Proqram yeniləmələrinə aşağıda göstərilənlər və digər yeniləmələr daxildir
Cihazınızdan səmərəli şəkildə istifadə edə bilmək üçün cihazınızı ən son yeniləmələr ilə təmin edin və mütəmadi olaraq proqram yeniləmələrinin mövcud olub olmadlğını yoxlayın.
Galaxy S21 5G(SM-G991B)
Qurulmuş Nömrə : G991BXXSFHYE1
Android versiyası : V(Android 15)
Buraxılış Tarixi : 2025-06-04
Təhlükəsiz paket səviyyəsi : 2025-05-01
• Cihazınızın təhlükəsizliyi yaxşılaşdırılmışdır.
Qurulmuş Nömrə : G991BXXUEHYD5
Android versiyası : V(Android 15)
Buraxılış Tarixi : 2025-05-07
Təhlükəsiz paket səviyyəsi : 2025-04-01
One UI 7.0 yeniləməsi (Android 15)
Cəsarətli yeni görünüş
Əlavə vizual imkanlar
Daha da təkmilləşdirilmiş və təkrarolunmaz görünüşün dadını çıxarın. One UI 7 düymələr, menyular, bildirişlər və idarəetmə panelləri daxil olmaqla əsas komponentlərin yeni heyranedici dizaynını təqdim etməklə yanaşı, əyrilər və dairələr üzrə daha uyğun vizual təcrübəni də təmin edir. Məhz One UI üçün nəzərdə tutulmuş yeni gözəl rənglər, rəvan animasiyalar və innovativ duman effekti məlumat ardıcıllığının daha aydın göstərilməsini təmin edir və diqqətinizi mühüm məlumatlara cəmləməyinizə kömək edir.
Təzələnmiş Əsas ekran
Təptəzə proqram nişanları lazım olan proqramın tanınmasını asanlaşdıran yeni vizual metaforları və rəng sxemləri olan Əsas ekranda möhtəşəm görünəcəklər. Vidjetlər daha al-əlvan rəngli təsvirlər və daha uyğun düzülüşlər ilə tamamilə yenidən dizayn edilmişlər. Əsas ekrandakı qovluqların da böyüdülməsi mümkündür ki, bu da qovluğu əvvəlcədən açmadan dərhal proqramlara daxil olmağınıza imkan verir.
Sadələşdirilmiş Əsas ekran çərçivəsi
Əsas ekranınız indi hətta əvvəlkindən də yaxşı görünür. Yeni standarta uyğun olan çərçivənin quruluşu simmetrikliyi təmin edir və One UI vidjetlərnin standart ölçülərdə istifadə edilməsini asanlaşdırır.
Əsas ekranın yaxşılaşdırılmış mənzərə görünüşü
Hətta telefonunuzdan üfüqi şəkildə istifadə edərkən Əsas ekranınız üçün daha uyğun olan görünüş əldə edin. Vidjetlər mənzərə görünüşündə indi eyni ölçülər nisbətinə malikdirlər və mətn etiketləri nişanların yanında deyil, onların altında görünürlər.
Proqram və vidjetlərin üslubunu fərdiləşdirin
Əsas ekranınızın istədiyiniz şəkildə görünməsini təmin edin. İndi proqram nişanlarının ölçülərini tənzimləyə, eləcə də mətn etiketlərinin proqram nişanlarının və populyar vidjetlərin aşağısında göstərilib-göstərilməməsini seçə bilərsiniz. Hər bir vidjetin formasını, fon rəngini və şəffaflığını da parametrlərdə tənzimləyə bilərsiniz.
Kilid ekranı və Always On Display
Now bar ilə mühüm tapşırıqları nəzarətdə saxlayın
Lazım olan məlumatları dərhal yoxlayın və telefonunuzun kilidini açmadan vacib xüsusuiyyətləri işə salın. Davam edən tapşırıqlar Kilid ekranınızın ən aşağısında Now bar-da görünəcəyi üçün əsas məlumatları tez yoxlaya bilərsiniz. Məlumatlara mediaya nəzarət, Saniyəölçən, Taymer, Səs yazıcı, Samsung Health və s. daxildir.
Saatınızın istədiyiniz şəkildə görünməsini təmin edin
Kilid ekranınız üçün yeni fərqli saat üslubları aşkar edin. Zövqünüzə uyğunlaşdırmaq üçün standart saat üslubunuzdakı xətlərin qalınlığını tənizmləyə, yaxud yeni hərəkətli saatlardan birini sınaya bilərsiniz. Eləcə də, saatınızın ölçüsünü istədiyiniz kimi dəyişə və onu Kilid ekranda arzu etdiyiniz yerə köçürə bilərsiniz.
Daha çox vidjetlər və qısayollar
İndi telefonunuz kilidli olduqda belə daha çox şeylər görə və daha çox imkanlardan yararlana bilərsiniz. Qalereyanızda göstərilən şəkillərə və hekayələrə vidjet əlavə edin, yaxud barmağınızı azacıq sürüşdürməklə QR kodu skanerini açan qısayolu sınayın.
Cəld panel və bildirişlər
Ayrıca gələn bildiriş və cəld panellər
Cəld parametrlər üçün daha çox yer ayırmaq istədiyiniz panelə dərhal daxil olun. Cəld parametrlər panelini açmaq üçün barmağınızı ekranın yuxarı küncündən aşağıya sürüşdürün. Bildiriş panelini açmaq üçün barmağınızı ekranın yuxarısında başqa bir yerdən aşağıya sürüşdürün.
Cəld panelnizi fərdiləşdirin
Cəld panelin sizin üçün uyğun olan quruluşunu yaradın. Redaktə etmə rejiminə daxil olmaq üçün cəld panelin yuxarısındakı karandaş nişanına vura, sonra isə tərcihlərinizə uyğunlaşdırmaq üçün idarəetmə düymələrini yuxarı və aşağı hərəkət etdirə bilərsiniz.
Canlı bildirişlər
Hal-hazırda baş verənlərə nəzarət edin. Canlı bildirişlər taymerlər, səs yazıcılar, məşqlər və s. kimi davamlı fəaliyyətlərin irəliləyiş səviyyəsini göstərdiyi üçün onlarla bağlı tədbirləri tez bir zamanda görə bilərsiniz. Canlı Bildirişlər Kilid ekranındakı Now bar-da, vəziyyət zolağında və bildiriş panelinin yuxarısında görünəcək.
Bildirişlərin yeni düzülüşü
Bildiriş nişanları indi Əsas ekranınızda görünən nişanın eynisidir və onlar hər bir bildirişi hansı proqramın göndərdiyini bilməyi asanlaşdırır. Qruplara ayrılmış bildirişlər kart dəsti kimi görünür. Qrupdakı bütün bildirişlərin göstərilməsi üçün dəstin üzərinə vurun.
