır. Hava proqramında göstərilməsi üçün 3-ə qədər fəaliyyət növü seçə bilərsiniz.

Fərdi yer etiketləri
Hava proqramında müxtəlif məkanları izləmək asandır. İndi hava haqqında məlumatını yoxlamaq istədiyiniz Ev, Ofis, Məktəb və ya hər hansı digər məkan kimi yerlərə fərdi etiketlər əlavə edə bilərsiniz.

Oyunu optimal şəkildə oynayın
Game Booster-in yenidən dizayn edilmiş oyundaxili paneli oyundan çıxmadan parametrləri tez dəyişdirməyi asanlaşdırır.

Hər bir oyun üçün oyun göstəricilərini təyin edin
Game Booster indi hər bir oyun üçün ayrılıqda oyun göstəriciləri üzrə parametrləri tənzimləməyə imkan verir. Oyunların bəzilərinə yüksək səviyyəli göstəricilər, digərlərinə isə daha uzun oyun müddəti üçün batareyaya qənaət rejimini təyin edə bilərsiniz. Sizin üçün ən uyğun olan parametrləri tapın.

Kənar panellərin endirilməsi üçün dəstəyin sonu
Kənar panellərin artıq One UI 7-də Galaxy Store-dan endirilməsi mümkün deyil. Artıq endirmiş olduğunuz Kənar panellərin istifadəsinə davam etmək olar.

Qurulmuş Nömrə : A146BXXS8CYB2
Android versiyası : U(Android 14)
Buraxılış Tarixi : 2025-02-24
Təhlükəsiz paket səviyyəsi : 2025-02-01
• Təhlükəsizlik
Cihaz təkmilləşdirilmiş təhlükəsizlik səviyəsi ilə qorunur.

Qurulmuş Nömrə : A146BXXU8CXK1
Android versiyası : U(Android 14)
Buraxılış Tarixi : 2024-11-26
Təhlükəsiz paket səviyyəsi : 2024-11-01
• Stabillik və etibarlılıq
Cihazın işləmə qaydası yaxşılaşdırılıb.
• Təhlükəsizlik
Cihaz təkmilləşdirilmiş təhlükəsizlik səviyəsi ilə qorunur.

Qurulmuş Nömrə : A146BXXS7CXJ2
Android versiyası : U(Android 14)
Buraxılış Tarixi : 2024-10-21
Təhlükəsiz paket səviyyəsi : 2024-10-01
• Stabillik və etibarlılıq
Cihazın işləmə qaydası yaxşılaşdırılıb.
• Təhlükəsizlik
Cihaz təkmilləşdirilmiş təhlükəsizlik səviyəsi ilə qorunur.

Qurulmuş Nömrə : A146BXXS6CXHA
Android versiyası : U(Android 14)
Buraxılış Tarixi : 2024-09-11
Təhlükəsiz paket səviyyəsi : 2024-09-01
• Stabillik və etibarlılıq
Cihazın işləmə qaydası yaxşılaşdırılıb.
• Təhlükəsizlik
Cihaz təkmilləşdirilmiş təhlükəsizlik səviyəsi ilə qorunur.

Qurulmuş Nömrə : A146BXXU6CXH5
Android versiyası : U(Android 14)
Buraxılış Tarixi : 2024-08-27
Təhlükəsiz paket səviyyəsi : 2024-07-01
• Stabillik və etibarlılıq
Cihazın işləmə qaydası yaxşılaşdırılıb.
• Təhlükəsizlik
Cihaz təkmilləşdirilmiş təhlükəsizlik səviyəsi ilə qorunur.

Qurulmuş Nömrə : A146BXXS5CXE3
Android versiyası : U(Android 14)
Buraxılış Tarixi : 2024-06-03
Təhlükəsiz paket səviyyəsi : 2024-05-01
• Təhlükəsizlik
Cihaz təkmilləşdirilmiş təhlükəsizlik səviyəsi ilə qorunur.

Qurulmuş Nömrə : A146BXXU4CXD5
Android versiyası : U(Android 14)
Buraxılış Tarixi : 2024-05-26
Təhlükəsiz paket səviyyəsi : 2024-04-01
One UI 6.1 təkmilləşdirilməsi



Galaxy-nizi fərdiləşdirin

Divar kağızlarının redaktə edilməsi üzrə yeni xüsusiyyətlər
Divar kağızlarınızı istədiyiniz şəkildə bəzəyin. Divar kağızı kimi istifadə etmək üçün təsvir seçdiyinizdə, indi çərçivələr və effektlər tətbiq edə bilərsiniz.

Kilid ekranınız üçün daha çox vidjet
Kilid ekranınız üçün əlavə vidjetlər mövcud olduğuna görə telefonunuzun kilidini açmadan faydalı məlumatları tez yoxlaya bilərsiniz. Yeni vidjetlərə Hava, Samsung Health, Batareya, Xatırlatma, Təqvim və Saat daxildir.

Xəbərdarlıq siqnallarını fərdiləşdirin
Hər bir xəbərdarlıq siqnalı üçün öz fərdi xəbərdarlıq ekranlarınızı yaratmaq məqsədilə təsvirdən, videodan, yaxud AR Emoji-dən istifadə edin. Siz hətta ekranın xəbərdarlıq siqnalının peyda olduğu yerdə tərtibatı da dəyişdirə bilərsiniz.

Təqviminizi fərdiləşdirmək üçün əlavə stikerlər
İndi təqviminizdə hər bir tarix üçün 2-yə qədər stiker əlavə edə bilərsiniz. Tədbirlər üçün olan stikerlər indi Aylıq görünüşdə tədbirin yanında göstərilir.

