Proqram yeniləmələrinə aşağıda göstərilənlər və digər yeniləmələr daxildir
Cihazınızdan səmərəli şəkildə istifadə edə bilmək üçün cihazınızı ən son yeniləmələr ilə təmin edin və mütəmadi olaraq proqram yeniləmələrinin mövcud olub olmadlğını yoxlayın.
Galaxy A31 ( SM-A315F )
Qurulmuş Nömrə : A315FXXS5DXB1
Android versiyası : S(Android 12)
Buraxılış Tarixi : 2024-02-29
Təhlükəsiz paket səviyyəsi : 2024-02-01
• Təhlükəsizlik
Cihaz təkmilləşdirilmiş təhlükəsizlik səviyəsi ilə qorunur.
Qurulmuş Nömrə : A315FXXS4DWH1
Android versiyası : S(Android 12)
Buraxılış Tarixi : 2023-08-22
Təhlükəsiz paket səviyyəsi : 2023-08-01
• Təhlükəsizlik
Cihaz təkmilləşdirilmiş təhlükəsizlik səviyəsi ilə qorunur.
Qurulmuş Nömrə : A315FXXU2DWB3
Android versiyası : S(Android 12)
Buraxılış Tarixi : 2023-03-14
Təhlükəsiz paket səviyyəsi : 2023-02-01
• Stabillik və etibarlılıq
Cihazın işləmə qaydası yaxşılaşdırılıb.
• Təhlükəsizlik
Cihaz təkmilləşdirilmiş təhlükəsizlik səviyəsi ilə qorunur.
Qurulmuş Nömrə : A315FXXU1DVJ2
Android versiyası : S(Android 12)
Buraxılış Tarixi : 2022-12-08
Təhlükəsiz paket səviyyəsi : 2022-10-01
• Cihazınızın ümumi sabitliyi yaxşılaşdırılıb.
• Cihazınızın təhlükəsizliyi yaxşılaşdırılmışdır.
Qurulmuş Nömrə : A315FXXU1DVG8
Android versiyası : S(Android 12)
Buraxılış Tarixi : 2022-08-15
Təhlükəsiz paket səviyyəsi : 2022-07-01
• Cihazınızın ümumi sabitliyi yaxşılaşdırılıb.
• Cihazınızın təhlükəsizliyi yaxşılaşdırılmışdır.
Qurulmuş Nömrə : A315FXXU1DVF1
Android versiyası : S(Android 12)
Buraxılış Tarixi : 2022-07-18
Təhlükəsiz paket səviyyəsi : 2022-04-01
• Cihazınızın ümumi sabitliyi yaxşılaşdırılıb.
• Cihazınızın təhlükəsizliyi yaxşılaşdırılmışdır.
Qurulmuş Nömrə : A315FXXU1DVD8
Android versiyası : S(Android 12)
Buraxılış Tarixi : 2022-05-25
Təhlükəsiz paket səviyyəsi : 2022-04-01
One UI 4.1 Yeniləməsi (Android 12)
One UI Galaxy cihazlarınız üçün böyük çeşiddə yeni xüsusiyyət və təkmilləşdirmələri təklif edir. Daha intuitiv, daha əyləncəli, daha təhlükəsiz və həmişəkindən daha da asan.
Aşağıda dəyişikləklərlə tanış ola bilərsiz.
Rəng palitrası
Divar kağızınız əsasında telefonunuzu unikal rənglərlə fərdiləşdirin. Rəngləriniz menyu, düymə, arxa fon və telefonunuzdakı proqramlara tətbiq olunacaq.
Məxfilik
One UI 4.1 şəxsi məlumatınızın yanlış əllərə düşməməsini təmin etmək üçün güclü məxfilik təklif edir.
İcazələrlə bağlı məlumatla qısa tanışlıq
İcazə istifadəsi bölməsində Məkan, Kamera və ya mikrofon kimi həssas icazələrə hər bir proqram tərəfindən çıxış edilən zaman məlumatlı olun. Siz xoşunuza gəlməyən istənilən proqramlara icazəni verməkdən imtina edə bilərsiniz.
Kamera və mikrofon parametrləri
Kənar göz və qulaqları uzaq tutun. İstənilən proqram telefonunuzun kamerası və ya mikrofonundan istifadə edən zaman ekranın sağ yuxarı küncündə yaşıl nöqtə peyda olacaq. Həmçinin, siz bütün proqramların kamera və ya mikrofondan istifadəsinin müvəqqəti olaraq qarşısını almaq üçün cəld paneldəki nəzarət vasitələrindən istifadə edə bilərsiz.
Təxmini məkan
Dəqiq məkanınızı məxfi saxlayın. Siz dəqiq yerinizi bilməsi lazım olmayan proqramları yalnız yerləşdiyiniz ümumi ərazini görməsi üzrə qura bilərsiniz.
Mübadilə buferinin qorunması
Şifrə, kredit kartının nömrəsi və digər həssas məlumatı təhlükəsiz yerdə saxlayın. Siz digər proqramda mübadilə buferinə köçürülmüş məzmuna proqram tərəfindən çıxış əldə edildikdə xəbərdarlıq ala bilərsiniz.
Samsung Klaviaturası
Sadəcə çap etməkdən əlavə daha çox şeyləri özündə ehtiva edən Samsung Klaviaturası özünüzu ifadə etmək və əyləncə üçün nəzərdə tutulub.
GIF faylları, emojilər və stikerlərə cəld çıxış imkanı
Özünü ifadə sizdən sadəcə bir toxunuş uzaqdadır. Sadəcə bir düyməyə toxunmaqla emoji, GIF faylları və stikerlərinizə birbaşa klaviaturanızdan çıxış əldə edin.
Animasiyalı emoji cütləri
Düzgün emojini tapa bilmirsiz? İki emojini birləşdirin, sonra isə hisslərinizi ifadə etmək üçün animasiya əlavə edin.
