Proqram yeniləmələrinə aşağıda göstərilənlər və digər yeniləmələr daxildir
Cihazınızdan səmərəli şəkildə istifadə edə bilmək üçün cihazınızı ən son yeniləmələr ilə təmin edin və mütəmadi olaraq proqram yeniləmələrinin mövcud olub olmadlğını yoxlayın.

Galaxy S9 (SM-G9600)


Qurulmuş Nömrə : G9600ZHU9FVF2
Android versiyası : Q(Android 10)
Buraxılış Tarixi : 2022-08-18
Təhlükəsiz paket səviyyəsi : 2022-05-01
• Cihazınızın ümumi sabitliyi yaxşılaşdırılıb.
• Cihazınızın təhlükəsizliyi yaxşılaşdırılmışdır.

Qurulmuş Nömrə : G9600ZHU9FVA1
Android versiyası : Q(Android 10)
Buraxılış Tarixi : 2022-04-04
Təhlükəsiz paket səviyyəsi : 2022-01-01
· Cihazın stabilliyini təmin edən təkmilləşdirmələr və proqram səhvlərinin düzəldilməsi.
· Yeni və ya təkmilləşdirilmiş funksiyalar.
· Cihazın işləmə qabiliyyətini yaxşılaşdırmaq üçün əlavə təkmilləşdirmələr

Qurulmuş Nömrə : G9600ZHU9FUG2
Android versiyası : Q(Android 10)
Buraxılış Tarixi : 2021-09-10
Təhlükəsiz paket səviyyəsi : 2021-08-01
• Cihazınızın ümumi sabitliyi yaxşılaşdırılıb.
• Cihazınızın təhlükəsizliyi yaxşılaşdırılmışdır.

Qurulmuş Nömrə : G9600ZHU9FUE3
Android versiyası : Q(Android 10)
Buraxılış Tarixi : 2021-07-31
Təhlükəsiz paket səviyyəsi : 2021-05-01
• Cəld Paylaşım təkmilləşdirilib
- Cəld Paylaşım funksiyasından istifadə edərək Galaxy cihazları arasında fayl paylaşımı yaxşılaşdırılıb.
• Cihazınızın təhlükəsizliyi yaxşılaşdırılmışdır.

Qurulmuş Nömrə : G9600ZHS9FUE1
Android versiyası : Q(Android 10)
Buraxılış Tarixi : 2021-06-12
Təhlükəsiz paket səviyyəsi : 2021-05-01
· Təhlükəsizlik cığırı yeniləndi

Qurulmuş Nömrə : G9600ZHS8FUB4
Android versiyası : Q(Android 10)
Buraxılış Tarixi : 2021-03-25
Təhlükəsiz paket səviyyəsi : 2021-02-01
· Təhlükəsizlik cığırı yeniləndi

Qurulmuş Nömrə : G9600ZHU7FTK2
Android versiyası : Q(Android 10)
Buraxılış Tarixi : 2021-01-06
Təhlükəsiz paket səviyyəsi : 2020-11-01
Wi-Fi
- Yaxınlıqdakı Wi-Fi ruterlərində olan keyfiyyət ilə bağlı məlumatı qiymətləndirmək mümkün olarsa, həmin məlumat Çox sürətli, Sürətli, Normal və ya Yavaş kimi göstəriləcək.
  * Bu funksiyanı "Şəbəkə keyfiyyəti ilə bağlı məlumatın göstərilməsi" parametrlərində aktiv yaxud qeyri-aktiv etmək mümkündür.
- Artıq parol vasitəsilə Wi-Fi ruterə giriş imkanı əldə etməyə cəhd edən zaman yenicə əlavə edilmiş funksiya istifadəçiyə, kontakt siyahısında Wi-Fi ruterin parolunu saxlamış və artıq həmin ruterə qoşulmuş yaxınlıqdakı hər hansı şəxsdən həmin parolu istəmək imkanı verir.
  * Parolu istəmək imkanınız olan zaman Wi-Fi parolunu daxiletmə ekranında "Parolu istə" düyməsi göstəriləcək.