Faydalı məlumatlara dərhal giriş
Google Gemini-yə daxil olmaq üçün Yan düyməyə basıb saxlayın
Yan tərəf düyməsi barmağı küncdən sürüşdürmək yerinə Google Gemini-yə və ya digər rəqəmsal köməkçi proqrama tez daxil olmağın yeni yoludur. Yan tərəf düyməsi ilə edilənləri Parametrlərdə dəyişdirə bilərsiniz.
Bir dəfə istəməklə çox sayda tapşırığı tamamlayın
Google Gemini indi Təqvim, Notes, Reminder və Saat kimi Samsung proqramları ilə qüsursuz şəkildə inteqrasiya edilib. Gemini-dəki məlumatlardan istifadə edərək tapşırıqları sadə bir əmrlə bu proqramlarda tamamlaya bilərsiniz. Google Gemini-nin YouTube videosu barədə soruşmasını və nəticənin Samsung Notes-da saxlamasını, yaxud Google Gemini-nin sevimli idman komandanızın qrafikini tapmasını və oyunların təqviminizə əlavə etməsini istəməyə çalışın.
Onu haşiyəyə alın və tapın. Onu eşidin və tapın
Google ilə Dairəyə alaraq axtar funksiyası ekranınızda istənilən şeyi axtarmağa və AI Xülasələri ilə daha tez məlumat əldə etməyə imkan verir. Sadəcə olaraq obyekti (təsvirlər, videolar, yaxud mətn daxil olmaqla) dairəyə alın və nəticələri dərhal əldə edəcəksiniz. Hətta bir anda eşitdiyiniz mahnını proqramlar arasında keçid etmədən axtara bilərsiniz.
Asanlıqla təsvirlər çəkin
Yeni Kamera düzəni
Lazım olan xüsusiyyətləri daha asan tapmaq, eləcə də çəkdiyiniz şəklin və ya videonun ilkin halını daha aydın göstərmək üçün kameranın idarəetmə düymələri və rejimləri yenidən düzülmüşlər.
Rejimlər seçiminin yaxşılaşdırılması
Daha çox rejim menyusu yenidən dizayn edilib. İndi ekranın tamamını doldurmaq və kameranın görünüşünü bloklamaq yerinə rejimi yalnız ekranın aşağısını tutan kiçik ani pəncərədə seçə bilərsiniz.
Təkmil miqyas idarəediciləri
İndi lazım olan miqyas səviyyəsini seçmək daha asandır. 2x miqyas düyməsi indi standart olaraq mövcuddur və linza seçildikdən sonra miqyas üzrə əlavə seçim variantları görünür.
Daha yüksək səviyyəli filtr təcrübəsi
Kamera filtrləri tamamilə yenilənib. İndi yeni filtrlər mövcuddur və əvvəlcədən mövcud olan filtrlər təkmilləşdirilib. Hər bir filtr intensivlik, rəng hərarəti, kontrast və dolğunluq üzrə dəqiq tənzimləməyə imkan verməklə istədiyiniz görünüşü əldə etməyinizi asanlaşdırır. Seçdiyiniz şəkillərdəki üsluba və əhval-ruhiyyəyə əsasən fərdi filtrlər də yarada bilərsiniz.
Hər bir rejim üçün ekspozisiya parametrlərini yaddaşda saxlayın
Kameranın cəld idarəetmə düymələrindəki Ekspozisiya variantı ilə təsvirlərin nə dərəcədə işıqlı və ya qaranlıq olmasını idarə edin. Rejim üçün ekspozisiya dərəcəsi təyin etdikdən sonra yeni rejimə keçib geri qayıtsanız belə, təyin etdiyiniz ekspozisiya dərəcəsi həmin rejimdə qalacaq.
Təkmilləşdirilmiş Pro/Pro video rejimləri
Pro və Pro video rejimləri sadələşdirilmiş quruluşa malik olduqları üçün onlar çəkdiyiniz şəklə və ya videoya fokuslanmağınızı asanlaşdırır. Hər dəfə pro video rejimində çəkdiyiniz zaman mövcud olan yeni miqyas idarəetməsi keçidlərin qüsursuz olması üçün miqyası dəyişdirmə sürətinə nəzarət etməyinizə imkan verir. Pro video rejimində mikrofonun idarəetməsi cəld idarəetmə bölməsinə köçürülüb.
Videolar çəkərkən audio səsləndirin
İndi musiqini, podkastları, yaxud digər audio məzmunu dinləməyi dayandırmadan videolar qeydə ala bilərsiniz. Sadəcə olaraq Təkmil video seçimlərində Audio ifaetdirmə rejimini aktivləşdirin.
Mükəmməl kadr çəkin
Tor xətlərinə və səviyyələrə görə kameranın pozisiyasının tənzimlənməsində kömək alın. Tor xətlərini indi üfüqi səviyyədən ayrı olaraq aktiv və qeyri-aktiv etmək olar. Şaquli səviyyəni göstərmək üçün yeni seçim də mövcuddur.
Xüsusi anlarınızın dadını çıxarın
Sərbəst formalı kollajlar
Qalereyada kollajlar üçün əvvəlcədən təyin edilmiş quruluşlardan kənara çıxın. Özünüzün unikal quruluşunuzu yaratmaq üçün indi kollajınızda təsvirlərin ölçüsünü, pozisiyasını və əvəzlənməsini tənzimləyə bilərsiniz.
Hekayələrdə kollajları redaktə edin
Hekayənizin kollajının istədiyiniz kimi görünməsini təmin edin. İndi hekayələrdə yaradılmış kollajları redaktə etmək üçün tam idarəetməyə sahibsiniz. Təsvirləri əvəzləyin, təsvirləri silin və ya əlavə edin, yaxud pozisiyanı və ölçünü tənzimləyin.
Effektiv video redaktəetməsi
Etdiyiniz düzəlişləri asanlıqla ləğv edin
Səhv etməyinizə görə narahat olmayın. İndi videolar transformasiyalar, filtrlər və ton dəyişiklikləri kimi addımlar üçün redaktə edildikdə, Düzəlişi ləğv etmə və ya qaytarma seçimləri mövcuddur.
Videolarınıza animasiya effektləri verin
Studioda videolarınızdakı stikerlərə və mətnə əyləncəli animasiya effektləri əlavə edin. Daxiletmə, çıxarılma, silmə, fırlatma və s. seçimlərini edin.
Sağlamlığınızı idarə edin
Diqqətinizi cəmləyin
Samsung Health-dəki yeni Diqqəti cəmləmə xüsusiyyəti sizə gündəlik həyatınızda stressin və təlaşın öhdəsindən gəlməkdə kömək edə bilər. Əhvali-ruhiyyənizi və emosiyalarınızı izləyin, nəfəs məşqləri, meditasiya və s. edin.