Daha çox stiker
Endirmək üçün mövcud olan geniş çeşiddə yeni animasiyalı stikerlərlə söhbətlərinizə rəng qatın.
Yazı köməkçisi
Grammarly tərəfindən ərsəyə gətirilmiş yeni Yazı köməkçisi ilə qrammatikanızı və orfoqrafiyanızı təkmilləşdirin (yalnız ingilis dilində mövcuddur).
Əsas ekran
Hər şey sevimli proqram və xüsusiyyətlərin sizdən sadəcə bir toxunuş aralıda olan Əsas ekrandan başlayır. One UI 4.1 sizə əsas ekranı həmişə mükəmməl saxlamağa imkan verir.
Yeni vidjet dizaynı
Vidjetlər məlumatlara qısa baxış imkanı və daha uyğun üslubu ilə hər zamankından daha yaxşı görünməsi üçün təkrar dizayn edilmişdir.
Daha asan vidjet seçimi
Doğru vidjeti tapmaqda çətinlik çəkirsiniz? Hər bir proqramda nəyin mövcud olduğunu görmək üçün indi siz vidjetlər siyahısını daha cəld gözdən keçirə bilərsiniz. Həmçinin, sizə sınamaq üçün faydalı vidjetlərə dair tövsiyələr də veriləcəkdir.
Kilid ekranı
İstər musiqinizin idarə olunması, cədvəlinizin yoxlanılması, istərsə də ən yaxşı ideyalarının qeydə alınması olsun, hər halda telefonunuzun kilidini açmadan təcili tapşırıqları icra etmək üçün vidjetlərdən istifadə edin.
İstədiyiniz yerdə dinləyin
Kilid ekranından audionun çıxışını qulaqlıqlardan telefonunun dinamiklərinə ötürün.
Səz yazısı
Əla ideyanız var? Telefonunuzun kilidini açmadan səs qeydini yazın.
Təqvim və cədvəl bir yerdə
Kilid ekranında ayın qalan hissəsi üçün bu günün cədvəlini təqvimlə bir yerdə yoxlayın.
Kamera
Linzalar və miqyas tənzimləyicisi
Miqyası nə qədər artırdığınızı bilməniz üçün linza düymələri böyütmə səviyyəsini göstərir.
Heç vaxt məqamı qaçırmayan video
Dəyərli anlar ötüb keçmədən öncə onları qaçırmamanız üçün Yazı düyməsini buraxmaq əvəzinə onun üzərinə basdıqdan dərhal sonra yazı başlayır. Foto rejimdə çevik video yazıya başlamaq üçün Çəkiliş düyməsinə toxunaraq barmağınızı onun üzərində saxlaya bilərsiz, sonra isə Çəkiliş düyməsini basılı saxlamadan video yazını davam etdirmək üçün barmağınızı Kilid düyməsinə sürüşdürə bilərsiniz.
Təkmilləşdirilmiş skanlama
Sənədləri skanlayın, sonra isə lupanın üzərinə basaraq miqyası böyüdün və dərhal redaktə edin. Siz, həmçinin, sadəcə kiminsə kontaktını telefonunuza əlavə etmək yerinə kiməsə zəng etmək və ya e-poçt göndərmək kimi QR kodlarını skanladıqdan sonra daha çox şeylər edə bilərsiniz.
Ev heyvanları üçün portretlər
Müxtəlif portret effektləri ilə kürklü dostlarınızın gözəl şəkillərini çəkin. Portret rejimi artıq həm ön, həm də arxa kameralarda pişik və itlərlə işləyir. Bəzi portret effektləri yalnız şəkil çəkdikdən sonra tətbiq oluna bilər.
Qalereya
Telefonunuzda minlərlə şəkil və videoların və ya bir neçə dəyərli anların olub olmamasından asılı olmayaraq Qalereya sizə lazım olanları tapmağı daha da asanlaşdırır və kolleksiyanızı təşkilatlanmış şəkildə saxlayır.
Təkmilləşdirilmiş hekayələr
Avtomatik yaradılan seçmə videolarla hekayələrinizin canlanmasını öz gözlərinizlə görün. Baxmaq üçün sadəcə hər bir hekayənin üzərində əvvəlcədən baxış üzərinə basın. Siz, həmçinin, yeni Xəritə görünüşündə hekayələrdəki şəkillərinizin harada çəkildiyini də kəşf edə bilərsiniz.
Daha da asan albomlar
İçində minlərlə şəkil olsa belə, albomlarınıza daha asan nəzər salın. Əslində sevimli və ən çox istifadə edilən albomlarınızın hər zaman siyahının əvvəlində yerləşməsi üçün albomlarınızı daxilindəki şəkil və videoların sayına görə təşkil edə bilərsiniz. Albomun tərkibi barədə daha yaxşı təsəvvürünüz olması üçün üzlük şəkli də ekranın yuxarısında peyda olur.
Məlumat üzərində daha da çox nəzarət
Şəkillərinizin tarixi, vaxtı və məkanına düzəliş etmək və ya onları məxfi saxlamaq üçün onları dəyişin və ya silin. Siz, həmçinin, bir neçə şəkil seçərək onlara aid məlumatı bir dəfəyə redaktə edə bilərsiniz.
Şəkil və video redaktoru
Bəzən, şəkil və videolarınıza bir neçə düzəlişlər tələb olunur. One UI-ın Şəkil və Video redaktorları şəkillərinizi paylaşmadan əvvəl onların mükəmməl görünməsi üçün sizin xidmətinizdədir.
Emojilər və stikerlər
Utancaq dostunuzun üzünü örtmək üçün emojidən istifadə edin və ya məzəli şəkil və videolar yaratmaq üçün stikerlər əlavə edin.