Always On Display
- Bitmoji Stikerləri Always On Display-də dəstəklənir. (Saat üslubu)

Samsung klaviat
- Ayrı klaviatura Albom rejimində dəstəklənir.
- Klaviatura Parametrləri səhifəsində olan "Daxiletmə dillərini idarə et" ekranının axtarış funksiyası, istifadəçinin əlavə etmək və ya silmək istədiyi klaviaturadan daxiletmə üçün olan dilləri asanlıqla tapmaq üçün son vaxtlar yenilənib.

Mesajlar
- İstifadəçiyə, əvvəlcədən konfiqurasiya edilmiş SOS mesajı kontaktı kimi saxlanılmış şəxsə zəng etmək imkanı verən funksiya əlavə edilib.
- İstifadəçiyə, 24 saat ərzində hər 30 dəqiqədən bir məkanın paylaşıldığı SOS mesajları göndərmək imkanı verən funksiya əlavə edilib.

Kamera
- Kameranın keyfiyyəti və stabilliyi yaxşılaşdırılıb.

Cihazınızın təhlükəsizliyi yaxşılaşdırılmışdır.

Qurulmuş Nömrə : G9600ZHS7ETI2
Android versiyası : Q(Android 10)
Buraxılış Tarixi : 2020-10-14
Təhlükəsiz paket səviyyəsi : 2020-09-01
· Cihazınızın təhlükəsizliyi yaxşılaşdırılmışdır.

Qurulmuş Nömrə : G9600ZHU7ETG4
Android versiyası : Q(Android 10)
Buraxılış Tarixi : 2020-09-21
Təhlükəsiz paket səviyyəsi : 2020-07-01
Bu yeniləməyə aşağıdakı funksiyaları yaxşılaşdırmaq daxildir.
Dəqiq dəyişikliklər cihazın modeli, ölkə və xidmət daşıyıcısından asılı olaraq fərqlənə bilər.

AR Emoji
- AR Emoji proqramına əl ilə redaktə etmək funksiyası və yaxşılaşdırılmış üz ifadəsi tanınması kimi təkmilləşmələr əlavə edilib.
※ AR Emoji yeni versiyaya yeniləndiyi üçün növbəti dəfə AR Emoji proqramını açan zaman Daha əvvəl yaddaşda saxlanılmış bütün AR emojiləri silinəcək.

Yeni Kamera funksiyaları
- AR Zonası, Tək çəkiliş, Peşəkar video, Filtrlərim, Selfi tonu, gecə vaxtı üçün taymlaps və ön kamera illə 60 kadr/san tezliklə FHD/UHD formatında videolar qeydə almaq üçün rejim kimi müxtəlif menyular, rejimlər və filtrlər əlavə edilib.

Qalereya
- Daha nizamlı baxış təcrübəsi üçün oxşar təsvirlər artıq bir yerdə qruplaşdırılıb.
- Bir neçə müxtəlif albom qrupunu bir qrupda birləşdirmək, yaxud müxtəlif qrupları və albomları bir qrupda birləşdirmək imkanı verən funksiya əlavə edilib.
- Yüksək əksetmə qabiliyyətinə malik təsvirlərin müəyyən hissələrini böyüdüb kəsmək üçün Cəld kəsim funksiyası əlavə edilib.

Samsung klaviat
- Emoji və stikerlər kimi müxtəlif elementləri eyni anda axtarmaq imkanı əlavə edilib.
- Mətnin geri/irəli aparılması funksiyası əlavə edildi.
(Klaviaturada iki barmaqla sola və ya sağa sürüşdürün.)

Cəld Paylaşım
- İndi Quick Share vasitəsilə faylları yaxınlıqda olan Samsung cihazları ilə cəld və asan şəkildə paylaşmaq mümkündür.

Music Share
- İndi Music Share Bluetooth audio cihazdan istifadə edən dostlarınızla musiqi paylaşmağa imkan verir.

Ən son Android təhlükəsizlik patçı tətbiq edildi.
- Cihazın təhlükəsizliyi sonradan yaxşılaşdırılacaq.