Yeni Samsung Health-in bəcləri
Samsung Health-də yeni bəclər qazanarkən motivasiyalı qalın və sağlamlıq üzrə məqsədlərinizə çatmaq üçün işləyin. Enerji göstəricisi, məşq, fəaliyyət, yemək, su, bədən quruluşu və s. üçün yeni bəclər qazanmaq məqsədilə özünüzlə mübarizə aparın.
Məhsuldarlığınızı artırın
Aşağı endirilmiş proqramlar üçün ilkin nümayiş etdirmə şəkilləri
Eyni proqramın çox sayda özüaçılan pəncərəsi aşağı endirilmiş olduqda, onlar tək nişan altında birləşdiriləcəklər. Nişana toxunduqda proqramın açıq pəncərələrinin hamısının ilkin nümayiş etdirmə şəkilləri göstəriləcək ki, bu da istədiyiniz pəncərəni asanlıqla seçməyə imkan verir.
Xəbərdarlıq siqnallarınızı qruplaşdırın
Saat proqramında birlikdə idarə etmək istədiyiniz xəbərdarlıq siqnallarının qruplarını yaradın. Tək toxunuşla bir qrupdakı xəbərdarlıq siqnallarının hamısını qeyri-aktiv edə bilərsiniz.
Xəbərdarlıq siqnallarınızın hamısının tutumunu eyni olaraq saxlayın
Quraşdırmanın daha asan olması üçün xəbərdarlıq siqnallarınızın hamısı standart olaraq eyni tutumundan istifadə edəcək. Hər xəbərdarlıq siqnalı üçün fərqli tutum təyin etməyə üstünlük versəniz, bunu Saat parametrlərində seçə bilərsiniz.
Təkmilləşdirilmiş fayl seçimi
Yeni Fayl seçicisi müxtəlif proqramlarda faylların qoşulmasını və seçilməsini asanlaşdırır. Müxtəlif yaddaş yerləri və kateqoriyaları arasında keçid edilməsi asan olması ilə yanaşı, müvafiq faylları əldə etməyinizi təmin etmək üçün ilkin nümayiş etdirmə şəkilləri göstərilir.
Prosedurlar üçün təkmil seçim variantları
Telefonunuzu, demək olar ki, istədiyiniz hər şeyi etməsi üçün proqramlayın. Prosedurlar Şərtli məntiq və məlumatı dəyişənlər olaraq əldə etmək qabiliyyəti ilə həmişəkindən daha effektivdirlər.
Tapşırıqları və tədbirləri planlaşdırın
Təqvimdəki tədbirlərin vaxtını asanlıqla dəyişdirin
Tədbirin tarixini dəyişmək üçün Aylıq təqvim görünüşündə tədbiri sadəcə olaraq bir tarixdən digərinə çəkib buraxın.
Vidjetlərdə təqvimləri ayrı-ayrı olaraq göstərin
İndi təqvim vidjetlərinizdə görünən təqvimlərə daha yaxşı nəzarət edə bilirsiniz. Sadəcə olaraq bir təqvim seçə və yalnız ondakı tədbirləri Əsas ekranınızda göstərə bilərsiniz, yaxud hər birində fərqli təqvim olan, ayrı-ayrı olaraq 2 təqvim vidjeti yarada bilərsiniz.
Mühüm tədbirə qalan günlər üçün geri sayım
Təqviminizdəki tədbir üçün geri sayım vidjeti yaratmaq indi həmişəkindən daha asandır. Tədbirin təfərrüatlarına keçin, sonra isə daha çox seçim menyusunda “Geri sayım vidjetini əlavə et” seçin. Əsas ekranınızda doğum gününüzə, yubileyinizə, məzuniyyətinizə, yaxud seçdiyiniz hər hansı digər tədbirə qədər qalan günlərin sayını göstərən vidjet görünəcək.
Tədbirlərin hamısını bir təqvimdən digərinə köçürün
Tədbirləri tək-tək köçürmək üçün əlləşməkdən qurtulun. İndi tədbirlərin hamısını bir təqvimdən digərinə köçürə bilərsiniz (məs., telefonunuzdakı təqvimdən tədbirlərin hamısının bulud əsaslı təqvimə köçürülməsi).
Təkrarlanan xatırlatmalar üçün daha çox seçim
İndi təkrarlanan xatırlatmalar yaradarkən təkrarlanan xatırlatma üçün bir tarix yerinə çox sayda tarixi seçə bilərsiniz.
Təkmilləşdirilmiş cəld əlavə etmə menyusu
İndi xatırlatmaların tez yaradılması daha asandır. Cəld əlavə etmə menyusu indi vaxt və məkan şərtləri üçün hazır seçim variantları ilə təmin edir.
Tamamlanmış xatırlatmalarınızı idarə edin
Xatırlatmalar siyahınızdakı qarışıqlığı aradan qaldırmaq daha asandır. Yeni parametr müəyyən müddətdən sonra tamamlanmış xatırlatmaları avtomatik olaraq silməyə imkan verir. Tamamlanmış xatırlatmalardan məlumatların hamısına daxil olmadan təkrar-təkrar istifadə etmək üçün onları kopyalaya da bilərsiniz.
Qoşul və paylaş
Yaxınlıqdakı cihazlara asanlıqla qoşulun
TV-lər, planşetlər, kompüterlər, saatlar, qulaqlıqlar və s. kimi digər Samsung cihazlarına qoşulmaq həmişəkindən daha asandır. Yaxınlığınızda mövcud olan cihazları görmək üçün cəld paneldə Yaxınlıqdakı cihazlara toxunun, sonra isə dərhal qoşulmaq üçün cihazı telefonunuzun üzərinə çəkin. Cihaz telefonunuza qoşulduqda mövcud olan xüsusiyyətləri görmək üçün cihazın üzərinə vura da bilərsiniz. Məsələn, TV-nin üzərinə vurduğunuzda Smart View-nu başlatmaq üçün seçim variantlarını görəcəksiniz.
Cəld paylaşım üçün tövsiyə edilən cihazlar
Paylaşmaq üçün uyğun olan cihazı asanlıqla tapın. Samsung account-unuza daxil edilmiş cihazlar və keçmişdə məlumat paylaşdığınız cihazlar siyahının yuxarısında göründükləri üçün onları asanlıqla tapmaq olur.
İnternet üzərindən paylaşmağa davam edin
Cihazlar bir-birindən uzaqda olduqda belə fayl ötürülməsini başa çatdırın. Cəld paylaşımdan istifadə edərək faylları paylaşdıqda cihazlar birbaşa ötürülməyə davam etmək üçün bir-birindən çox uzaqda olarsa, ötürülmə Wi-Fi və ya mobil internetdən istifadə edilərək internet vasitəsilə problemsiz olaraq davam edəcək.