İşıqlandırmaya nəzarət
Pis işıqlandırmaya görə şəkil çox qaranlıqdır? Yeni işıq balansı xüsusiyyəti şəklin daha da mükəmməl görünməsi üçün sizə bütün təfərrüatlardan istifadə etmək imkanını verir.
Heç vaxt orijinalı itirməyin
Redaktə etməkdə cəsarətli olun! Həm orjinal, həm də redaktə olunmuş versiyaları saxlamaq üçün indi sizin yaddaşda saxlandıqdan sonra həm şəkil, həm də videoları orijinal versiyaya bərpa etmək və ya onları nüsxə olaraq yaddaşda saxlamaq imkanınız var.
Bir şəkildən kəsib başqa şəklə yapışdırın
Simalar, ev heyvanları, binalar və sairə şeylərin qarışdırılmasını sınayın. Siz bir şəkildən istənilən bir obyekti kəsib digər bir şəklə yapışdıra bilərsiniz.
AR Emoji
Mesajlarınıza rəng qatmaq, videolarınızı daha da əyləncəli etmək və sairə üçün öz şəxsi emojilərinizdən istifadə edin. Siz özünüzün rəqəmsal versiyasını yarada bilər və ya başqa bir görünüşü sınaya bilərsiniz. İmkanlar qeyri-məhduddur.
Profilinizi gözəlləşdirin
Kontaktlar və Samsung account hesabında profil şəkli kimi AR emoji-dən istifadə edin. Siz 10-dan çox poza arasından seçim edə bilər və ya özünüzə məxsus ifadə tərzini seçə bilərsiniz.
Üz stikerləri
Özünüzə aid emojinin yeni stikerləri ilə öz emojiniz kimi davranın. Şəkillərinizi bəzəyərək və onları dostlarınızla paylaşaraq əylənin.
Gecəni rəqs etməklə keçirin
AR emojiləri ilə maraqlı rəqs videoları yaradın. #Məzəli, #Maraqlı, və #Şənlik daxil olmaqla 10 müxtəlif kateqoriyadan şablonlar seçin.
Öz geyiminizi dizayn edin
Heç nə vaxtsa dəb dizayneri olmaq istəmisiz? İndi siz öz rəsmlərinizdən istifadə edərək AR emojiləriniz üçün unikal geyim yarada bilərsiniz.
Paylaşma
One UI sizə əlaqədə qalmağa və digərləri ilə təcrübələrinizi paylaşmağa kömək edir. İstənilən proqramda sadəcə Paylaş düyməsinin üzərinə basın.
Daha çox fərdiləşdirmə
Paylaşmanı özünüzə uyğunlaşdırın. Lazımsız proqramları kənarlaşdırmaq və yalnız müntəzəm istifadə etdiyiniz proqramlara əsas diqqəti cəmləmək üçün məzmun paylaşarkən peyda olan proqramlar siyahısını fərdiləşdirə bilərsiniz.
Daha asan naviqasiya
Yeni tərtibat və daha yaxşı naviqasiya paylaşmanı asanlaşdırır. Paylaşan zaman proqram və kontaktları nəzərdən keçirmək üçün barmağınızı sola və ya sağa sürüşdürün.
Şəkil paylaşımı
Şəklin fokusdan kənar olması və ya çərçivəyə yaxşı oturub oturmamasından asılı olmayaraq kifayət qədər xoşunuza gəlməyən şəkil paylaşan zaman biz sizə bunu bildirəcək və düzəlişləri etmək üçün təkliflər verəcəyik.
Təqvim
One UI 4.1 məşğul həyatınızın təşkilatlanmasını daha da asan edir.
Əsas ekranda cədvəlinizlə tanış olun
Yeni vidjet ay üçün tam təqvimlə birlikdə gün üçün cədvəlinizi göstərir.
Tədbirlərin çevik əlavə olunması
Təqviminizə tez nəyisə əlavə etmək lazımdır? Sadəcə başlığı daxil edin və tamamdır.
Daha çox axtarış imkanları
Təqvimə daxil etdiyiniz tədbirləri tapmaq üçün sizin hər zamankindən daha çox imkanınız olacaq. Son dəfə istifadə etdyiniz axtarış açar sözlərindən seçim edin və ya rəng yaxud stiker üzrə çeşidləyin.
Digərləri ilə paylaş
Bəzən digərlərini də məlumatlandırmaq lazımdır. İndi təqvimlərinizi digər Galaxy istifadəçiləri ilə paylaşmaq daha da asan oldu.
Tarix və vaxtın seçilməsi daha da asan oldu
Tədbir təfərrüatların ayarlanması yeni tarix və vaxt seçimləri ilə asandır.
Silinmiş tədbirləri bərpa edin
Sildiyiniz tədbirlər Zibil Qutusunda 30 gün ərzində qalacaq ki, sizə lazım olduqda onları əldə etmək mümkün olsun.
Samsung Internet
One UI sürətli və təhlükəsiz veb brauzeri axtardığınız veb səhifələrin tapılmasını və məxfiliyinizin qorunmasını daha da asan edir.
Axtarış təklifləri
Ünvan sətrinə mətn daxil etdiyinizdə daha çox əlavə axtarış təklifləri əldə edin. Nəticələr tamamilə yeni dizaynda peyda olacaqdır.
Əsas ekrandan axtarış edin
Yeni axtarış vidjeti sizə Əsas ekrandan axtardığınızı tapmağa kömək edir.
Gizli rejimdə başlayın
Son axtarış sessiyanız ərzində Gizli rejimdən istifadə etdiyiniz təqdirdə məxfiliyinizi qorumaq üçün Samsung Internet avtomatik olaraq Gizli rejimdə işə başlayacaqdır.
Cihaza qayğı
Telefonunuzun istismar, təhlükəsizlik və batareya göstəricilərinin qısa xülasəsini, problemləri çevik həll edin və daha mürəkkəb məsələlər üçün müfəssəl diaqnostikadan faydalanın.