Qurulmuş Nömrə : G9600ZHS6DTF1
Android versiyası : Q(Android 10)
Buraxılış Tarixi : 2020-07-24
Təhlükəsiz paket səviyyəsi : 2020-06-01
· Cihazınızın təhlükəsizliyi yaxşılaşdırılmışdır.

Qurulmuş Nömrə : G9600ZHU6DTD1
Android versiyası : Q(Android 10)
Buraxılış Tarixi : 2020-06-24
Təhlükəsiz paket səviyyəsi : 2020-04-01
· Cihazınızın təhlükəsizliyi yaxşılaşdırılmışdır.

Qurulmuş Nömrə : G9600ZHS6DTB4
Android versiyası : Q(Android 10)
Buraxılış Tarixi : 2020-03-20
Təhlükəsiz paket səviyyəsi : 2020-03-01
· Cihazınızın təhlükəsizliyi yaxşılaşdırılmışdır.

Qurulmuş Nömrə : G9600ZHU6DTA7
Android versiyası : Q(Android 10)
Buraxılış Tarixi : 2020-02-22
Təhlükəsiz paket səviyyəsi : 2020-01-01
Android 10 ilə One UI 2 yeniləməsi

One UI 2 sizin kimi istifadəçilərin rəylərinə əsaslanan, Samsung və Google-dan yeni gözəl funksiyalar ilə Android 10 təqdim edir.
Vacib məlumatlarınızın yeniləmə zamanı itməməsi üçün onların ehtiyat nüsxəsini çıxarmağı tövsiyə edirik.
Kalkulyator, Samsung Internet, Samsung Health və Samsung Notes daxil olmaqla, bəzi proqramlar ƏS yeniləndikdən sonra ayrıca yenilənməlidir.

Yeniliklərə nəzər salın.

Tünd rejim
- Gündüz və gecə mühitləri üçün təsvir, mətn və rəng tənzimləmələri yaxşılaşdırılıb.
- Tünd rejim yanılı olarkən tünd divar kağızları, vidjetlər və xəbərdarlıqlar.

İşarə və rənglər
- Daha aydın proqram işarələri və sistem rəngləri.
- Ekran sahəsinə qənaət etmək üçün başlıq və düymələrin düzümü təkmilləşdirilib.

Axıcı animasiyalar
- Yüngül toxunuş ilə animasiyalar yaxşılaşdırılıb.

Tam ekran jestləri
- Yeni naviqasiya jestləri əlavə edildi.

Təkmilləşdirilmiş qarşılıqlı əlaqə
- Barmağınızı daha az hərəkət etdirməklə böyük ekranlardan daha rahat istifadə edin.
- Daha aydın göstərilən düymələrlə diqqətinizi vacib olan yerə yönəldin.

Bir əlli rejimdən istifadə qaydası dəyişdi.
- Bir əlli rejimə çıxış imkanının yeni yolları: Əsas ekrana iki dəfə vurun və ya ekranın aşağı mərkəz hissəsindən aşağı sürüşdürün.
- Parametrlər artıq Parametrlər > Qabaqcıl funksiyalar > Bir əlli rejim bölməsinə köçürülüb.

Xüsusi imkanlar
- Böyük mətn üçün yüksək kontrastlı klaviatura və düzümlər yaxşılaşdırılıb.
- Səsli/video zənglər zamanı və ya mikrofona danışdıqda real zamanda nitqi ekranda olan mətnə çevirən yeni funksiya əlavə edilib.

Divar kağızı üzərində daha aydın mətn
- One UI açıq və tünd sahələrə uyğun olaraq şrift rənglərini və təsvirin rəng kontrastını avtomatik tənzimlədiyi üçün mətn divar kağızının fonunda daha aydın görünür.

Cihaza qayğı
- İndi batareyadan istifadə qrafikində daha ətraflı məlumatlar əks olunur.

