Proqram yeniləmələrinə aşağıda göstərilənlər və digər yeniləmələr daxildir
Cihazınızdan səmərəli şəkildə istifadə edə bilmək üçün cihazınızı ən son yeniləmələr ilə təmin edin və mütəmadi olaraq proqram yeniləmələrinin mövcud olub olmadlğını yoxlayın.

Galaxy A6 (SM-A600FN)


Qurulmuş Nömrə : A600FNXXU9CVB1
Android versiyası : Q(Android 10)
Buraxılış Tarixi : 2022-03-08
Təhlükəsiz paket səviyyəsi : 2022-02-01
• Cihazınızın ümumi sabitliyi yaxşılaşdırılıb.
• Cihazınızın təhlükəsizliyi yaxşılaşdırılmışdır.

Qurulmuş Nömrə : A600FNXXU9CUH1
Android versiyası : Q(Android 10)
Buraxılış Tarixi : 2021-09-24
Təhlükəsiz paket səviyyəsi : 2021-08-01
• Aşağıdakı proqram və ya funksiyaların sabitliyi yaxşılaşdırılıb: Google RCS
• Cihazınızın təhlükəsizliyi yaxşılaşdırılmışdır.

Qurulmuş Nömrə : A600FNXXU8CUC1
Android versiyası : Q(Android 10)
Buraxılış Tarixi : 2021-06-12
Təhlükəsiz paket səviyyəsi : 2021-03-01
• Cihazınızın təhlükəsizliyi yaxşılaşdırılmışdır.

Qurulmuş Nömrə : A600FNXXU8CUB1
Android versiyası : Q(Android 10)
Buraxılış Tarixi : 2021-04-05
Təhlükəsiz paket səviyyəsi : 2021-02-01
• Funksiyaların ümumi sabitliyi yaxşılaşdırıldı.
• Cihazınızın təhlükəsizliyi yaxşılaşdırılmışdır.

Qurulmuş Nömrə : A600FNXXS7CTI1
Android versiyası : Q(Android 10)
Buraxılış Tarixi : 2020-09-25
Təhlükəsiz paket səviyyəsi : 2020-09-01
• Cihazınızın təhlükəsizliyi yaxşılaşdırılmışdır.

Qurulmuş Nömrə : A600FNXXU6CTF2
Android versiyası : Q(Android 10)
Buraxılış Tarixi : 2020-08-07
Təhlükəsiz paket səviyyəsi : 2020-06-01
• Cihazın ümumi işi yaxşılaşdırıldı.

Qurulmuş Nömrə : A600FNXXU5CTC6
Android versiyası : Q(Android 10)
Buraxılış Tarixi : 2020-04-09
Təhlükəsiz paket səviyyəsi : 2020-03-01
• Cihazınızın təhlükəsizliyi yaxşılaşdırılmışdır.

Qurulmuş Nömrə : A600FNXXU5CTB9
Android versiyası : Q(Android 10)
Buraxılış Tarixi : 2020-03-12
Təhlükəsiz paket səviyyəsi : 2020-03-01
Android 10 ilə One UI 2 yeniləməsi

One UI 2 sizin kimi istifadəçilərin rəylərinə əsaslanan, Samsung və Google-dan yeni gözəl funksiyalar ilə Android 10 təqdim edir.
Vacib məlumatlarınızın yeniləmə zamanı itməməsi üçün onların ehtiyat nüsxəsini çıxarmağı tövsiyə edirik.
Kalkulyator, Samsung Internet, Samsung Health və Samsung Notes daxil olmaqla, bəzi proqramlar ƏS yeniləndikdən sonra ayrıca yenilənməlidir.

Yeniliklərə nəzər salın.

Tünd rejim
- Gündüz və gecə mühitləri üçün təsvir, mətn və rəng tənzimləmələri yaxşılaşdırılıb.
- Tünd rejim yanılı olarkən tünd divar kağızları, vidjetlər və xəbərdarlıqlar.

İşarə və rənglər
- Daha aydın proqram işarələri və sistem rəngləri.
- Ekran sahəsinə qənaət etmək üçün başlıq və düymələrin düzümü təkmilləşdirilib.