Düzəlişlər edilmiş Təqvim parametrləri
Daha intuitiv olmaları üçün Təqvim parametrlərinin düzülüş sxemi dəyişdirilib. Siz tam ekran təqvimi üzrə xəbərdarlıq siqnalları üçün fon rəngləri və təsvirləri də təyin edə bilərsiniz.

Xatırlatma siqnallarını fərdiləşdirin
Hər bir xatırlatmanız üçün müvafiq fon yaradın. Siz indi tam ekran xatırlatmarı üzrə xəbərdarlıq siqnalları üçün rənglər və fon təsvirləri təyin edə bilərsiniz.

Xatırlatma kateqoriyaları ilə daha çox iş görün
İndi hər bir xatırlatma kateqoriyası üçün səciyyəvi nişan seçə bilərsiniz. Tez-tez istifadə etdiyiniz kateqoriyaları kateqoriya siyahısının yuxarısına bərkidə də bilərsiniz.

Əsas ekrandan rejimləri aktiv və ya qeyri-aktiv edin
Rejimləri əvvəlcə olduğundan daha tez aktiv və qeyri-aktiv edin. Yeni Rejim vidjeti rejimləri birbaşa Əsas ekranınıza əlavə etməyə imkan verir.

Rejimlərinizin siyahıdakı yerini dəyişdirin
İndi siz Rejimlər və Prosedurlar bölümündə Rejimlər tab-vərəqəsində sadalanmış rejimlərin siyahıdakı yerini dəyişdirə bilərsiniz.

Yeni prosedur şərtləri
İndi seçdiyiniz xəbərdarlıq siqnalı çalmağa başlayanda və ya Smart View qoşulub-ayrıldığında prosedura başlaya bilərsiniz.



Qoşul və paylaş

Daha çox cihazla paylaşın
Cəld paylaşım Google-un Nearby Share-si ilə birləşdirilib. Galaxy cihazları ilə yanaşı indi digər Android cihazları ilə hətta İnternet bağlantısı olmadan belə paylaşa bilərsiniz.

Yerinizi başqaları ilə paylaşın
Samsung Find ilə yerinizi ailəniz, dostlarınız və etibar etdiyiniz hər kəslə paylaşa bilərsiniz. Yerinizi məhdud müddət ərzində və ya hər zaman paylaşın. Siz həmişə hansı şəxslərin yerinizi görə bilməsi üzərində nəzarəti özünüzdə saxlayırsınız.

İnternet tab qruplarını digər cihazlarla sinxronlaşdırın
Hansı cihazdan istifadə etməyinizdən asılı olmayaraq, son baxış seansınız zamanı asanlıqla qaldığınız yerdən davam edin. Bir cihazda yaratdığınız tab qrupları Samsung account-unuza daxil olmuş digər Galaxy cihazlarınızda Samsung İnternetdə görünəcək.



Verilənlərinizi qoruyun

Samsung Cloud-da verilənlərin təkmiləşdirilmiş mühafizəsi
Verilənlərinizin sizdən başqa heç kim üçün əlçatan olmadığından arxayın olun (verilənlərin oğurlanması baş versə belə). Siz Samsung Cloud ilə sinxronlaşdırılmış məlumatlar üçün İkitərəfli şifrləməni aktiv edə bilərsiniz.

Keçid sözlər ilə sürətli və təhlükəsiz daxilolmalar
Keçid sözlər mürəkkəb şifrələri yadda saxlamağa ehtiyac olmadan veb daxilolmaları üçün daha yüksək səviyyəli təhlükəsizliyi təmin edirlər. Keçid sözlərdən biometrik doğrulama ilə Samsung İnternetdə dəstəklənən veb-saytlara daxil olmaq üçün istifadə edin.



Sağlamlığınızı idarə edin

Təkmil məşq təcrübəsi
Əvvəlki rekordlarınızı qırmaq üçün Samsung Health-də keçmiş qaçış nəticələrinizlə yarışın. Başlanğıcda və ya sonda hər hansı lüzumsuz vaxtı silib bitirdikdən sonra məşqləri kəsib götürə də bilərsiniz.

Gündəlik fəaliyyət hədəfləri üçün daha çox seçimlər
İndi Samsung Health-də gündəlik fəaliyyət hədəflərinizin təyin edilməsi üçün daha çox seçiminiz var. Addım hədəfi sizə uyğun deyilsə, onu qalxdığınız mərtəbələrə və ya fəal olduğunuz saatlara dəyişə bilərsiniz.

Təkmilləşdirilmiş dövr izləmə
Fiziki simptomlarınızı və əhval-ruhiyənizi qeyd etdiyinzdə, keçmişdə tez-tez istifadə etdiyiniz seçim variantları ekranın yuxarı hissəsində görünəcək. Standart seçim variantları özünüzü necə hiss etdiyinzə uyğun gəlməzsə, indi fərdi əhval-ruhiyəni də təyin edə bilərsiniz.



Daha çox təkmilləşmələr

Hava vidjetində əlavə məlumat
Hava vidjeti bölgəniz üçün olan proqnoza görə nə zaman güclü tufanların olacağı, qarın yağacağı və ya digər yağıntıların olacağı barədə məlumat verəcək.

Klaviaturadan aralanmadan səslə mətnin daxil edilməsi
İndi səsdən istifadə edərək mətn daxil etdiyinizdə klaviatura görünən olaraq qalır və siz istədiyiniz zaman mətni asanlıqla klaviaturadan daxil edə bilərsiniz. Klaviaturadan istifadə edərkən, istənilən vaxt səsinizdən istifadə edərək mətni daxil etmək üçün ekranın aşağı hissəsində mikrofon düyməsinə vurun.