Rəqəmsal rifah
- Telefonunuzdan istifadəyə nəzarət etmək üçün məqsədlər təyin edin.
- Telefonda olan yayındırma amillərindən qaçınmaq üçün Fokus rejimindən istifadə edin.
- Yeni valideyn nəzarəti ilə uşaqlarınızın fəaliyyətini nəzərinizdə saxlayın.

Kamera
- Ekranın aşağı hissəsində göstərilən rejimləri redaktə etmək imkanı əlavə edilib.
- Yeni parametr və funksiyalar olduqda sizi məlumatlandıran yeni nişanlar əlavə edildi.
- Parametrlər maneəçilik törətmədən şəkil çəkə bilməniz üçün düzüm yaxşılaşdırılıb.

İnternet
- Fərdiləşdirmə menyusunda siz indi alət paneli menyusunu dəyişə bilərsiniz ki, tez-tez istifadə edilən funksiyalara cəld çıxa biləsiniz.
- Ətraflı məlumata indi hər menyunun başlıq panelində (əlfəcinlər, parametrlər, tarixçə və s.) baxmaq olar.
- Samsung İnternetin (məsələn, uzadılmalar) əlavə funksiyaları üçün dəstək uzadılmışdır.

Samsung Kontaktlar
- Kontaktlar üçün Zibil qutusu funksiyası əlavə edilib. Sildiyiniz kontaktlar həmişəlik silinməzdən əvvəl 15 gün ərzində Zibil qutusunda qalacaq.
- Kontaktlar üçün geniş axtarış indi BixbySearch mühərriki ilə mümkündür.
- QR kodu funksiyaları genişləndirildi (yeni skan funksiyası əlavə edildi).

Təqvim
- Təqvim proqramı geniş ekran üçün optimallaşdırılmışdır (DeX rejimi).
- Aylıq görünüş displeyi tədbir başlıqları uzun olan və 2 sıradan çox göstərilməli olan zamanlar üçün yaxşılaşdırılmışdır (yalnız gün ərzində çox tədbir olmadıqda mümkündür).
- İndi siz qrafikdən asılı olmayaraq xüsusi tarixlərə stikerlər qoşa bilərsiniz.
- Uzun melodiya indi tədbir xatırlatmaları üçün bildiriş səsi kimi qurula bilər.

Xatırladıcı
- Təkrarlanan xatırlatmalar üçün daha çox seçim əlçatandır.
- Müəyyən vaxt kəsiyi üçün məkan əsaslı xatırlatmalar təyin edin.
- Xatırlatmalarınızı ailə qrupu və digər ümumi qruplar ilə paylaşın.
- Xəbərdarlıq olmadan müəyyən tarix üçün xatırlatmalar təyin edin.

Mənim Fayllarım
- Faylları səhvən silən zaman onları bərpa edə bilməniz üçün Zibil qutusu funksiyası yaradılıb.
- Axtarış zamanı elementləri daha cəld tapmanıza kömək etmək üçün istifadə edə biləcəyiniz daha çox filtr əlavə edilib.
- İndi bir neçə faylı və qovluğu eyni anda müxtəlif yerlərə kopyalaya və ya köçürə bilərsiniz.

Kalkulyator
- Vahid konverterinə sürət və vaxt vahidləri əlavə edilib.

Qoşulmuş avtomobil
- İndi Android Auto əvvəlcədən quraşdırılıb.

İpucular
- Galaxy cihazınızdan daha çox yararlanmanız üçün One UI 2 üçün faydalı ipucları əlavə edilmişdir.

Windows ilə əlaqələndirmə funksiyası əlavə edilmişdir.
- Siz telefonunuzda olan şəkillər, mesajlar və bildirişlərə kompüterdən asan baxa bilərsiniz və ekran əksetdirməsi funksiyası da əlavə edilmişdir.
- Bu funksiya cəld panel və ya Parametrlərdə Windows ilə əlaqələndirmə ilə mövcuddur.

Link Sharing
- Fayl endirmə imkanı artırıldı.
- Siz indi hər fayl üçün 3 GB və gündə 5 GB-a qədər yükləyə bilərsiniz.