Batareya və təhlükəsizlik göstəricilərinin qısa xülasəsi
Batareya və təhlükəsizliklə bağlı problemləri daha cəld həll edə bilməniz üçün bu problemlər əsas ekranda peyda olacaq.
Telefonunuzun ümumi statusunu anlayın
Telefonunuzun ümumi statusunu dərhal anlamız üçün o, emoji şəklində göstərilir.
Diaqnostika yoxlamaları
İndi siz Cihaza qayğı bölməsindən birbaşa Samsung Members diaqnostikasına keçid edə bilərsiz. Əgər telefonunuzda hər-hansı bir problemin olduğunu düşünürsüzsə problemin nədən ibarət olduğunu öyrənmək üçün diaqnostika testlərini sınayın və onun həll olunması üçün tövsiyələri əldə edin.
Samsung Health
Sağlamlığınıza dair məlumatı bir yerdən idarə edin və daha yaxşı gələcək üçün vərdişləri öyrənməyə başlayın. İdman məşqlərinizi, yuxunuzu, qida qəbulunu və sairəni izləyin. One UI 4.1 bunu hər zamankindən də asan edir.
Tamamilə yeni dizayn
Ən vacib məlumatlarınız sizdən bir toxunuş məsafəsindədir. Ehtiyacınız olan hər şey ekranın aşağı hissəsindəki 4 tab-vərəqlə asan əldə edilə bilər.
Səhifəm
Sağlamlıq göstəriciləriniz, nailiyyətləriniz, şəxsi rekordlarınız və irəliləyişinizə dair xülasəni Səhifəm tab-vərəqindən əldə edin.
Dostlarınızla yarışın
Birlikdə yarışmaq hər zamankindən daha asandır. Link göndərməklə dostlarınızı dəvət edin.
Daha da inklüziv
Cins seçimləri daha inklüzivdir. İndi siz Digər və Qeyd etmək istəmirəm seçimini edə bilərsiz.
Daha çox ərzaq seçimi
Qida qəbulunuzun qeydə alınması ərzaq izləyicisinə daha çox məhsulun əlavə olunması ilə daha da asan oldu.
Çıxış imkanı
One UI hər kəs üçün dizayn edilib. One UI 4.1-də siz özünüzə ən rahat olan tərzdə telefonunuzdan istifadə etmək üçün əlavə seçimləri tapacaqsınız.
Sizə lazım olanda xidmətinizdədir
Çıxış imkanı xüsusiyyətlərinə həmişə mövcud olan üzən düymə ilə çevik çıxış əldə edin.
Siçan jestləri
Siçanın kursorunu ekranın 4 küncündən birinə tutmaqla hərəkətləri daha tez icra edin.
Bir dəfəyə ekranınızı tənzimləyin
Fərdi Displey rejimində eyni zamanda ziddiyyət və ölçünü tənzimləyin (Yüksək ziddiyyət və ya böyük displey).
Göz üçün rahatlıq
Ehtiyaclarınızı qarşılamaq üçün əlavə vizual imkanlar mövcuddur. Siz şəffaflığı və ya bulanıqlığı azalda bilərsiz.
Fərdiləşdirilə bilən fləş bildirişlər
Bildiriş daxil olanda ekranın sayrışmasını qurun. Hər bir proqram üçün rəngləri fərdiləşdirdiyinizə görə hansı bildirişin hardan daxil olduğunu asanlıqla müəyyən edə bilərsiz.
Daha asan böyütmə
Böyüdücü pəncərə yeni böyütmə menyusu ilə birləşərək ekrandakı böyüdülən məzmun üzərində sizə daha çox seçim və nəzarət imkanları verir.
Əlavə xüsusiyyətlər və təkmilləşmələr
Daha yaxşı Always On Display funksiyası
Heç vaxt heç bir bildirişi qaçırmayın. İndi siz bildiriş aldıqda Always On Display funksiyasının aktiv edilməsini qura bilərsiz. Always On Display funksiyasını yeni görünüşdə saxlamaq üçün yeni animasiyalı stikerlər də mövcuddur.
Təkmilləşdirilmiş Tünd rejim
Qaranlıqda rahatlığınızı təmin etmək üçün Tünd rejimi indi divar kağızları və nişanları avtomatik olaraq tündləşdirir. Samsunq proqramlarındakı illüstrasiyaların gözləriniz üçün rahat olan daha uyğun təcrübədən faydalanmaq üçün daha da tünd rəngləri olan Tünd rejimi versiyası var.
Yükləmə məlumatının qısa xülasəsi
Telefonunuzu yükləməyə başlayanda müxtəlif vizual effektlər sizə yükləmə sürəti barədə məlumatı daha intuitiv şəkildə bildirir.
Parlaqlığlın daha asan idarə edilməsi
Cəld paneldə yerləşən böyük parlaqlıq buferi bir barmaq sürüşdürməsi ilə ekranın parlaqlığının dəyişdirilməsini daha da asan edir.
Təhlükəsizlik və fövqəladə rejim menyusu
Parametrlərdə yerləşən yeni təhlükəsizlik və fövəqaladə rejim menyusu sizə fövqəladə kontaktları və təhlükəsizlik məlumatını bir yerdən idarə etməyə imkan verir.
Parametrlər üzrə axtarış təkmilləşdirmələri
Təkmilləşdirimiş axtarış xüsusiyyətləri sizə özünüzə lazım olan vaxtda tələb olunan parametrləri tapmağa kömək edir. Nəyi axtardığınızdan asılı olaraq siz aidiyyati xüsusiyyətlər üçün təkliflər əldə edəcəksiniz.
Gözlərinizi yoldan çəkməyin
Cihazdan istifadə bölümündə yeni Maşın İdarəetmə monitoru maşın idarə edən zaman telefondan istifadə etdiyiniz halları qeydə alır. Sizə telefonunuzdan nə qədər istifadə etdiyinizə və hansı proqramları istifadə etdiyinizə dair məlumat verilir.