Aşağı salınmış bütün proqramları eyni vaxtda açın
Birdən çox ani pəncərə aşağı salınmış olduqda, yeni düymə aşağı salınmış bütün proqramları eyni vaxtda açmağınıza imkan verir.

Finder-də Google axtarışları üzrə təkliflər
Finder-dən istifadə edərək axtarış etdiyinizdə, siz Google-dan veb axtarışı üzrə təkliflər əldə edəcəksiniz.

Batareyanızı qorumağın əlavə yolları
Batareyanızın istismar müddətini uzatmağa kömək etmək üçün 3 fərqli qoruma variantından birini seçin. Əsas qoruma batareyanızın dolma səviyyəsini 95% və 100% arasında saxlayır. Adaptiv qoruma yatdığınızda doldurlmanı dayandırır və oyandığınızdan azacıq öncə doldurulmanı başa çatdırır. Maksimum qoruma əldə etmək üçün maksimum doldurulma həddini 80% olaraq da seçə bilərsiniz.

Qalereya üzrə təkmilləşdirilmiş axtarış
Daha asan istifadə etmək üçün axtarış ekranı yenidən dizayn edimişdir. Nəticələr indi insanlar, yerlər, albomlar və ya hekayələr kimi növ üzrə kateqoriyalara bölünmüşdür.

Qurulmuş Nömrə : A146BXXS3CXC2
Android versiyası : U(Android 14)
Buraxılış Tarixi : 2024-03-12
Təhlükəsiz paket səviyyəsi : 2024-03-01
• Təhlükəsizlik
Cihaz təkmilləşdirilmiş təhlükəsizlik səviyəsi ilə qorunur.

Qurulmuş Nömrə : A146BXXS3CWLE
Android versiyası : U(Android 14)
Buraxılış Tarixi : 2023-12-27
Təhlükəsiz paket səviyyəsi : 2023-12-01
• Stabillik və etibarlılıq
Cihazın işləmə qaydası yaxşılaşdırılıb.
• Təhlükəsizlik
Cihaz təkmilləşdirilmiş təhlükəsizlik səviyəsi ilə qorunur.

Qurulmuş Nömrə : A146BXXU2CWK9
Android versiyası : U(Android 14)
Buraxılış Tarixi : 2023-11-27
Təhlükəsiz paket səviyyəsi : 2023-11-01
One UI 6.0 Təkmilləşdirməsi (Android 14)



Cəld panel

Yeni düymə tərtibatı
Cəld panel ən çox istifadə etdiyiniz funksiyalara daxil olmağı asanlaşdıran yeni tərtibata malikdir. Wi-Fi və Bluetooth üçün ekranın yuxarı hissəsində xüsusi düymələr mövcuddur. Tünd rejim və Göz rahat. mühafizəsi kimi vizual funksiyalar isə aşağıya köçürülmüşdür. Digər cəld parametrlər düymələri orta hissədə fərdiləşdirilə bilən sahədə göstərilir.

Cəld panelə tam şəkildə ani giriş imkanı
Standart olaraq ekranın yuxarısından aşağıya sürüşdürdüyünüz zaman bildirişləri olan yığcam cəld panel görünür. Yenidən aşağı sürüşdürmək bildirişləri gizlədir və genişləndirilmiş cəld panel görünür. Cəld parametrlərə ani girişi aktivləşdirsəniz, ekranın yuxarı sağ tərəfindən sadəcə bir dəfə sürüşdürərək genişləndirilmiş cəld panelə baxa bilərsiniz. Sol tərəfdən aşağıya sürüşdürdükdə bildirişlər görünür.

Parlaqlıq idarəetməsinə cəld giriş
Parlaqlığı daha cəld və asan idarə etmək üçün ekranın yuxarısından bir dəfə aşağı sürüşdürdüyünüz zaman parlaqlıq idarəetmə paneli artıq yığcam cəld paneldə standart olaraq görünür.

Təkmilləşdirilmiş albom təsviri displeyi
Musiqi və ya videolar oxudulduqda, musiqi və ya videonun oxudulduğu proqram albom təsvirini təqdim edərsə, albom təsviri bildiriş panelindəki bütün media idarəedicisini əhatə edəcək.

Bildirişlər üçün təkmilləşdirilmiş tərtibat
Artıq hər bir bildiriş ayrı kart olaraq görünür və bu da fərdi bildirişlərə nəzər salınmasını asanlaşdırır.

Daha parlaq bildiriş işarələri
Əsas ekran və Proqramlar ekranında hər bir proqram üçün istifadə edilən müxtəlifrəngli eyni işarələrdən istifadə edə bilərsiniz. Bunu Parametrlərdə aktiv edə bilərsiniz.

Bildirişləri vaxta görə sıralayın
Ən yeni bildirişlərin hər zaman üstdə görünməsi məqsədilə bildiriş parametrlərinizi prioritet əvəzinə vaxta görə sıralamaq üçün dəyişə bilərsiniz.



Kilid ekranı

Saatınızın yerini dəyişdirin
İndi saatınızı Kilid ekranında seçdiyiniz yerə daha sərbəst şəkildə köçürə bilərsiniz.



Əsas ekran

Sadələşdirilmiş işarə etiketləri
Proqram işarəsi etiketləri artıq daha səliqəli və sadə görünüş üçün bir sətirlə məhdudlaşır. “Galaxy” və “Samsung” ifadələri proqram adlarının daha da qısaldılması və asan skan edilməsi üçün bəzi proqramların adlarından çıxarıldı.