Samsung DeX
- Artırılmış dəstək indi Samsung DeX ilə kompüterə qoşulmaq üçün təmin edilir.

Media və cihazlar
- SmartThings paneli Media və Cihazlar ilə əvəzlənib.
- Media: Telefonunuzda, eləcə də digər cihazlarınızda səsləndirilən musiqi və videoları idarə edin.
- Cihazlar: SmartThings cihazlarınızı birbaşa cəld giriş panelindən yoxlayın və idarə edin.

Qurulmuş Nömrə : G9600ZHS6CSK4
Android versiyası : Pie(Android 9)
Buraxılış Tarixi : 2019-12-22
Təhlükəsiz paket səviyyəsi : 2019-12-01
· Cihazınızın təhlükəsizliyi yaxşılaşdırılmışdır.

Qurulmuş Nömrə : G9600ZHU5CSJ3
Android versiyası : Pie(Android 9)
Buraxılış Tarixi : 2019-11-21
Təhlükəsiz paket səviyyəsi : 2019-10-01
· Kamera sabitliyi yaxşılaşdırılmışdır.
· AR Emoji yenilənmişdir
· Cihazınızın təhlükəsizliyi yaxşılaşdırılmışdır.

Qurulmuş Nömrə : G9600ZHS5CSI4
Android versiyası : Pie(Android 9)
Buraxılış Tarixi : 2019-10-05
Təhlükəsiz paket səviyyəsi : 2019-09-01
· Cihazınızın təhlükəsizliyi yaxşılaşdırılmışdır.

Qurulmuş Nömrə : G9600ZHU5CSFC
Android versiyası : Pie(Android 9)
Buraxılış Tarixi : 2019-08-03
Təhlükəsiz paket səviyyəsi : 2019-07-01
· Kamera sabitliyi yaxşılaşdırılmışdır.
· Cihazınızın təhlükəsizliyi yaxşılaşdırılmışdır.

Qurulmuş Nömrə : G9600ZHS4CSE4
Android versiyası : Pie(Android 9)
Buraxılış Tarixi : 2019-06-06
Təhlükəsiz paket səviyyəsi : 2019-05-01
· Cihazınızın təhlükəsizliyi yaxşılaşdırılmışdır.

Qurulmuş Nömrə : G9600ZHU4CSC6
Android versiyası : Pie(Android 9)
Buraxılış Tarixi : 2019-05-04
Təhlükəsiz paket səviyyəsi : 2019-03-01
Android Pie ilə One UI yeniləməsi

One UI sizə maraqlı yeni funksiyalar və tamamilə yeni görünüşü, eləcə də sizin kimi istifadəçilərin rəylərinə əsaslanan Samsung və Google hissi ilə Android Pie təqdim edir.
Yeniləmə zamanı mühüm məlumatı qorumaq üçün onu nüsxələməyi tövsiyə edirik.
Kalkulyator, Samsung Internet, Samsung Health, Samsung Notes, Samsung Members və Samsung Pay kimi bəzi proqramlar ƏS yenilədikdən sonra fərdi şəkildə yenilənməlidir.
Yeniliklər buradadır.

One UI
- Diqqətinizi tapşırıqda saxlamaq üçün məzmun, parametrlər və başqa məlumatlar yenidən qurulub.
- Həmişə əl altında olması üçün interaktiv elementlər ekranın aşağısına köçürülüb.
- Gecə rejimi kimi yeni dizayn və funksiyalar gözlərinizi rahatlamağa kömək edir.

Bildirişlər
- Mesajlara birbaşa bildiriş panelindən cavab verə bilərsiniz.
- Şəklin eskizləri mesaj bildirişlərinə daxil edilib.
- Proqram bildirişləri parametrlərində kateqoriyadakı bütün bildirişləri yandırmaq və ya söndürmək üçün bir dəfə vurun.

Samsung Klaviaturası
- Yeni Unicode 11.0 emojiləri mövcuddur.
- Yeni adaptiv mövzu klaviaturanın görünüşü ətrafdakı proqramın rəngindən asılıdır.
- Üzən klaviatura bütün proqramlarda mövcuddur və yeni ölçü və şəffaflıq parametrləri vardır.
- Fərdi toxunub saxlama ilə gecikməni qura bilərsiniz.