Zəngli saatı sadəcə bir dəfə ötür
Yatmaq istəyirsiniz? İndi siz sadəcə bir dəfəyə zəngli saatı söndürə bilərsiz. Ötürüldükdən sonra o, avtomatik olaraq yenidən yanacaq.
Gündüz və ya gecə qısa xülasə
Dünyanın o başında dostunuz var? Onunla əlaqə saxlamaq üçün uyğun vaxtın olub olmadığını öyrənmək daha asandır. İkili saat vidjeti gündüz və ya gecənin olmasından asılı olaraq, sizə hər şəhər üzrə müxtəlif fon rəngləri göstərir.
Məntlərdən zənglərə keçid edin
Mətnin ixtisar edilməməsi? Söhbət pəncərəsinin yuxarısında şəxsin adınının üzərinə basaraq ona aid məlumatı görün və ya səsli zəng və ya video zəng rejimində zəng edin.
Mesajlarda əlavə axtarış nəticələri
İndi siz mesajlarınızı şəkil, video, veb link və sairə üçün axtarış edə bilərsiniz. Bütün nəticələr çeşidlənir ki, siz birbaşa axtardığınız şeyə keçid edə biləsiniz.
Mənim Fayllarım bölməsində daha asan axtarış
Faylın adında orfoqrafik səhv olduqda və ya onun adının üst-üstə düşmədiyi hallarda belə axtardığınız faylı tapın. Sonuncu fayllar bölməsi sizə bu yaxınlarda istifadə etdiyiniz və ya əldə etdiyiniz faylların yerini tapmağa kömək etmək üçün genişləndirilmişdir.
Təkmilləşmiş Kənar panellər
Kənar panellərdən istifadə edən zaman cari proqramınızı gözünüzün önündə saxlayın. Bir dəfəyə sizə daha çox şeyi görmək imkanını vermək üçün bulanıqlılıq götürülmüşdür.
Pəncərə içində təsvir ölçülərinin dəyişdirilməsi
Əgər peyda olan video sizə mane olursa onu daha da kiçiltmək üçün barmaq uclarınızı birləşdirin. Daha çox şeylər görmək istəyirisiniz? Təsviri böyütmək üçün barmaqlarınızı aralayın.
Peyda olan pəncərə seçimlərinə cəld çıxış imkanı
Bir neçə işi asanlıqla eyni anda görmək üçün pəncərə seçimləri menyusunu pəncərəsinin yuxarısına bərkidərək asan çıxışı təmin edə bilərsiniz.
One UI 4.1 yeniləməsindən sonra bəzi proqramlar ayrıca yenilənməlidir.
Qurulmuş Nömrə : A315FXXS1CVD2
Android versiyası : R(Android 11)
Buraxılış Tarixi : 2022-04-28
Təhlükəsiz paket səviyyəsi : 2022-04-01
• Cihazınızın təhlükəsizliyi yaxşılaşdırılmışdır.
Qurulmuş Nömrə : A315FXXU1CVA1
Android versiyası : R(Android 11)
Buraxılış Tarixi : 2022-02-15
Təhlükəsiz paket səviyyəsi : 2022-01-01
· Cihazın stabilliyini təmin edən təkmilləşdirmələr və proqram səhvlərinin düzəldilməsi.
· Yeni və ya təkmilləşdirilmiş funksiyalar.
· Cihazın işləmə qabiliyyətini yaxşılaşdırmaq üçün əlavə təkmilləşdirmələr
Qurulmuş Nömrə : A315FXXU1CUK4
Android versiyası : R(Android 11)
Buraxılış Tarixi : 2021-12-22
Təhlükəsiz paket səviyyəsi : 2021-11-01
· Cihazın stabilliyini təmin edən təkmilləşdirmələr və proqram səhvlərinin düzəldilməsi.
· Yeni və ya təkmilləşdirilmiş funksiyalar.
· Cihazın işləmə qabiliyyətini yaxşılaşdırmaq üçün əlavə təkmilləşdirmələr
Qurulmuş Nömrə : A315FXXS1CUK2
Android versiyası : R(Android 11)
Buraxılış Tarixi : 2021-11-29
Təhlükəsiz paket səviyyəsi : 2021-11-01
• Cihazınızın təhlükəsizliyi yaxşılaşdırılmışdır.
Qurulmuş Nömrə : A315FXXU1CUH3
Android versiyası : R(Android 11)
Buraxılış Tarixi : 2021-09-24
Təhlükəsiz paket səviyyəsi : 2021-08-01
· Cihazın stabilliyini təmin edən təkmilləşdirmələr və proqram səhvlərinin düzəldilməsi.
· Yeni və ya təkmilləşdirilmiş funksiyalar.
· Cihazın işləmə qabiliyyətini yaxşılaşdırmaq üçün əlavə təkmilləşdirmələr
Qurulmuş Nömrə : A315FXXU1CUH2
Android versiyası : R(Android 11)
Buraxılış Tarixi : 2021-09-07
Təhlükəsiz paket səviyyəsi : 2021-07-01
• Funksiyaların ümumi sabitliyi yaxşılaşdırıldı.
Qurulmuş Nömrə : A315FXXS1CUG1
Android versiyası : R(Android 11)
Buraxılış Tarixi : 2021-07-31
Təhlükəsiz paket səviyyəsi : 2021-07-01
• Cihazınızın təhlükəsizliyi yaxşılaşdırılmışdır.
Qurulmuş Nömrə : A315FXXU1CUF2
Android versiyası : R(Android 11)
Buraxılış Tarixi : 2021-07-27
Təhlükəsiz paket səviyyəsi : 2021-05-01
• Cəld Paylaşım təkmilləşdirilib
- Cəld Paylaşım funksiyasından istifadə edərək Galaxy cihazları arasında fayl paylaşımı yaxşılaşdırılıb.