2 əllə dartıb və buraxın
Proqram işarələrini və ya vidjetlərini bir əlinizlə Əsas ekranınızda sürükləməyə başlayın, sonra digər əlinizlə proqramları köçürmək istədiyiniz ekrana hərəkət etdirin.



Multi tapşırıqlar

Ani pəncərələri açıq saxlayın
Sonuncular ekranına keçdiyiniz zaman ani pəncərələrin minimuma endirmək əvəzinə, Sonuncular ekranından çıxdıqdan sonra işinizə qaldığınız yerdən davam edə bilməyiniz üçün ani pəncərələr indi açıq qalacaq.



Samsung Klaviaturası

Yeni emoji dizaynı
Mesajlarınızda, sosial media postlarınızda və telefonunuzdakı digər yerlərdə görünən emojilər yeni dizaynda tərtib olundu.



Məzmun paylaşması

Şəkil önizləməsi
Şəkilləri istənilən proqramdan paylaşdığınız zaman paylaşmadan əvvəl onları nəzərdən keçirməyiniz üçün Paylaşım panelinin yuxarı hissəsində önizləmə şəkilləri görünəcək.



Hava

Yeni Hava vidjeti
Hava proqnozu vidjeti yerli hava şəraitiniz haqqında ətraflı məlumat verəcək. Şiddətli tufan, qar, yağış və digər hava şəraitlərinin proqnozlaşdırıldığını görə bilərsiniz.

Hava proqramında ətraflı məlumat
Qar yağması, ayın fazaları və vaxtları, atmosfer təzyiqi, görünmə məsafəsi, şeh nöqtəsi və küləyin istiqaməti haqqında məlumat artıq Hava proqramında mövcuddur.

İnteraktiv xəritə görünüşü
Xəritədə hərəkət etmək üçün sürüşdürün və yerli hava şəraitinə baxmaq üçün istənilən yerə toxunun. Şəhərin adını bilməsəniz belə, xəritə sizə hava məlumatlarını tapmağa kömək edə bilər.

Təkmilləşdirilmiş illüstrasiyalar
Hava vidjeti və proqramındakı illüstrasiyalar cari hava şəraiti haqqında daha yaxşı məlumat vermək üçün təkmilləşdirilmişdir. Fon rəngləri günün vaxtından asılı olaraq dəyişir.



Kamera

Sadə və intuitiv dizayn
Kamera proqramının ümumi tərtibatı sadələşdirilmişdir. Önizləmə ekranındakı cəld parametrlər düymələri daha asan anlaşılması üçün yenidən dizayn edilib.

Fərdi kamera vidjetləri
Əsas ekranınıza fərdi kamera vidjetləri əlavə edə bilərsiniz. Hər bir vidjeti xüsusi çəkiliş rejimində başlamaq və şəkilləri seçdiyiniz albomda saxlamaq üçün təyin edə bilərsiniz.

Su nişanları üçün daha çox uyğunlaşdırma seçimləri
İndi su nişanınızın fotolarınızın yuxarısında və ya aşağısında görünməsini seçə bilərsiniz.

Sənədləri asanlıqla skan edin
Sənədin skan edilməsi funksiyası Səhnə optimallaşdırıcısından ayrılıb və beləliklə hətta səhnə optimallaşdırıcısı deaktiv edilsə belə, sənədləri skan edə bilərsiniz. Yeni Avtomatik skan sənədin şəklini çəkdiyiniz zaman sənədləri avtomatik skan etməyə imkan verir. Sənəd skan edildikdən sonra redaktə ekranına keçəcəksiniz, orada sənədinizi istədiyiniz kimi uyğunlaşdırmaq üçün çevirə bilərsiniz.

Ayırdetmə parametrlərinə cəld giriş
Çəkdiyiniz fotoların ayırdetmə qabiliyyətini tez dəyişə bilməyiniz üçün ayırdetmə düyməsi indi Foto və Pro rejimlərində ekranın yuxarısındakı cəld parametrlərdə mövcuddur.

Daha asan video ölçüsü seçimləri
Bütün seçimləri görməyi və düzgün olanları seçməyi asanlaşdıran video ölçüsü düyməsinə kliklədiyiniz zaman ani pəncərə görünür.

Şəkillərinizin səviyyəsini qoyurun
Kamera parametrlərində tor xətləri işə salındıqda, arxa kameradan Panorama istisna olmaqla bütün rejimlərdə istifadə edərkən ekranın ortasında səviyyə xətti görünəcək. Şəkilinizin yer səviyyəsi ilə bərabər olub olmadığını göstərmək üçün səviyyə xətti hərəkət edəcək.

Kameraları dəyişdirmək üçün yuxarı/aşağı sürüşdürməni deaktiv edin
İstəyə görə artıq ön və arxa kameralar arasında keçid etmək üçün yuxarı və ya aşağıya sürüşdürə bilərsiniz. Təsadüfi sürüşdürmələrdən narahatsınızsa, bunu Parametrlərdə deaktiv edə bilərsiniz.

Effektləri daha asanlıqla tətbiq edin
Sadəcə bir əllə dəqiq tənzimləmələr etməyi asanlaşdırmaq məqsədilə filtr və üz effektləri üçün sürüşdürmə əvəzinə çevirici düymədən istifadə edilir.



Qalereya

Təfərrüfatlı görünüş rejimində cəld redaktələr
Şəkil və ya videoya baxarkən, təfərrüatlı görünüşə keçmək üçün ekranın aşağısından yuxarıya sürüşdürün. Bu ekran dərhal tətbiq edə biləcəyiniz effektlərə və redaktə funksiyalarına cəld giriş imkanı verir.