Təhlükəsizliyinizi qoruyun
Telefonunuz oğurlanmış olduqda halda məlumatınızı qoruyun
Yeni oğurluqdan qoruma xüsusiyyətləri telefonunuz oğurlanmış olduqda proqramlarınızı və məlumatınızı qorumağa kömək edirlər. Oğurluq aşkar edilərsə və ya şəbəkə bağlantınız kəsilərsə, ekran avtomatik olaraq kilidlənəcək, yaxud android.com/lock ünvanına keçid edərək ekranı əllə kilidləyə bilərsiniz. Həssas parametrləri dəyişməzdən əvvəl biometrik təsdiqləmə də tələb edə bilərsiniz.
Cihazlarınızın təhlükəsizlik statusunu yoxlayın
Təhlükəsizliklə bağlı riskləri aşkarlayın və onları dərhal aradan qaldırın. Knox Matrix Samsung account-unuza daxil edilmiş dəstəklənən cihazlara nəzarət edir və təhlükəsizlik risklərini (əgər tapılarsa) necə aradan qaldırmağı sizə bildirir.
Təhlükələrdən qorunun
Maksimum məhdudiyyətlər aktiv olduqda, Avtomatik Bloklama sizi kiber hücumlardan qorumaq üçün daha çox tədbirlər görür. İndi 2G şəbəkələriniz bloklanıb və telefonunuz təhlükəsiz olmayan Wi-Fi şəbəkələrinə avtomatik olaraq qoşulmayacaq. Bu məhdudiyyətlər hakerin şəbəkə axınınızı ələ keçirməsinin qarşısını almağa kömək edə bilər.
Batareya və enerji doldurma
Enerjiyə qənaət üçün daha çox seçim
İndi telefonunuz Enerjiyə qənaət rejimində olduqda baş verənlərə daha yaxşı nəzarət edə bilirsiniz. Batareyanın sizin üçün uyğun olan miqdarda enerjisinə qənaət etmək üçün məhdudlaşdırmaq istədiyiniz xüsusiyyətləri dəqiqliklə seçin. Bu seçim variantlarını Enerjiyə qənaət aktiv olduqda belə dəyişdirə bilərsiniz.
Batareyanın qorunmasına daha çox nəzarət
İndi Batareyanın qorunmasını aktivləşdirdikdə, maksimum enerjidoldurma səviyyəsini təxminən 80%-95% arasında tənzimləyə bilərsiniz.
Yeni enerjidoldurma effekti
Enerjidoldurma qurğusuna qoşulduqda, doldurma təsdiqləməsi kəsintinin qarşısını almaq üçün ekranın ortasında deyil, onun aşağısında daha kiçik şəkildə görünərək, hələ də doldurma statusunu yoxlamağı asanlaşdırır.
Hər kəs üçün əlçatandır
Sadəcə olaraq bir barmağınızla miqyası böyüdün və kiçildin
Miqyası böyütmək və kiçiltmək daha asan oldu. Çimdik miqyasından çətin istifadə edən insanlar indi Köməkçi menyuda 1 barmaqlı miqyasdəyişdirməni aktivləşdirə bilərlər. Miqyası böyütmək üçün barmağınızı yuxarıya və ya sağa sürüşdürün. Miqyası kiçiltmək üçün barmağınızı aşağıya və ya sola sürüşdürün.
Ekranın təkmil idarəetməsi
Köməkçi menyu indi ekranı idarə etməyinizə kömək etmək üçün daha çox işlər görür. İndi sadəcə olaraq bir düyməyə toxunaraq iki dəfə vura və toxunub saxlaya bilərsiniz. Ekranda hərəkətin yeni idarəetməsi ekranda başlanğıc və son nöqtələrə toxunmaqla ekran üzərində müəyyən məsafəyə hərəkət etməyinizə imkan verir.
Sensorlu qarşılıqlı əlaqələrinizi fərdiləşdirin
Sizin üçün ən rahat olan parametrləri seçərək kömək alın. Toxunub saxlamada gecikmə, Vurma müddəti və Təkrarlanan toxunmaları diqqətə almama parametrləri üçün yeni sınaqlar mövcuddur. Sınaqla hazırkı parametrlərinizin uyğun olub-olmadığını və ya tənizmləmələrə ehtiyac olub-olmadığını öyrənə bilərsiniz.
Daha çox təkmilləşmələr
Ağıllı seçimdə faydalı təkliflər əldə edin
Ağıllı seçim ilə ekranın bir hissəsini seçdiyinizdə, seçdiklərinizdən asılı olaraq faydalı addımlar təklif ediləcək. Tədbirin təfərrüatları seçiminizin bir hissəsi olarsa, onun təqviminizə əlavə edilməsini seçə biləcəksiniz. Təsviri seçdiyiniz halda, təsvirin redaktə edilməsi və ya onun yaxşılaşdırıması üçün seçimlər təklif ediləcək.
Videoları yenidən izləyin
Hər bir videonun sonunda Video pleyerdə sizə videonu başlanğıcdan yenidən başlatmağa imkan verən düymə görünəcək.
Yaxşılaşdırılmış kontaktlar siyahısı
Təcrübənin daha uyğun olması üçün eyni kontaktlar siyahısı indi həm Telefon proqramında, həm də Kontaktlar proqramında görünür. Menyular və seçim variantları hər iki məkanda eyni olduğuna görə axtardığınızı həmişə tapa bilərsiniz. Kontaktlar üzrə axtarış edərkən, tez-tez axtardığınız kontaktlar axtarış nəticələrinin yuxarısında görünəcək ki, bu da lazım olan şəxsi tez tapmağınıza kömək edəcək.
Minmə kartlarını tez bir zamanda Samsung Wallet-ə əlavə edin
Samsung Internet-də minmə kartı ehtiva edən, dəstəklənən hava yollarının və ya səyahət şirkətinin veb səhifəsində düymə görünəcəyi üçün siz onu dərhal və asanlıqla Samsung Wallet-ə əlavə edə bilərsiniz.
Fəaliyyətlər üçün proqnozlar
İndi havanın qaçış, bağbanlıq, düşərgədə qalma və s. kimi açıq hava fəaliyyətləri üçün uyğun olub-olmadığını yoxlamaq asandır. Hava proqramında göstərilməsi üçün 3-ə qədər fəaliyyət növü seçə bilərsiniz.
Fərdi yer etiketləri
Hava proqramında müxtəlif məkanları izləmək asandır. İndi hava haqqında məlumatını yoxlamaq istədiyiniz Ev, Ofis, Məktəb və ya hər hansı digər məkan kimi yerlərə fərdi etiketlər əlavə edə bilərsiniz.
Oyunu optimal şəkildə oynayın
Game Booster-in yenidən dizayn edilmiş oyundaxili paneli oyundan çıxmadan parametrləri tez dəyişdirməyi asanlaşdırır.