Axıcı animasiyalar
- Yüngül toxunuş ilə animasiyalar yaxşılaşdırılıb.

Tam ekran jestləri
- Yeni naviqasiya jestləri əlavə edildi.

Təkmilləşdirilmiş qarşılıqlı əlaqə
- Barmağınızı daha az hərəkət etdirməklə böyük ekranlardan daha rahat istifadə edin.
- Daha aydın göstərilən düymələrlə diqqətinizi vacib olan yerə yönəldin.

Bir əlli rejim
- Bir əlli rejimə çıxış imkanının yeni yolları: Əsas ekrana iki dəfə vurun və ya ekranın aşağı mərkəz hissəsindən aşağı sürüşdürün.
- Parametrlər artıq Parametrlər > Qabaqcıl funksiyalar > Bir əlli rejim bölməsinə köçürülüb.

Xüsusi imkanlar
- Böyük mətn üçün yüksək kontrastlı klaviatura və düzümlər yaxşılaşdırılıb.
- Canlı nitqi dinləyin və onu mətn şəklində göstərin.

Divar kağızı üzərində daha aydın mətn
- One UI açıq və tünd sahələrə uyğun olaraq şrift rənglərini və təsvirin rəng kontrastını avtomatik tənzimlədiyi üçün mətn divar kağızının fonunda daha aydın görünür.

Media və cihazlar
- SmartThings paneli Media və Cihazlar ilə əvəzlənib.
- Media: Telefonunuzda, eləcə də digər cihazlarınızda səsləndirilən musiqi və videoları idarə edin.
- Cihazlar: SmartThings cihazlarınızı birbaşa cəld giriş panelindən yoxlayın və idarə edin.

Biometrik məlumatlar
- Ekran sönülü olan zaman barmaq izi işarəsinin göstərilməsi üzrə seçim əlavə edilib. Hər dəfə vuran zaman onun göstərilməsini və ya Always On Display-də göstərilməsini seçə bilərsiniz.

Cihaza qayğı
- İndi batareyadan istifadə qrafikində daha ətraflı məlumatlar əks olunur.
- Batareya məhdudiyyəti parametri və Wireless PowerShare üçün digər təkmilləşmələr əlavə edilib.

Rəqəmsal rifah
- Telefonunuzdan istifadəyə nəzarət etmək üçün məqsədlər təyin edin.
- Telefonda olan yayındırma amillərindən qaçınmaq üçün Fokus rejimindən istifadə edin.
- Yeni valideyn nəzarəti ilə uşaqlarınızın fəaliyyətini nəzərinizdə saxlayın.

Kamera
- Ekranın aşağı hissəsində göstərilən rejimləri redaktə etmək imkanı əlavə edilib.
- Önbaxış ekranından gizli rejimlərə cəld çıxış imkanı əldə etmək imkanı verən Daha çox paneli əlavə edilib.
- Parametrlər maneəçilik törətmədən şəkil çəkə bilməniz üçün düzüm yaxşılaşdırılıb.

İnternet
- Daha çox istifadə etdiyiniz funksiyalara ani çıxış imkanı əldə etmək üçün cəld giriş menyusunu tənzimləyin.
- Proqram panelindən daha çox məlumat əldə edin.
- Daha çox funksiya əldə etmək üçün Galaxy Store-dan əlavələr quraşdırın.

Samsung Kontaktlar
- Kontaktlar üçün Zibil qutusu funksiyası əlavə edilib. Sildiyiniz kontaktlar həmişəlik silinməzdən əvvəl 15 gün ərzində Zibil qutusunda qalacaq.

Təqvim
- Stikerlər tədbir yaradılmadan tarixə əlavə edilə bilər.
- Melodiyalar tədbir xəbərdarlıqları üçün istifadə oluna bilər.

Xatırladıcı
- Təkrarlanan xatırlatmalar üçün daha çox seçim əlçatandır.
- Müəyyən vaxt kəsiyi üçün məkan əsaslı xatırlatmalar təyin edin.
- Xatırlatmalarınızı ailə qrupu və digər ümumi qruplar ilə paylaşın.
- Xəbərdarlıq olmadan müəyyən tarix üçün xatırlatmalar təyin edin.