2 əllə dartıb və buraxın
Şəkillərə və videolara bir əlinizlə toxunub saxlayın, sonra digər əlinizlə onları köçürmək istədiyiniz alboma keçin.

Kəsilmiş şəkilləri stiker kimi saxlayın
Şəkildən müəyyən hissəsini kəsdiyiniz zaman onu asanlıqla şəkil və ya videoları redaktə edərkən istifadə edə biləcəyiniz stiker kimi saxlaya bilərsiniz.

Təkmilləşdirilmiş hekayə görünüşü
Hekayəyə baxarkən ekranın aşağısından yuxarıya sürüşdürdüyünüz zaman miniatür görünüşü görünür. Miniatür görünüşdə hekayənizdən şəkillər və videolar əlavə edə və ya silə bilərsiniz.



Foto Redaktor

Təkmilləşdirilmiş tərtibat
Yeni Alətlər menyusu sizə lazım olan redaktə funksiyalarını tapmağı asanlaşdırır. Düzləşdirmə və Perspektiv seçimləri Çevrilmə menyusunda birləşdirilib.

Saxladıqdan sonra bəzəkləri tənzimləyin
Saxladıqdan sonra da fotoya əlavə etdiyiniz rəsmlərdə, stikerlərdə və mətnlərdə dəyişiklik edə bilərsiniz.

Geri qaytarın və yenidən yerinə yetirin
Səhv etməyinizə görə narahat olmayın. Çevrilmələri, filtrləri və tonları asanlıqla geri ala və ya yenidən yerinə yetirə bilərsiniz.

Fərdi stikerlər üzərində çəkin
Fərdi stikerlər yaradarkən, stikerlərinizi daha da fərdi və unikal etmək üçün rəsm alətlərindən istifadə edə bilərsiniz.

Yeni mətn fonları və üslubları
Fotoya mətn əlavə edərkən, mükəmməl görünüş əldə etməyə kömək etmək üçün bir neçə yeni fon və üslub arasından seçim edə bilərsiniz.



Studio (Video Redaktor)

Daha effektiv video redaktə
Studio daha mürəkkəb və effektiv redaktə qabiliyyətinə malik yeni layihə əsaslı video redaktordur. Qalereyadakı Rəsm menyusundan Studio-ya daxil ola bilərsiniz və ya daha cəld giriş üçün Əsas ekranınıza işarəsini əlavə edə bilərsiniz.

Zaman qrafiki tərtibatı
Studio bütün layihənizi birdən çox video klipdən ibarət bir zaman qrafiki olaraq göstərməyə imkan verir. Çoxqatlı struktur sizə kliplər, stikerlər, subtitrlər və digər obyektlər əlavə etməyə və onların mövqeyini, uzunluğunu asanlıqla tənzimləməyə imkan verir.

Layihələri saxlayın və redaktə edin
Tamamlanmamış video layihələrinizi daha sonra redaktə etməyə davam etmək üçün saxlaya bilərsiniz.



Video Pleyer

Təkmilləşdirilmiş tərtibat
Video pleyeri idarə etmək indi daha asandır. Oxşar funksiyaları olan düymələr qruplaşdırılıb və Oxudun düyməsi ekranın mərkəzinə köçürülüb.

Təkmilləşdirilmiş oxutma sürəti idarəetməsi
Bir neçə 0,25x - 2,0x video oxutma sürəti arasından seçim edin. Sürət idarəetməsi bölməsinə sürüşdürmə əvəzinə xüsusi düymələrlə daxil olmaq daha asandır.



Samsung Health

Əsas ekran üçün yeni görünüş
Samsung Health Əsas ekranı tamamilə yeniləndi. Qalın şriftlər və rənglər sizə daha çox lazım olan məlumat əldə etməyi asanlaşdırırkən ətraflı məlumat göstərilir. Ekranın yuxarı hissəsində son məşq nəticəniz göstərilir, yuxu göstərilir. Həmçinin addımlar, fəaliyyət, su və qida ilə bağlı gündəlik hədəfləriniz haqqında ətraflı rəy təqdim edilir.

Su üçün fərdi stəkan ölçüləri
İndi Samsung Health Su izləyicisində stəkanların ölçüsünü içdiyiniz stəkanın ölçüsünə uyğunlaşdıra bilərsiniz.



Təqvim

İlk baxışda cədvəliniz
Yeni cədvəl görünüşü xronoloji ardıcıllıqla növbəti tədbirləri, tapşırıqları və xatırlatmaları təqdim edir.

Xatırlatmalarınıza Təqvimdə baxın
İndi Reminder proqramını açmadan Təqvim proqramında xatırlatmaları görə və əlavə edə bilərsiniz.

Tədbirləri 2 əllə hərəkət etdirin
Gün və ya Həftə görünüşündə bir əlinizlə hərəkət etdirmək istədiyiniz tədbirə toxunub saxlayın, sonra digər əlinizdə onu köçürmək istədiyiniz günə daxil edin.



Xatırlatma

Təkmilləşdirilmiş xatırlatma siyahısı görünüşü
Əsas siyahı görünüşü yenidən dizayn edilib. Artıq ekranın yuxarı hissəsində kateqoriyaları idarə edə bilərsiniz. Kateqoriyaların altında xatırlatmalarınız tarixə görə təşkil olunacaq. Təsvirlər və veb-keçidləri olan xatırlatmaların tərtibatı da təkmilləşdirilib.

Yeni xatırlatma kateqoriyaları
Yer kateqoriyasında müəyyən bir yerdə olduğunuz zaman sizi xəbərdar edən xatırlatmalar mövcuddur. Xəbərdarlıq yoxdur kateqoriyasında isə heç bir xəbərdarlıq etməyən xatırlatmalar var.