Hər bir oyun üçün oyun göstəricilərini təyin edin
Game Booster indi hər bir oyun üçün ayrılıqda oyun göstəriciləri üzrə parametrləri tənzimləməyə imkan verir. Oyunların bəzilərinə yüksək səviyyəli göstəricilər, digərlərinə isə daha uzun oyun müddəti üçün batareyaya qənaət rejimini təyin edə bilərsiniz. Sizin üçün ən uyğun olan parametrləri tapın.
Kənar panellərin endirilməsi üçün dəstəyin sonu
Kənar panellərin artıq One UI 7-də Galaxy Store-dan endirilməsi mümkün deyil. Artıq endirmiş olduğunuz Kənar panellərin istifadəsinə davam etmək olar.
Qurulmuş Nömrə : G991BXXSEGYA2
Android versiyası : U(Android 14)
Buraxılış Tarixi : 2025-02-20
Təhlükəsiz paket səviyyəsi : 2025-02-01
• Cihazınızın təhlükəsizliyi yaxşılaşdırılmışdır.
Qurulmuş Nömrə : G991BXXSEGXL2
Android versiyası : U(Android 14)
Buraxılış Tarixi : 2025-01-20
Təhlükəsiz paket səviyyəsi : 2025-01-01
• Cihazınızın təhlükəsizliyi yaxşılaşdırılmışdır.
Qurulmuş Nömrə : G991BXXSEGXK1
Android versiyası : U(Android 14)
Buraxılış Tarixi : 2024-12-17
Təhlükəsiz paket səviyyəsi : 2024-12-01
• Cihazınızın təhlükəsizliyi yaxşılaşdırılmışdır.
Qurulmuş Nömrə : G991BXXUEGXJE
Android versiyası : U(Android 14)
Buraxılış Tarixi : 2024-11-28
Təhlükəsiz paket səviyyəsi : 2024-11-01
• Cihazınızın təhlükəsizliyi yaxşılaşdırılmışdır.
Qurulmuş Nömrə : G991BXXSDGXI5
Android versiyası : U(Android 14)
Buraxılış Tarixi : 2024-10-17
Təhlükəsiz paket səviyyəsi : 2024-10-01
• Təhlükəsizlik
Cihaz təkmilləşdirilmiş təhlükəsizlik səviyəsi ilə qorunur.
Qurulmuş Nömrə : G991BXXSCGXH7
Android versiyası : U(Android 14)
Buraxılış Tarixi : 2024-09-12
Təhlükəsiz paket səviyyəsi : 2024-09-01
• Cihazınızın təhlükəsizliyi yaxşılaşdırılmışdır.
Qurulmuş Nömrə : G991BXXUCGXGC
Android versiyası : U(Android 14)
Buraxılış Tarixi : 2024-08-20
Təhlükəsiz paket səviyyəsi : 2024-08-01
• Stabillik və etibarlılıq
Cihazın işləmə qaydası yaxşılaşdırılıb.
• Təhlükəsizlik
Cihaz təkmilləşdirilmiş təhlükəsizlik səviyəsi ilə qorunur.
Qurulmuş Nömrə : G991BXXSCGXF5
Android versiyası : U(Android 14)
Buraxılış Tarixi : 2024-07-15
Təhlükəsiz paket səviyyəsi : 2024-07-01
• Təhlükəsizlik
Cihaz təkmilləşdirilmiş təhlükəsizlik səviyəsi ilə qorunur.
Qurulmuş Nömrə : G991BXXSBGXED
Android versiyası : U(Android 14)
Buraxılış Tarixi : 2024-06-17
Təhlükəsiz paket səviyyəsi : 2024-06-01
• Cihazınızın təhlükəsizliyi yaxşılaşdırılmışdır.
Qurulmuş Nömrə : G991BXXUBGXE7
Android versiyası : U(Android 14)
Buraxılış Tarixi : 2024-06-11
Təhlükəsiz paket səviyyəsi : 2024-05-01
• Stabillik və etibarlılıq
Cihazın işləmə qaydası yaxşılaşdırılıb.
• Təhlükəsizlik
Cihaz təkmilləşdirilmiş təhlükəsizlik səviyəsi ilə qorunur.
Qurulmuş Nömrə : G991BXXSBGXDH
Android versiyası : U(Android 14)
Buraxılış Tarixi : 2024-05-17
Təhlükəsiz paket səviyyəsi : 2024-05-01
• Təhlükəsizlik
Cihaz təkmilləşdirilmiş təhlükəsizlik səviyəsi ilə qorunur.
Qurulmuş Nömrə : G991BXXUAGXDA
Android versiyası : U(Android 14)
Buraxılış Tarixi : 2024-05-10
Təhlükəsiz paket səviyyəsi : 2024-04-01
One UI 6.1 təkmilləşdirilməsi
Dairəyə alaraq axtar
Ekranınızda olan hər şeyi dərhal axtarıb tapın
Google ilə Dairəyə alaraq axtarış funksiyası proqram dəyişdirmədən ekranınızda göstərilən hər şey barədə asanlıqla daha çox məlumat əldə etməyə imkan verir. Sadəcə olaraq Əsas ekran düyməsinə və ya naviqasiya dəstəyinə toxunub saxlayın, sonra isə Google ilə axtarışa başlamaq üçün ekranda nəyisə dairəyə alın.
Epik təsvirlər yaradın
Fotolarınızın keyfiyyətini asanlıqla artırın
Foto və videolarınızın keyfiyyətinin artırılması üzrə xüsusi AI tövsiyələri əldə edin. Siz ulduz izlərinin, rəngləmənin və s. əlavə edilməsi üçün seçim variantları tapacaqsınız. Tövsiyələr Qalereyada i düyməsinə vurduğunuz zaman görünəcək.
Bir təsvirdən elemenin nüsxəsini yaradıb digər təsvirə köçürün
Çatışmayan elementi şəklinizə əlavə edin. Qalereyadakı təsvirdən obyekti sadəcə olaraq kəsib götürün, sonra onu yapışdırmaq istədiyiniz təsvirə keçin və Daha çox seçim variantları menyusunda mübadilə buferindən Yapışdırın seçin.
Təsvirin daha dəqiqliklə kəsilməsi
Sizə lazım olmayan hissələrə toxunmadan kəsmək istədiyiniz sahəni dəqiqliklə əldə edin. Qalereyadakı təsviri kəsib götürdüyünüzdə onu yaddaşda saxlamazdan öncə onun seçilmiş sahəsini redaktə etmək imkanınız olduğuna görə seçdyinizi düzgün əldə edirsiniz.