Mənim Fayllarım
- Faylları səhvən silən zaman onları bərpa edə bilməniz üçün Zibil qutusu funksiyası yaradılıb.
- Axtarış zamanı elementləri daha cəld tapmanıza kömək etmək üçün istifadə edə biləcəyiniz daha çox filtr əlavə edilib.
- İndi bir neçə faylı və qovluğu eyni anda müxtəlif yerlərə kopyalaya və ya köçürə bilərsiniz.

Kalkulyator
- Vahid konverterinə sürət və vaxt vahidləri əlavə edilib.

Qoşulmuş avtomobil
- İndi Android Auto əvvəlcədən quraşdırılıb.

İpucular
- Galaxy cihazınızdan tam faydalana bilməniz üçün sizə kömək edəcək ipucular əlavə edilib.

Qurulmuş Nömrə : A600FNXXS5BTB2
Android versiyası : Pie(Android 9)
Buraxılış Tarixi : 2020-02-25
Təhlükəsiz paket səviyyəsi : 2020-02-01
• Cihazınızın təhlükəsizliyi yaxşılaşdırılmışdır.

Qurulmuş Nömrə : A600FNXXU5BSL6
Android versiyası : Pie(Android 9)
Buraxılış Tarixi : 2020-02-01
Təhlükəsiz paket səviyyəsi : 2019-12-01
• Cihazınızın təhlükəsizliyi yaxşılaşdırılmışdır.

Qurulmuş Nömrə : A600FNXXU4BSJ1
Android versiyası : Pie(Android 9)
Buraxılış Tarixi : 2019-11-26
Təhlükəsiz paket səviyyəsi : 2019-10-01
· Cihazınızın təhlükəsizliyi yaxşılaşdırılmışdır.

Qurulmuş Nömrə : A600FNXXU4BSH2
Android versiyası : Pie(Android 9)
Buraxılış Tarixi : 2019-09-23
Təhlükəsiz paket səviyyəsi : 2019-08-01
· Cihazınızın təhlükəsizliyi yaxşılaşdırılmışdır.

Qurulmuş Nömrə : A600FNXXU3BSD2
Android versiyası : Pie(Android 9)
Buraxılış Tarixi : 2019-04-27
Təhlükəsiz paket səviyyəsi : 2019-04-01
Android Pie ilə One UI yeniləməsi

One UI sizə maraqlı yeni funksiyalar və tamamilə yeni görünüşü, eləcə də sizin kimi istifadəçilərin rəylərinə əsaslanan Samsung və Google hissi ilə Android Pie təqdim edir.
Yeniləmə zamanı mühüm məlumatı qorumaq üçün onu nüsxələməyi tövsiyə edirik.
Kalkulyator, Samsung Internet, Samsung Health, Samsung Notes, Samsung Members və Samsung Pay kimi bəzi proqramlar ƏS yenilədikdən sonra fərdi şəkildə yenilənməlidir.
Android Pie cihazında Mobilimi Tap bölməsində Uzaqdan kiliddən açma funksiyasını istifadə etmək üçün ekran kilidi parolunun (və ya PIN-kod/naxış) nüsxələnməsi prosesi tələb olunur. Bu səbəbdən də yeniləmə prosesinə başlamazdan əvvəl ekran kilidi parolunu (və ya PIN-kod/naxış) xatırladığınızdan əmin olun. Parolu (və ya PIN-kod/naxış) unutmusunuzsa, yeniləmə prosesinə başlamazdan əvvəl onu sıfırlayın.

Yeniliklər buradadır.

One UI
- Diqqətinizi tapşırıqda saxlamaq üçün məzmun, parametrlər və başqa məlumatlar yenidən qurulub.
- Həmişə əl altında olması üçün interaktiv elementlər ekranın aşağısına köçürülüb.
- Gecə rejimi kimi yeni dizayn və funksiyalar gözlərinizi rahatlamağa kömək edir.