Xatırlatmalar yaratmaq üçün daha çox seçim
Məzmunu Reminder proqramı ilə paylaşarkən xatırlatmanız yaradılmazdan əvvəl tam redaktə seçimlərini əldə edəcəksiniz. Xatırlatma yaradarkən kameradan istifadə edərək şəkil çəkə bilərsiniz.

Bütün gün üçün xatırlatmalar yaradın
İndi bütün gün üçün xatırlatmalar yarada və onlar haqqında xəbərdar olmaq istədiyiniz vaxtı fərdiləşdirə bilərsiniz.



Samsung Internet

Videoları fonda oxudun
Tabı tərk etsəniz və ya Internet proqramından çıxsanız belə, video oxudulmağa davam edəcək.

Əlfəcinləri və tabları 2 əllə köçürün
Bir əlinizlə hərəkət etdirmək istədiyiniz əlfəcin və ya taba toxunub saxlayın, sonra digər əlinizlə onu köçürmək istədiyiniz əlfəcin qovluğuna və ya tab qrupuna daxil edin.



Ağıllı seçim

Bərkidilmiş məzmundakı mətnin ölçüsünü dəyişdirin və ondan mətni əldə edin
Şəkli ekrana bərkitdiyiniz zaman artıq onun ölçüsünü dəyişə və ya ondan mətni əldə edə bilərsiniz.

Böyüdülmüş görünüş
Seçiminizi mükəmməl yerdə başlaya və bitirə bilməyiniz üçün ekranın sahəsini seçərkən böyüdülmüş görünüş görünəcək.



Bixby text call

Zəng zamanı Bixby-ə keçid
Zəng artıq davam etsə belə, istənilən vaxt Bixby text call-a keçə bilərsiniz.



Modes and Routines

Kilid ekranınızın görünüşünü dəyişdirin
Avtomobil sürərkən, işləyərkən, məşq zamanı üçün öz divar kağızı və saat üslubu ilə fərqli Kilid ekranlarını quraşdırın. Yuxu rejimi üçün qaranlıq divar kağızı və ya İstirahət rejimi üçün sakitləşdirici divar kağızı sınayın. Bir rejim üçün Kilid ekranını redaktə etdiyiniz zaman rejim hər dəfə aktiv olduqda həmin divar kağızını görəcəksiniz.

Yeni qaydalar
Proqram media oxutduqda rejiminizə başlaya bilərsiniz.

Yeni fəaliyyətlər
İndi rejimləriniz Samsung Klaviaturası parametrləri dəyişdirmək kimi əvvəlkindən daha çox funksiyaya malikdir.



Finder

Proqramlar üçün cəld əməliyyatlar
Proqram axtarış nəticələrinizdə göründükdə proqramdan istifadə edərək həyata keçirə biləcəyiniz əməliyyatlara cəld daxil olmaq üçün proqrama toxunub saxlaya bilərsiniz. Məsələn, Təqvim proqramını axtarsanız, tədbir əlavə etmək və ya təqviminizi axtarmaq üçün düymələr görünəcək. Proqram əvəzinə əməliyyatın adını axtarsanız, proqram əməliyyatları da axtarış nəticələrində də görünəcək.



Fayllarım

Yaddaş yerini boşaldın
Tövsiyə kartları yaddaş yerini boşaltmağınıza kömək edəcək. Fayllarım lazımsız faylları silməyi tövsiyə edəcək, bulud yaddaşının quraşdırılmasına dair məsləhətlər verəcək, həmçinin telefonunuzda hansı proqramların ən çox yaddaşdan istifadə etdiyini sizə bildirəcək.

Qalereya və Səs Yazıcı ilə inteqrasiya olunmuş Zibil qutusu
Fayllarım, Qalereya və Səs Yazıcı üzrə Zibil qutusu funksiyaları ilə birləşdirilib. Fayllarım bölməsində Zibil qutusunu açdığınız zaman sildiyiniz faylları, şəkilləri, videoları və səs yazılarını, o cümlədən bərpa etmək və ya həmişəlik silmək seçimlərini görə biləcəksiniz.

Faylları 2 əllə kopyalayın
Kopyalamaq istədiyiniz fayla bir əlinizlə toxunub saxlayın, sonra digər əlinizlə onu kopyalamaq istədiyiniz qovluğa daxil edin.



Samsung Pass

Giriş açarları ilə daha təhlükəsiz giriş
Dəstəklənən proqramlara və veb-saytlara daxil olmaq üçün giriş açarlarından istifadə edin. Parollardan fərqli olaraq, giriş açarınız yalnız telefonunuzda saxlanılır və veb-saytın təhlükəsizliyinin pozulması nəticəsində sızdırıla bilməz. Giriş açarları yalnız qeydiyyatdan keçirilmiş veb-sayt və ya proqramda işlədikləri üçün sizi fişinq hücumlarından da qoruyur.



Parametr

Daha ağıllı Uçuş rejimi
Uçuş rejimində Wi-Fi və ya Bluetooth-u aktivləşdirsəniz, telefonunuz bunu yadda saxlayacaq. Uçuş rejimindən növbəti dəfə istifadə edərkən Wi-Fi və ya Bluetooth deaktiv olmaq əvəzinə aktiv qalacaq.

Batareya parametrlərinə daha asan giriş
Batareya parametrləri indi yüksək səviyyəli parametrlər menyusuna malikdir, beləliklə batareyanın istifadəsini asanlıqla yoxlaya və batareya parametrlərini idarə edə bilərsiniz.