• Wi-Fi bağlantısı və sabitliyi yaxşılaşdırıldı.
• Funksiyaların ümumi sabitliyi yaxşılaşdırıldı.
• Cihazınızın təhlükəsizliyi yaxşılaşdırılmışdır.
Qurulmuş Nömrə : A315FXXU1CUD4
Android versiyası : R(Android 11)
Buraxılış Tarixi : 2021-05-26
Təhlükəsiz paket səviyyəsi : 2021-04-01
One UI 3 Yeniləməsi (Android 11)
One UI 3 diqqətinizi zəruri olan məsələlərə cəmləməyə kömək etmək üçün hazırlanıb. Yeni vizual dizaynda yayındırıcı amilləri azaltmaq, vacib məlumatları vurğulamaq və istifadə təcrübənizi yaxşılaşdırmaq üçün Əsas ekran və cəld paneli kimi ən çox ziyarət etdiyiniz yerlər təkmilləşdirilib. Məhsuldarlıq ilə bağlı təkmilləşdirmələri proqramlara daha az batareya enerjisindən istifadə etməklə daha sürətli işləməsinə kömək edəcək. Və One UI 3 məxfiliyin idarə edilməsi üzrə yeni elementlər, birdəfəli icazələr və təkmilləşdirilmiş Cİhazdan istifadə ilə sizə daha çox nəzarət imkanı verir.
Dəyişikliklərin tam siyahısına baxmaq üçün aşağı sürüşdürün.
Vizual dizayn
One UI 3 görünüşünü və istifadə təcrübəsini yeniləmişik. Buraya böyük və kiçik dəyişikliklər, yeni, daha uyğun işarələr, eləcə də cəld paneli və bildirişlərin daha məqsədəuyğun nizamlanması daxildir. Təkmilləşdirilmiş animasiya və ümumi qarşılıqlı əlaqə üçün sensor əlaqəsi sayəsində hərəkət əvvəlkindən daha axıcı və təbiidir. Telefon, qatlana bilən cihaz və ya tablet olmasından asılı olmayaraq hər cihazda ən yaxşı istifadə təcrübəsi təmin etmək üçün interfeys müxtəlif ekran ölçülərinə uyğunlaşır.
Məhsuldarlıq artırılıb
Proqramların daha sürətli və səmərəli işləməsi One UI 3 versiyasını təkmilləşdirilmiş dinamik yaddaş bölüşdürülməsi ilə optimallaşdırmışıq. Həmçinin məhsuldarlığı artırmaq və daha səmərəli enerji istifadəsi təmin etmək üçün fon aktivliyini məhdudlaşdırmışıq.
Daha yaxşı fərdişəldirmə
• Dinamik Kilid ekranına yeni təsvir kateqoriyaları əlavə edilib və eyni anda ən çoxu 5 kateqoriya seçə bilərsiniz.
• İstifadə müddətinə nəzər salmaq üçün Kilid ekranına vidjet əlavə edə bilərsiniz.
• Divar kağızı təyin edən zaman interaktiv önbaxış imkanından yararlanın.
• Always On Display və Kilid ekranını tənzimləmək asanlaşdırılıb.
• Zəng edən və ya qəbul edən zaman şəkil və ya video görmək üçün zəng fonu əlavə edin.
• Samsung Internet proqramında tab-vərəqələrin sırasını dəyişə və onları kilidləyə bilərsiniz.
• Həyatınızı avtomatlaşdırmağa kömək etmək üçün Bixby Routines proqramına daha çox idarə elementi əlavə edilib.
• Yeni işarələr və Kilid ekranı vidjetləri sayəsində prosedurlarınızı tapmaq və idarə etmək daha asan olacaq.
• Cihazdan istifadə proqramından ayrıca şəxsi və iş profilləri ilə istifadə edin.
Təkmilləşdirilmiş funksiyalar
Əsas ekran və Kilid ekranı
• Əsas ekranda proqramın üzərinə toxunub saxlayaraq vidjetlər əlavə edin.
• Əsas və ya Kilid ekranında boş sahəyə iki dəfə vuraraq ekranı söndürün. (Parametrlər > Qabaqcıl funksiyalar > Hərəkət və jestlər bğlməsində qurun).
• Təqvim, hava və musiqi kimi vidjetləri görmək üçün Kilid ekranında saat olan sahəyə vurun.
Zənglər və mesajlar
• Söhbətlərə ayrıca olaraq bildiriş panelində baxın. Mesajlar və sevimli çat proqramlarınız ilə işləyir.
• Kontaktlar proqramında eyni hesabda saxlanılan təkrarlanan kontaktları asanlıqla silin. Silinmiş kontaktların saxlanılma müddəti 15 gündən 30 günədək uzadılıb.
• Bir ekranda bir neçə əlaqələndirilmiş kontaktı redaktə etmək imkanı əlavə edilib.
• Mesajlar proqramına Zibil qutusu əlavə edilib. Beləcə, ən son silinən mesajlar 30 gün müddətinə saxlanılacaq.
Şəkillər və videolar
• Təkmilləşdirilmiş avtomatik fokus və avtomatik ekspozisiya ilə şəkilləri daha tez çəkin.
• Qalereyada şəkil və videolara daha asan şəkildə baxın, redaktə edin və paylaşın.
• Qalereyada yeni funksiyalar və kateqoriyalar ilə şəkil və videoları daha tez tapın.
• Redaktə edilmiş şəkilləri yaddaşda saxlanıldıqdan sonra belə, istənilən vaxt ilkin versiyalarına qaytara bilərsiniz və beləcə, çəkdiyiniz şəkli heç vaxt itirməyəcəksiniz.
Parametrlər
• Parametrlər daha sadə olan yeni görünüşə malikdir. Samsung hesabı siyahının yuxarısında göstərilir, Əsas ekran parametrlərinə giriş imkanı isə indi daha asandır.