Bildirişlər
- Mesajlara birbaşa bildiriş panelindən cavab verə bilərsiniz.
- Şəklin eskizləri mesaj bildirişlərinə daxil edilib.
- Proqram bildirişləri parametrlərində kateqoriyadakı bütün bildirişləri yandırmaq və ya söndürmək üçün bir dəfə vurun.

Samsung Klaviaturası
- Yeni Unicode 11.0 emojiləri mövcuddur.
- Yeni adaptiv mövzu klaviaturanın görünüşü ətrafdakı proqramın rəngindən asılıdır.
- Üzən klaviatura bütün proqramlarda mövcuddur və yeni ölçü və şəffaflıq parametrləri vardır.
- Fərdi toxunub saxlama ilə gecikməni qura bilərsiniz.

Cihaza Qayğı (keçmiş Cihazın Texniki Xidməti)
- Göstərici rejimləri xəttiləşdirildi və Enerjiyə qənaət rejiminə birləşdirildi.
- Cihazın Texniki Xidməti kənar paneli ayrıldı.

Parametrlər
- Parametrləri asan tapa bilmək üçün menyular təkrar təşkil edilmişdir.

Bixby
- Bixby təkmilləşdirmə və yeni funksiyaları ilə tamamilə yenilənib.
- Əsas Bixby ekranında sola sürüşdürün və ən son funksiya və dəstəklənən proqramlara baxın.

Telefon
- İndi zəng tarixçənizi daxil olan və gedən zənglərlə çeşidləyə bilərsiniz.
- Zəng tarixçənizə 2000 qədər qeyd daxil ola bilər (500-dən artırılmış).

Kontaktlar
- Yeni rəf kontaktları müxtəlif hesablardan idarə etməyi asanlaşdırır.

Qalereya
- Bütün redaktə və toxunuşlarınızı proqramdan çıxmadan etmək üçün Photo Editor PRO redaktə alətləri Qalereyaya əlavə edilmiş.

Mənim fayllarım
- Yeni Yaddaş təhlilləri aləti yaddaşdan istifadəni yoxlamaq və yerə qənaət etməniz üçün əlavə edilmişdir.
- İndi Mənim fayllarım Əsas ekranında elementləri göstərə və ya gizlədə bilərsiniz.

Samsung Health
- Gündəlik addım hesabınız bildiriş panelində görünəcək. Onu gizlətmək üçün bildirişə vurub saxlayın və Cari addımları söndürün.

Başqa yaxşılaşdırmalar və dəyişikliklər
- Cəld paneldə Uşaq Əsas ekranına çıxın.
- Zəng stikerləri artıq davam etmir.
- HEIF şəkilləri artıq dəstəklənir.

Qurulmuş Nömrə : A600FNXXU3ARJ1
Android versiyası : Oreo(Android 8.0.0)
Buraxılış Tarixi : 2018-11-13
Təhlükəsiz paket səviyyəsi : 2018-09-01
· Cihazınızın təhlükəsizliyi yaxşılaşdırılmışdır.

Qurulmuş Nömrə : A600FNXXU2ARG5
Android versiyası : Oreo(Android 8.0.0)
Buraxılış Tarixi : 2018-07-28
Təhlükəsiz paket səviyyəsi : 2018-07-01
· Yeni Təhlükəsiz Wi-Fi funksiyası əlavə edilmişdir
· Yaxşılaşdırılmış göstərici. - Kamera
· Yeni kök şəkli əlavə edildi. (Knox ilə qorunur)
· GDPR əlvə edildi. (Ümumi Məlumat Qoruma Qaydasına)

Qurulmuş Nömrə : A600FNXXU2ARF7
Android versiyası : Oreo(Android 8.0.0)
Buraxılış Tarixi : 2018-07-17
· Yeni Təhlükəsiz Wi-Fi funksiyası əlavə edilmişdir
· Yeni Samsung Pay funksiyası əlavə edilmişdir
· Yaxşılaşdırılmış göstərici. - Kamera
· Yeni kök şəkli əlavə edildi. (Knox ilə qorunur)
· GDPR əlvə edildi. (Ümumi Məlumat Qoruma Qaydasına)