Təhlükəsizlik təhdidlərini bloklayın
Proqramlarınız və verilənləriniz üçün əlavə qorunma səviyyəsi əldə edin. Avtomatik Bloklama naməlum proqramların quraşdırılmasının qarşısının alır, zərərli proqramların yoxlayır və zərərverici əmrlərin USB naqilindən istifadə edilərək telefonunuza göndərilməməsinin bloklayır



Xüsusi imkanlar

Görmə təkmilləşdirmələrini tapmaq daha asandır
Səs dəstəyi və Görünüşün genişləndirilməsi menyuları daha cəld və asan giriş üçün tək bir Görünüşün genişləndirilməsi menyusunda birləşdirildi.

Yeni böyütmə seçimləri
Böyütmə pəncərənizin necə görünəcəyini fərdiləşdirin. Tam ekran, yarım ekran seçə və ya ikisi arasında keçidə icazə verə bilərsiniz.

Kursor qalınlığını fərdiləşdirin
Kursoru daha asan görmək üçün mətni redaktə edərkən görünən kursorun qalınlığını artıra bilərsiniz.

Xüsusi imkanlar haqqında ətraflı məlumat əldə edin
Samsung Xüsusi imkanlar veb səhifəsinə olan keçid Xüsusi imkanlar parametrlərinə əlavə edildi, beləliklə Xüsusi imkanlar funksiyaları və məhsullarımızı hər kəs üçün əlçatan etmək səylərimiz haqqında ətraflı məlumat əldə edə bilərsiniz.



Rəqəmsal Rifah

Təkmilləşdirilmiş tərtibat
Sizə lazım olan məlumatı asanlıqla tapmaq üçün Digital Wellbeing əsas ekranı yenidən dizayn edildi.

Həftəlik hesabatınızda daha çox məzmun
Həftəlik istifadə hesabatınız indi qeyri-adi istifadə nümunələri, pik istifadə vaxtlarınız və ekran vaxtınızı necə balanslaşdırdığınız barədə məlumat verməyə imkan verir.

Qurulmuş Nömrə : A146BXXU2BWI1
Android versiyası : T(Android 13)
Buraxılış Tarixi : 2023-10-06
Təhlükəsiz paket səviyyəsi : 2023-08-01
• Stabillik və etibarlılıq
Cihazın işləmə qaydası yaxşılaşdırılıb.
• Təhlükəsizlik
Cihaz təkmilləşdirilmiş təhlükəsizlik səviyəsi ilə qorunur.

Qurulmuş Nömrə : A146BXXU2BWH5
Android versiyası : T(Android 13)
Buraxılış Tarixi : 2023-09-05
Təhlükəsiz paket səviyyəsi : 2023-08-01
• Stabillik və etibarlılıq
Cihazın işləmə qaydası yaxşılaşdırılıb.
• Təhlükəsizlik
Cihaz təkmilləşdirilmiş təhlükəsizlik səviyəsi ilə qorunur.

Qurulmuş Nömrə : A146BXXS2BWH2
Android versiyası : T(Android 13)
Buraxılış Tarixi : 2023-08-25
Təhlükəsiz paket səviyyəsi : 2023-08-01
• Təhlükəsizlik
Cihaz təkmilləşdirilmiş təhlükəsizlik səviyəsi ilə qorunur.

Qurulmuş Nömrə : A146BXXU2BWF4
Android versiyası : T(Android 13)
Buraxılış Tarixi : 2023-06-30
Təhlükəsiz paket səviyyəsi : 2023-05-01
• Stabillik və etibarlılıq
Cihazın işləmə qaydası yaxşılaşdırılıb.

Qurulmuş Nömrə : A146BXXU2BWE1
Android versiyası : T(Android 13)
Buraxılış Tarixi : 2023-05-19
Təhlükəsiz paket səviyyəsi : 2023-05-01
• Stabillik və etibarlılıq
Cihazın işləmə qaydası yaxşılaşdırılıb.
• Təhlükəsizlik
Cihaz təkmilləşdirilmiş təhlükəsizlik səviyəsi ilə qorunur.

Qurulmuş Nömrə : A146BXXU1BWC3
Android versiyası : T(Android 13)
Buraxılış Tarixi : 2023-03-23
Təhlükəsiz paket səviyyəsi : 2023-03-01
One UI 5.1 Yeniləməsi

One UI 5.1 yeni Qalereya funksiyaları, eləcə də məhsuldarlıq və fərdiləşdirmə təkmilləşdirmələri ilə telefonunuzu daha da cəlbedici edir.



Qalereya

Daha güclü axtarış
İndi Qalereyanızda eyni anda birdən çox şəxs və ya subyekt üçün axtarış edə bilərsiniz. Siz hətta insanların üzlərinə toxunmaqla onların adlarını etiketləmədən axtarış edə bilərsiniz.

Paylaşılan ailə albomu yaradın
Şəkilləri ailənizlə paylaşmaq həmişəkindən daha asandır. Qalereya seçdiyiniz ailə üzvlərinizin üzlərini tanımaqla paylaşılan ailə albomunuza əlavə etmək üçün şəkillər tövsiyə edəcək. Hər bir ailə üzvü üçün (6 nəfərə qədər) 5 GB yaddaş yeri əldə edirsiniz.

Yenilənmiş məlumat displeyi
Qalereyanızda şəkil və ya videoya baxarkən yuxarı sürüşdürdüyünüz zaman siz şəklin nə vaxt və harada çəkildiyini, şəklin hansı cihazla çəkildiyini, şəklin harada saxlandığını və s. görə bilərsiniz. İndi daha sadə tərtibatda.