Always On Display
- Təqvimi qrafiklə göstərmək seçimi daxil olmaqla yeni saat üslubları əlavə edildi.
- Sizə tam yüklənməyə nə qədər vaxt qaldığını bildirmək üçün yükləmə məlumatı əlavə edildi.
- Ekran sönülü olduqda hər zaman Always On Display göstərə və ya ekrana vurduqda 30 saniyəlik göstərməyi qura bilərsiniz.

Parametrlər
- Parametrləri asan tapa bilmək üçün menyular təkrar təşkil edilmişdir.

Samsung DeX
- DeX monitor və ya TV-də göstərildikdə telefondan istifadəyə davam et.
- Samsung DeX dəstəklənən HDMI adapterləri ilə istifadə edin. DeX Station ehtiyac yoxdur.

Bixby
- Bixby təkmilləşdirmə və yeni funksiyaları ilə tamamilə yenilənib.
- Əsas Bixby ekranında sola sürüşdürün və ən son funksiya və dəstəklənən proqramlara baxın.
- Vurduqda və ya iki dəfə vurduqda nə baş verməsinə qərar vermək üçün parametrlərdə Bixby düyməsini idarə edə bilərsiniz.

Telefon
- Zəng tarixçənizə 2000 qədər qeyd daxil ola bilər (500-dən artırılmış).

Kontaktlar
- Yeni rəf kontaktları müxtəlif hesablardan idarə etməyi asanlaşdırır.

Kamera
- Əlavə edilmiş Səhnə optimallaşdırıcı avtomatik olaraq kameranın rəng parametrlərini səhnəyə uyğunlaşdırır.

Qalereya
- Bütün redaktə və toxunuşlarınızı proqramdan çıxmadan etmək üçün Photo Editor PRO redaktə alətləri Qalereyaya əlavə edilmiş.

Mənim fayllarım
- Yeni Yaddaş təhlilləri aləti yaddaşdan istifadəni yoxlamaq və yerə qənaət etməniz üçün əlavə edilmişdir.
- İndi Mənim fayllarım Əsas ekranında elementləri göstərə və ya gizlədə bilərsiniz.

Samsung Health
- Gündəlik addım hesabınız bildiriş panelində görünəcək. Onu gizlətmək üçün bildirişə vurub saxlayın və Cari addımları söndürün.

Başqa yaxşılaşdırmalar və dəyişikliklər
- Oyatmaq üçün qaldır funksiyasından istifadə etmək üçün telefonu qaldırdıqda ekranı avtomatik yandırın.
- Cəld paneldə Uşaq Əsas ekranına çıxın.
- Zəng stikerləri artıq davam etmir.
- HEIF şəkilləri artıq dəstəklənir.
- Aşağıdakı funksiyalar silinmişdir : IP call, Təqvimi aç
- Əlavə edilmiş yeni funksiya. - Təhlükəsizlik aşkarl (Wi-Fi)

Qurulmuş Nömrə : G9600ZHS3ARK5
Android versiyası : Oreo(Android 8.0.0)
Buraxılış Tarixi : 2018-12-19
Təhlükəsiz paket səviyyəsi : 2018-11-01
· Cihazınızın təhlükəsizliyi yaxşılaşdırılmışdır.

Qurulmuş Nömrə : G9600ZHU3ARI4
Android versiyası : Oreo(Android 8.0.0)
Buraxılış Tarixi : 2018-11-27
Təhlükəsiz paket səviyyəsi : 2018-09-01
· Cihazınızın təhlükəsizliyi yaxşılaşdırılmışdır.

Qurulmuş Nömrə : G9600ZHU3ARH4
Android versiyası : Oreo(Android 8.0.0)
Buraxılış Tarixi : 2018-10-02
Təhlükəsiz paket səviyyəsi : 2018-08-01
· Cihazınızın təhlükəsizliyi yaxşılaşdırılmışdır.