Qalereya üzrə təkmilləşdirilmiş axtarış
Daha asan istifadə etmək üçün axtarış ekranı yenidən dizayn edimişdir. Nəticələr indi insanlar, yerlər, albomlar və ya hekayələr kimi növ üzrə kateqoriyalara bölünmüşdür.
İfaetmə sürətini dəyişdirin
İndi daha çox video Qalereyada videonu redaktə etdiyiniz zaman ifaetmə sürətinin dəyişdirilməsini dəstəkləyir. Siz videonun seçdiyiniz xüsusi bölməsinin və ya bütöv videonun daha tez və ya daha yavaş ifa edilməsini təmin edə bilərsiniz.
Videoları bir neçə cihazda redaktə edin
İndi redaktəni telefon, planşet və ya kompüterinizdə davam edə bilərsiniz. Studiya layihələrinizi Digər Galaxy cihazlarında açıla biləcək olan fayla ixrac edin.
Galaxy-nizi fərdiləşdirin
Divar kağızlarının redaktə edilməsi üzrə yeni xüsusiyyətlər
Divar kağızlarınızı istədiyiniz şəkildə bəzəyin. Divar kağızı kimi istifadə etmək üçün təsvir seçdiyinizdə, indi çərçivələr və effektlər tətbiq edə bilərsiniz. Divar kağızınızda insan və ya heyvan olduqda, subyektin fondan seçilməsi üçün dərinlik effektləri tətbiq edə bilərsiniz.
Kilid ekranınız üçün daha çox vidjet
Kilid ekranınız üçün əlavə vidjetlər mövcud olduğuna görə telefonunuzun kilidini açmadan faydalı məlumatları tez yoxlaya bilərsiniz. Yeni vidjetlərə Hava, Samsung Health, Batareya, Xatırlatma, Təqvim və Saat daxildir.
Xəbərdarlıq siqnallarını fərdiləşdirin
Hər bir xəbərdarlıq siqnalı üçün öz fərdi xəbərdarlıq ekranlarınızı yaratmaq məqsədilə təsvirdən, videodan, yaxud AR Emoji-dən istifadə edin. Siz hətta ekranın xəbərdarlıq siqnalının peyda olduğu yerdə tərtibatı da dəyişdirə bilərsiniz.
Təqviminizi fərdiləşdirmək üçün əlavə stikerlər
İndi təqviminizdə hər bir tarix üçün 2-yə qədər stiker əlavə edə bilərsiniz. Tədbirlər üçün olan stikerlər indi Aylıq görünüşdə tədbirin yanında göstərilir.
Düzəlişlər edilmiş Təqvim parametrləri
Daha intuitiv olmaları üçün Təqvim parametrlərinin düzülüş sxemi dəyişdirilib. Siz tam ekran təqvimi üzrə xəbərdarlıq siqnalları üçün fon rəngləri və təsvirləri də təyin edə bilərsiniz.
Xatırlatma siqnallarını fərdiləşdirin
Hər bir xatırlatmanız üçün müvafiq fon yaradın. Siz indi tam ekran xatırlatmarı üzrə xəbərdarlıq siqnalları üçün rənglər və fon təsvirləri təyin edə bilərsiniz.
Xatırlatma kateqoriyaları ilə daha çox iş görün
İndi hər bir xatırlatma kateqoriyası üçün səciyyəvi nişan seçə bilərsiniz. Tez-tez istifadə etdiyiniz kateqoriyaları kateqoriya siyahısının yuxarısına bərkidə də bilərsiniz.
Əsas ekrandan rejimləri aktiv və ya qeyri-aktiv edin
Rejimləri əvvəlcə olduğundan daha tez aktiv və qeyri-aktiv edin. Yeni Rejim vidjeti rejimləri birbaşa Əsas ekranınıza əlavə etməyə imkan verir.
Rejimlərinizin siyahıdakı yerini dəyişdirin
İndi siz Rejimlər və Prosedurlar bölümündə Rejimlər tab-vərəqəsində sadalanmış rejimlərin siyahıdakı yerini dəyişdirə bilərsiniz.
Yeni prosedur şərtləri
İndi seçdiyiniz xəbərdarlıq siqnalı çalmağa başlayanda və ya Smart View qoşulub-ayrıldığında prosedura başlaya bilərsiniz.
Relumino konturu
Təsvirlər və videolardakı obyektlərin konturlarını yaxşı görməyən insanların daha asan görməsi məqsədilə konturların seçilməsini təmin etmək üçün Xüsusi İmkanlarda Relumino konturunu aktiv edin.
Qoşul və paylaş
Daha çox cihazla paylaşın
Cəld paylaşım Google-un Nearby Share-si ilə birləşdirilib. Galaxy cihazları ilə yanaşı indi digər Android cihazları ilə hətta İnternet bağlantısı olmadan belə paylaşa bilərsiniz.
Cihazlarınızın yerini müəyyən edin
Yeni Samsung Find proqramı bütün Galaxy cihazlarınızın xəritə üzərində harada olduqlarını istənilən vaxt görməyə imkan verir. Cihazınızı itirdiyiniz halda, onu tapmağa və məlumatlarınızı qorumağa kömək etmək üçün əlavə funksiyalar mövcuddur.
Yerinizi başqaları ilə paylaşın
Samsung Find ilə yerinizi ailəniz, dostlarınız və etibar etdiyiniz hər kəslə paylaşa bilərsiniz. Yerinizi məhdud müddət ərzində və ya hər zaman paylaşın. Siz həmişə hansı şəxslərin yerinizi görə bilməsi üzərində nəzarəti özünüzdə saxlayırsınız.
İnternet tab qruplarını digər cihazlarla sinxronlaşdırın
Hansı cihazdan istifadə etməyinizdən asılı olmayaraq, son baxış seansınız zamanı asanlıqla qaldığınız yerdən davam edin. Bir cihazda yaratdığınız tab qrupları Samsung account-unuza daxil olmuş digər Galaxy cihazlarınızda Samsung İnternetdə görünəcək.
Verilənlərinizi qoruyun
Samsung Cloud-da verilənlərin təkmiləşdirilmiş mühafizəsi
Verilənlərinizin sizdən başqa heç kim üçün əlçatan olmadığından arxayın olun (verilənlərin oğurlanması baş versə belə). Siz Samsung Cloud ilə sinxronlaşdırılmış məlumatlar üçün İkitərəfli şifrləməni aktiv edə bilərsiniz.
Keçid sözlər ilə sürətli və təhlükəsiz daxilolmalar
Keçid sözlər mürəkkəb şifrələri yadda saxlamağa ehtiyac olmadan veb daxilolmaları üçün daha yüksək səviyyəli təhlükəsizliyi təmin edirlər. Keçid sözlərdən biometrik doğrulama ilə Samsung İnternetdə dəstəklənən veb-saytlara daxil olmaq üçün istifadə edin.