Multi tapşırıqlar

Asanlıqla kiçildin və ya tam ekrana keçin
İndi seçimlər menyusuna keçmədən proqram pəncərəsini kiçildə və ya böyüdə bilərsiniz. Sadəcə olaraq künclərdən birini dartın.

Ən çox istifadə etdiyiniz proqramlara bölünmüş ekranda daxil olun
Bölünmüş ekran görünüşünü başlatdığınız zaman sizə lazım olan proqramları daha tez tapmağınıza kömək etmək üçün ən çox istifadə etdiyiniz proqramlar son istifadə etdiyiniz proqramların aşağısında göstəriləcək.



Modes and Routines

Rejiminizə əsasən divar kağızlarını dəyişdirin
Cari fəaliyyətinizə əsasən fərqli divar kağızı təyin edin. İş üçün bir divar kağızı, məşq üçün başqasını və sairəni seçin.

Prosedurlar üçün daha çox əməliyyat
Yeni əməliyyatlar sizə Cəld Paylaşım və Sensor həssaslığına nəzarət etməyə, zəng melodiyanızı və şrift üslubunuzu dəyişməyə imkan verir.



Hava

Faydalı məlumatlara cəld çıxış imkanı
Şiddətli hava xəbərdarlıqlarına, gündəlik hava xülasələrinə və günəşin şəfəq/qürub vaxtlarına Hava proqramının yuxarı hissəsində nəzər salın. İndi temperatur qrafiki temperaturun gün ərzində necə dəyişdiyini göstərmək üçün rənglərdən istifadə edir.

Saatlıq yağıntı qrafiki
İndi saatlıq qrafik günün müxtəlif vaxtlarında nə qədər yağıntının yağdığını göstərir.

Hava vidjeti üzrə xülasə
Havanın günəşli, buludlu, yağışlı və ya qarlı olduğunu bildirmək üçün indi hava vidjetində cari hava şəraitinin qısa xülasəsi göstərilir.



Samsung Internet

Başqa cihazda baxışa davam edin
Bir Galaxy telefonunda və ya tabletində vebə baxış keçirirsinizsə və daha sonra eyni Samsung account-na daxil olaraq başqa Galaxy cihazında Internet proqramı açırsınızsa, digər cihazda baxdığınız son veb-səhifəni açmağa imkan verən düymə görünəcək.

Təkmilləşdirilmiş axtarış
Axtarışlarınıza indi əlfəcin qovluqlarının və tab qruplarının adları daxildir. Təkmilləşdirilmiş axtarış məntiqi hətta bir şey düzgün yazılmamış olsa belə, axtardığınızı tapmağa imkan verir.



Əlavə dəyişikliklər

Cihazlarınızın batareya səviyyəsinə nəzər salın
Yeni Batareya vidjeti sizə cihazlarınızın batareya səviyyəsinə birbaşa Əsas ekrandan nəzər salmaq imkanı verir. Telefonunuz, Galaxy Buds, Galaxy Watch və digər dəstəklənən cihazlarda nə qədər batareya səviyyəsinin qaldığını görə bilərsiniz.

Parametrlər üzrə təkliflər
Samsung account-unuza daxil olan zaman sizə paylaşmağa, qoşulmağa, habelə Galaxy cihazınız üzrə təcrübənizin keyfiyyətini artırmağa kömək etmək üçün Parametrlər ekranının yuxarısında məsləhətlər görünəcək.

Spotify təklifləri
Ağıllı təkliflər vidjeti indi hazırkı fəaliyyətinzə uyğun olaraq Spotify cığırları və ifa siyahıları tövsiyə edir. Avtomobil sürmək, məşq etmək və daha çoxu üçün mükəmməl melodiyalar əldə edin. Məsləhətlər əldə etmək üçün Spotify proqramının son versiyasındakı Spotify hesabına daxil olmalısınız.

Ekran şəkillərinin saxlanacağı yeri seçin
İndi ekran şəkillərinin saxlandığı qovluğu dəyişə bilərsiniz.

Qurulmuş Nömrə : A146BXXU1AWB3
Android versiyası : T(Android 13)
Buraxılış Tarixi : 2023-02-14
Təhlükəsiz paket səviyyəsi : 2023-01-01
• Stabillik və etibarlılıq
Cihazın işləmə qaydası yaxşılaşdırılıb.

Qurulmuş Nömrə : A146BXXU1AWB1
Android versiyası : T(Android 13)
Buraxılış Tarixi : 2023-02-07
Təhlükəsiz paket səviyyəsi : 2023-01-01
• Stabillik və etibarlılıq
Cihazın işləmə qaydası yaxşılaşdırılıb.

Qurulmuş Nömrə : A146BXXU1AWA2
Android versiyası : T(Android 13)
Buraxılış Tarixi : 2023-02-06
Təhlükəsiz paket səviyyəsi : 2023-01-01
• Stabillik və etibarlılıq
Cihazın işləmə qaydası yaxşılaşdırılıb.

Qurulmuş Nömrə : A146BXXU1AWA2
Android versiyası : T(Android 13)
Buraxılış Tarixi : 2023-01-30
Təhlükəsiz paket səviyyəsi : 2023-01-01
• Stabillik və etibarlılıq
Cihazın işləmə qaydası yaxşılaşdırılıb.
• Təhlükəsizlik
Cihaz təkmilləşdirilmiş təhlükəsizlik səviyəsi ilə qorunur.

Qurulmuş Nömrə : A146BXXU1AVL2
Android versiyası : T(Android 13)
Buraxılış Tarixi : 2022-12-27
Təhlükəsiz paket səviyyəsi : 2022-11-01
• Stabillik və etibarlılıq
Cihazın işləmə qaydası yaxşılaşdırılıb.