• Yeni Axtar funksiyaları ilə lazım olan parametrləri asanlıqla tapın. Sinonimlər və ümumi orfoqrafik səhvlər üçün daha yaxşı nəticələr əldə edəcəksiniz, eləcə də müvafiq parametrlər qruplarına baxmaq üçün teqlərin üzərinə vura bilərsiniz.
• Yalnız ən çox istifadə edilən funksiyaları təqdim etmək üçün Cəld parametrlər düymələri kiçildilib. Şəxsi fərdiləşdirilmiş cəld panelini yaratmaq üçün düymələr əlavə edə bilərsiniz.
Samsung Klaviaturası
• Daxiletmə dilllərinin sayı 370-ə qədər artırılıb.
• Kopyalanmış təsvirləri və mətn mesajlarında olan təsdiqləmə kodlarını əlavə etmək asanlaşdırılıb.
• Mətn əsaslı emosiya işarəsi daxil edən zaman emoji və stiker təklifləri əlavə edilib.
• Veb və e-poçt ünvanlarına daxil olan zaman daha böyük boşluq düyməsi təqdim etmək üçün klaviatura düzümü təkmilləşdirilib.
• Tez-tez istifadə edilən parametrlərə asan giriş imkanı əldə etmək üçün Klaviatura parametrləri yenidən təşkil edilib.
Məhsuldarlıq
Təkrarlanan və mürəkkəb tapşırıqları minimuma endirərək və onları səmərəli şəkildə yerinə yetirərək iş və şəxsi həyatınız arasında sağlam balans təmin edin.
• Yeni prosedurlar gündəlik həyat tərziniz və istifadə vərdişləriniz əsasında tövsiyə olunacaq.
• Bixby Routines proqramında hər şeyi prosedur icra edilməzdən əvvəl olan vəziyyətə qaytarmaq parametri təqdim edilib.
• İstifadə təcrübəsindən tam təəssürat almaq və veb-səhifələri cəld şəkildə tərcümə etmək üçün İnternet proqramında status və naviqasiya panellərini gizlədə bilərsiniz.
• Həddindən artıq çox bildiriş göndərən veb-saytları bloklamaq imkanınız olacaq.
• Fayllarım bölməsində olan fayl seçimi ekranında cloud drive fayllarına baxa və onları seçə bilərsiniz.
• İndi yaddaş yerini asanlıqla boşaltmaq üçün Mənim Fayllarım bölməsində keş fayllarını silə bilərsiniz.
• Başlama vaxtı eyni olan tədbirlər Təqvim proqramında ay və siyahı görünüşündə birgə göstərilir.
• Hər bir elementin yerini bilmək üçün Samsung DeX-də telefon və ya tabletdə olan proqram işarələrinin düzümündən istifadə edin.
• Telefon və ya tabletdə naviqasiya panelindən sensor paneli açın.
Asan media və cihaz idarəetməsi
Media və cihaz idarəetməsi bildirişlər bölməsində olan təkmilləşdirilmiş media paneli ilə daha asandır. Ən son istifadə edilən media proqramlarına baxa və səsləndirmə cihazını cəld şəkildə dəyişə bilərsiniz. Parametrlərdə Qabaqcıl funksiyalar menyusuna keçərək Android Avto parametrlərinə də nəzər sala bilərsiniz.
Rəqəmsal vərdişlərinizi müəyyən edin və yaxşılaşdırın
Təkmilləşdirilmiş Cihazdan istifadə funksiyaları telefon və tabletinizdən necə istifadə etdiyinizə asanlıqla nəzarət etmək və rəqəmsal vərdişlərinizi yaxşılaşdırmağa kömək edir. Yenilənmiş həftəlik hesabatlar vasitəsilə nəqliyyat vasitəsi idarə edən zaman istifadənizə nəzarət edin və ya ekran vaxtı göstəricisində olan həftəlik dəyişikliklərə nəzər salın.
Hər kəs üçün Çıxış imkanı
One UI 3 istifadənizdən asılı olaraq sizə faydalı çıxış imkanı funksiyaları tövsiyə edir. Təkmilləşdirilmiş Çıxış imkanı qısayolu sayəsində çıxış imkanı funksiyalarını işə salmaq və istifadə etmək daha asandır. TalkBack funksiyası sönülü olduqda belə, daxiletmə zamanı səsli əks-əlaqə əldə etmək üçün Klaviatura daxilet ucadan oxu funksiyasından istifadə edə bilərsiniz.
Məxfiliyin daha güclü qorunması
İndi proqram üçün mikrofona, kameraya və ya məkana giriş icazəsini sadəcə bir dəfə verə bilərsiniz. Müəyyən müddət ərzində proqram tərəfindən istifadə edilməyən icazələr avtomatik olaraq ləğv ediləcək. Artıq adi icazə bildirişində proqramlar üçün məkanınızı həmişə görmək icazəsini verə bilmərsiniz. Proqramlar istifadə edilməyən zaman onlar üçün məkanınıza giriş imkanı vermək üçün Parametrlərdə proqram üzrə məkan icazəsi səhifəsinə keçməlisiniz.
Əlavə təkmilləşdirmələr
• Saat proqramında zəngli saat çalan zaman vaxtı və zəngli saat üçün təyin edilmiş adı eşidə bilərsiniz.
One UI 3 yeniləməsindən sonra bəzi proqramlar ayrıca yenilənməlidir.
Dual messenger ilə kopyalanan proqramlar artıq SD kartda olan fayllara birbaşa giriş imkanı əldə edə bilməyəcək. SD kartda olan faylları kopyalanmış proqramda paylaşmaq üçün Qalereya və ya Fayllarım bölməsində faylları seçin, Paylaş seçiminə vurun və kopyalanmış proqramı seçin.