Sağlamlığınızı idarə edin
Təkmil məşq təcrübəsi
Əvvəlki rekordlarınızı qırmaq üçün Samsung Health-də keçmiş qaçış nəticələrinizlə yarışın. Başlanğıcda və ya sonda hər hansı lüzumsuz vaxtı silib bitirdikdən sonra məşqləri kəsib götürə də bilərsiniz.
Gündəlik fəaliyyət hədəfləri üçün daha çox seçimlər
İndi Samsung Health-də gündəlik fəaliyyət hədəflərinizin təyin edilməsi üçün daha çox seçiminiz var. Addım hədəfi sizə uyğun deyilsə, onu qalxdığınız mərtəbələrə və ya fəal olduğunuz saatlara dəyişə bilərsiniz.
Təkmilləşdirilmiş dövr izləmə
Fiziki simptomlarınızı və əhval-ruhiyənizi qeyd etdiyinzdə, keçmişdə tez-tez istifadə etdiyiniz seçim variantları ekranın yuxarı hissəsində görünəcək. Standart seçim variantları özünüzü necə hiss etdiyinzə uyğun gəlməzsə, indi fərdi əhval-ruhiyəni də təyin edə bilərsiniz.
Daha çox təkmilləşmələr
İndi video zəng effektlərinə və Mikrofon rejiminə daxil olmaq daha asandır
Video zəng effektləri və Mikrofon rejimi indi səsli və görüntülü zənglər zamanı cəld paneldə görünəcəyi üçün zənglər zamanı başqalarının sizi necə gördüyünə və eşitdiyinə nəzarət edə bilərsiniz. Siz fon rəngi və ya təsviri təyin edə, fon səslərini bloklamaqla səsinizə fokuslana və s. edə bilərsiniz.
Hava vidjetində əlavə məlumat
Hava vidjeti bölgəniz üçün olan proqnoza görə nə zaman güclü tufanların olacağı, qarın yağacağı və ya digər yağıntıların olacağı barədə məlumat verəcək.
Klaviaturadan aralanmadan səslə mətnin daxil edilməsi
İndi səsdən istifadə edərək mətn daxil etdiyinizdə klaviatura görünən olaraq qalır və siz istədiyiniz zaman mətni asanlıqla klaviaturadan daxil edə bilərsiniz. Klaviaturadan istifadə edərkən, istənilən vaxt səsinizdən istifadə edərək mətni daxil etmək üçün ekranın aşağı hissəsində mikrofon düyməsinə vurun.
Aşağı salınmış bütün proqramları eyni vaxtda açın
Birdən çox ani pəncərə aşağı salınmış olduqda, yeni düymə aşağı salınmış bütün proqramları eyni vaxtda açmağınıza imkan verir.
Finder-də Google axtarışları üzrə təkliflər
Finder-dən istifadə edərək axtarış etdiyinizdə, siz Google-dan veb axtarışı üzrə təkliflər əldə edəcəksiniz.
Batareyanızı qorumağın əlavə yolları
Batareyanızın istismar müddətini uzatmağa kömək etmək üçün 3 fərqli qoruma variantından birini seçin. Əsas qoruma batareyanızın dolma səviyyəsini 95% və 100% arasında saxlayır. Adaptiv qoruma yatdığınızda doldurlmanı dayandırır və oyandığınızdan azacıq öncə doldurulmanı başa çatdırır. Maksimum qoruma əldə etmək üçün maksimum doldurulma həddini 80% olaraq da seçə bilərsiniz.
Qurulmuş Nömrə : G991BXXSAFXCL
Android versiyası : U(Android 14)
Buraxılış Tarixi : 2024-04-11
Təhlükəsiz paket səviyyəsi : 2024-04-01
• Cihazınızın təhlükəsizliyi yaxşılaşdırılmışdır.
Qurulmuş Nömrə : G991BXXS9FXBD
Android versiyası : U(Android 14)
Buraxılış Tarixi : 2024-03-18
Təhlükəsiz paket səviyyəsi : 2024-03-01
• Cihazınızın təhlükəsizliyi yaxşılaşdırılmışdır.
Qurulmuş Nömrə : G991BXXS9FXAH
Android versiyası : U(Android 14)
Buraxılış Tarixi : 2024-02-15
Təhlükəsiz paket səviyyəsi : 2024-02-01
• Cihazınızın təhlükəsizliyi yaxşılaşdırılmışdır.
Qurulmuş Nömrə : G991BXXS9FWL9
Android versiyası : U(Android 14)
Buraxılış Tarixi : 2024-01-12
Təhlükəsiz paket səviyyəsi : 2024-01-01
• Cihazınızın təhlükəsizliyi yaxşılaşdırılmışdır.
Qurulmuş Nömrə : G991BXXS9FWKB
Android versiyası : U(Android 14)
Buraxılış Tarixi : 2023-12-18
Təhlükəsiz paket səviyyəsi : 2023-12-01
• Cihazınızın təhlükəsizliyi yaxşılaşdırılmışdır.
Qurulmuş Nömrə : G991BXXU9FWK2
Android versiyası : U(Android 14)
Buraxılış Tarixi : 2023-11-28
Təhlükəsiz paket səviyyəsi : 2023-11-01
One UI 6.0 Təkmilləşdirməsi
Cəld panel
Yeni düymə tərtibatı
Cəld panel ən çox istifadə etdiyiniz funksiyalara daxil olmağı asanlaşdıran yeni tərtibata malikdir. Wi-Fi və Bluetooth üçün ekranın yuxarı hissəsində xüsusi düymələr mövcuddur. Tünd rejim və Göz rahat. mühafizəsi kimi vizual funksiyalar isə aşağıya köçürülmüşdür. Digər cəld parametrlər düymələri orta hissədə fərdiləşdirilə bilən sahədə göstərilir.
Cəld panelə tam şəkildə ani giriş imkanı
Standart olaraq ekranın yuxarısından aşağıya sürüşdürdüyünüz zaman bildirişləri olan yığcam cəld panel görünür. Yenidən aşağı sürüşdürmək bildirişləri gizlədir və genişləndirilmiş cəld panel görünür. Cəld parametrlərə ani girişi aktivləşdirsəniz, ekranın yuxarı sağ tərəfindən sadəcə bir dəfə sürüşdürərək genişləndirilmiş cəld panelə baxa bilərsiniz. Sol tərəfdən aşağıya sürüşdürdükdə bildirişlər görünür.
Parlaqlıq idarəetməsinə cəld giriş
Parlaqlığı daha cəld və asan idarə etmək üçün ekranın yuxarısından bir dəfə aşağı sürüşdürdüyünüz zaman parlaqlıq idarəetmə paneli artıq yığcam cəld paneldə standart olaraq görünür.