Artıq faylları digər cihazlara göndərmək üçün Wi-Fi Direct funksiyasından istifadə edə bilməyəcəksiniz. Bunun əvəzində Nearby Share funksiyasından istifadə edə bilərsiniz. Hələ də Wi-Fi Direct ilə fayllar qəbul edə bilərsiniz.
Artıq Smart View ilə Chromecast-a qoşula bilməyəcəksiniz. Bunun əvəzində Google Home funksiyasından istifadə edə bilərsiniz.
Qurulmuş Nömrə : A315FXXU1BUA1
Android versiyası : Q(Android 10)
Buraxılış Tarixi : 2021-03-15
Təhlükəsiz paket səviyyəsi : 2021-02-01
• Sensor ekranı sabitliyi yaxşılaşdırılmışdır.
• Cihazınızın təhlükəsizliyi yaxşılaşdırılmışdır.
Qurulmuş Nömrə : A315FXXU1BTK3
Android versiyası : Q(Android 10)
Buraxılış Tarixi : 2021-01-04
Təhlükəsiz paket səviyyəsi : 2020-11-01
Wi-Fi
- Yaxınlıqdakı Wi-Fi ruterlərində olan keyfiyyət ilə bağlı məlumatı qiymətləndirmək mümkün olarsa, həmin məlumat Çox sürətli, Sürətli, Normal və ya Yavaş kimi göstəriləcək.
* Bu funksiyanı "Şəbəkə keyfiyyəti ilə bağlı məlumatın göstərilməsi" parametrlərində aktiv yaxud qeyri-aktiv etmək mümkündür.
- Artıq parol vasitəsilə Wi-Fi ruterə giriş imkanı əldə etməyə cəhd edən zaman yenicə əlavə edilmiş funksiya istifadəçiyə, kontakt siyahısında Wi-Fi ruterin parolunu saxlamış və artıq həmin ruterə qoşulmuş yaxınlıqdakı hər hansı şəxsdən həmin parolu istəmək imkanı verir.
* Parolu istəmək imkanınız olan zaman Wi-Fi parolunu daxiletmə ekranında "Parolu istə" düyməsi göstəriləcək.
Always On Display
- Bitmoji Stikerləri Always On Display-də dəstəklənir. (Saat üslubu)
Samsung klaviat
- Klaviatura vasitəsilə axtarış funksiyasına, istifadəçiyə YouTube üzrə axtarış etmək imkanı verən yeni funksiya əlavə edilib.
- Ayrı klaviatura Albom rejimində dəstəklənir.
- Klaviatura Parametrləri səhifəsində olan "Daxiletmə dillərini idarə et" ekranının axtarış funksiyası, istifadəçinin əlavə etmək və ya silmək istədiyi klaviaturadan daxiletmə üçün olan dilləri asanlıqla tapmaq üçün son vaxtlar yenilənib.
Kamera
- Yaxşılaşdırılmış göstərici. - Kamera
Mesajlar
- İstifadəçiyə, əvvəlcədən konfiqurasiya edilmiş SOS mesajı kontaktı kimi saxlanılmış şəxsə zəng etmək imkanı verən funksiya əlavə edilib.
- İstifadəçiyə, 24 saat ərzində hər 30 dəqiqədən bir məkanın paylaşıldığı SOS mesajları göndərmək imkanı verən funksiya əlavə edilib.
Cihazınızın təhlükəsizliyi yaxşılaşdırılmışdır.
Qurulmuş Nömrə : A315FXXS1ATJ1
Android versiyası : Q(Android 10)
Buraxılış Tarixi : 2020-10-23
Təhlükəsiz paket səviyyəsi : 2020-10-01
• Cihazınızın təhlükəsizliyi yaxşılaşdırılmışdır.
Qurulmuş Nömrə : A315FXXU1ATH3
Android versiyası : Q(Android 10)
Buraxılış Tarixi : 2020-09-04
Təhlükəsiz paket səviyyəsi : 2020-07-01
• Kamera sabitliyi yaxşılaşdırılmışdır.
Qurulmuş Nömrə : A315FXXU1ATH2
Android versiyası : Q(Android 10)
Buraxılış Tarixi : 2020-08-18
Təhlükəsiz paket səviyyəsi : 2020-07-01
• Sensor ekranı sabitliyi yaxşılaşdırılmışdır.
• Barmaq izi sensoru sabitliyi yaxşılaşdırılmışdır.
• Kamera sabitliyi yaxşılaşdırılmışdır.
• Cihazınızın təhlükəsizliyi yaxşılaşdırılmışdır.
Qurulmuş Nömrə : A315FXXU1ATG1
Android versiyası : Q(Android 10)
Buraxılış Tarixi : 2020-07-30
Təhlükəsiz paket səviyyəsi : 2020-07-01
• Əlavə edilmiş yeni funksiya. - Music Share
• Kənar panel sabitliyi yaxşılaşdırılmışdır.
• Sensor ekranı sabitliyi yaxşılaşdırılmışdır.
• Cihazınızın təhlükəsizliyi yaxşılaşdırılmışdır.
Qurulmuş Nömrə : A315FXXU1ATE4
Android versiyası : Q(Android 10)
Buraxılış Tarixi : 2020-06-12
Təhlükəsiz paket səviyyəsi : 2020-06-01
• Əlavə edilmiş yeni funksiya. - Music Share
• Kənar panel sabitliyi yaxşılaşdırılmışdır.
• Sensor ekranı sabitliyi yaxşılaşdırılmışdır.
• Cihazınızın təhlükəsizliyi yaxşılaşdırılmışdır.
Qurulmuş Nömrə : A315FXXU1ATD4
Android versiyası : Q(Android 10)
Buraxılış Tarixi : 2020-05-26
Təhlükəsiz paket səviyyəsi : 2020-03-01
• Üçüncü tərəf proqramları ilə uyğunluq yaxşılaşdırılmışdır.
• Cihazınızın təhlükəsizliyi yaxşılaşdırılmışdır.