Təkmilləşdirilmiş albom təsviri displeyi
Musiqi və ya videolar oxudulduqda, musiqi və ya videonun oxudulduğu proqram albom təsvirini təqdim edərsə, albom təsviri bildiriş panelindəki bütün media idarəedicisini əhatə edəcək.
Bildirişlər üçün təkmilləşdirilmiş tərtibat
Artıq hər bir bildiriş ayrı kart olaraq görünür və bu da fərdi bildirişlərə nəzər salınmasını asanlaşdırır.
Daha parlaq bildiriş işarələri
Əsas ekran və Proqramlar ekranında hər bir proqram üçün istifadə edilən müxtəlifrəngli eyni işarələrdən istifadə edə bilərsiniz. Bunu Parametrlərdə aktiv edə bilərsiniz.
Bildirişləri vaxta görə sıralayın
Ən yeni bildirişlərin hər zaman üstdə görünməsi məqsədilə bildiriş parametrlərinizi prioritet əvəzinə vaxta görə sıralamaq üçün dəyişə bilərsiniz.
Kilid ekranı
Saatınızın yerini dəyişdirin
İndi saatınızı Kilid ekranında seçdiyiniz yerə daha sərbəst şəkildə köçürə bilərsiniz.
Əsas ekran
Sadələşdirilmiş işarə etiketləri
Proqram işarəsi etiketləri artıq daha səliqəli və sadə görünüş üçün bir sətirlə məhdudlaşır. “Galaxy” və “Samsung” ifadələri proqram adlarının daha da qısaldılması və asan skan edilməsi üçün bəzi proqramların adlarından çıxarıldı.
2 əllə dartıb və buraxın
Proqram işarələrini və ya vidjetlərini bir əlinizlə Əsas ekranınızda sürükləməyə başlayın, sonra digər əlinizlə proqramları köçürmək istədiyiniz ekrana hərəkət etdirin.
Multi tapşırıqlar
Ani pəncərələri açıq saxlayın
Sonuncular ekranına keçdiyiniz zaman ani pəncərələrin minimuma endirmək əvəzinə, Sonuncular ekranından çıxdıqdan sonra işinizə qaldığınız yerdən davam edə bilməyiniz üçün ani pəncərələr indi açıq qalacaq.
Samsung Klaviaturası
Yeni emoji dizaynı
Mesajlarınızda, sosial media postlarınızda və telefonunuzdakı digər yerlərdə görünən emojilər yeni dizaynda tərtib olundu.
Məzmun paylaşması
Şəkil önizləməsi
Şəkilləri istənilən proqramdan paylaşdığınız zaman paylaşmadan əvvəl onları nəzərdən keçirməyiniz üçün Paylaşım panelinin yuxarı hissəsində önizləmə şəkilləri görünəcək.
Hava
Yeni Hava vidjeti
Hava proqnozu vidjeti yerli hava şəraitiniz haqqında ətraflı məlumat verəcək. Şiddətli tufan, qar, yağış və digər hava şəraitlərinin proqnozlaşdırıldığını görə bilərsiniz.
Hava proqramında ətraflı məlumat
Qar yağması, ayın fazaları və vaxtları, atmosfer təzyiqi, görünmə məsafəsi, şeh nöqtəsi və küləyin istiqaməti haqqında məlumat artıq Hava proqramında mövcuddur.
İnteraktiv xəritə görünüşü
Xəritədə hərəkət etmək üçün sürüşdürün və yerli hava şəraitinə baxmaq üçün istənilən yerə toxunun. Şəhərin adını bilməsəniz belə, xəritə sizə hava məlumatlarını tapmağa kömək edə bilər.
Təkmilləşdirilmiş illüstrasiyalar
Hava vidjeti və proqramındakı illüstrasiyalar cari hava şəraiti haqqında daha yaxşı məlumat vermək üçün təkmilləşdirilmişdir. Fon rəngləri günün vaxtından asılı olaraq dəyişir.
Kamera
Sadə və intuitiv dizayn
Kamera proqramının ümumi tərtibatı sadələşdirilmişdir. Önizləmə ekranındakı cəld parametrlər düymələri daha asan anlaşılması üçün yenidən dizayn edilib.
Fərdi kamera vidjetləri
Əsas ekranınıza fərdi kamera vidjetləri əlavə edə bilərsiniz. Hər bir vidjeti xüsusi çəkiliş rejimində başlamaq və şəkilləri seçdiyiniz albomda saxlamaq üçün təyin edə bilərsiniz.
Su nişanları üçün daha çox uyğunlaşdırma seçimləri
İndi su nişanınızın fotolarınızın yuxarısında və ya aşağısında görünməsini seçə bilərsiniz.
Sənədləri asanlıqla skan edin
Sənədin skan edilməsi funksiyası Səhnə optimallaşdırıcısından ayrılıb və beləliklə hətta səhnə optimallaşdırıcısı deaktiv edilsə belə, sənədləri skan edə bilərsiniz. Yeni Avtomatik skan sənədin şəklini çəkdiyiniz zaman sənədləri avtomatik skan etməyə imkan verir. Sənəd skan edildikdən sonra redaktə ekranına keçəcəksiniz, orada sənədinizi istədiyiniz kimi uyğunlaşdırmaq üçün çevirə bilərsiniz.
Ayırdetmə parametrlərinə cəld giriş
Çəkdiyiniz fotoların ayırdetmə qabiliyyətini tez dəyişə bilməyiniz üçün ayırdetmə düyməsi indi Foto və Pro rejimlərində ekranın yuxarısındakı cəld parametrlərdə mövcuddur.
Daha asan video ölçüsü seçimləri
Bütün seçimləri görməyi və düzgün olanları seçməyi asanlaşdıran video ölçüsü düyməsinə kliklədiyiniz zaman ani pəncərə görünür.
Şəkillərinizin səviyyəsini qoyurun
Kamera parametrlərində tor xətləri işə salındıqda, arxa kameradan Panorama istisna olmaqla bütün rejimlərdə istifadə edərkən ekranın ortasında səviyyə xətti görünəcək. Şəkilinizin yer səviyyəsi ilə bərabər olub olmadığını göstərmək üçün səviyyə xətti hərəkət edəcək.
Keyfiyyətin optimallaşdırılması
Çəkdiyiniz şəkillər üçün keyfiyyətin optimallaşdırılmasının 3 səviyyəsi arasından seçim edə bilərsiniz. Ən yüksək keyfiyyətli şəkilləri əldə etmək üçün Maksimum keyfiyyəti seçin. Şəkilləri mümkün qədər tez çəkmək üçün Minimum keyfiyyəti seçin. Sürət və keyfiyyət arasında ən yaxşı tarazlığı əldə etmək üçün Orta keyfiyyəti də seçə bilərsiniz.
Kameraları dəyişdirmək üçün yuxarı/aşağı sürüşdürməni deaktiv edin
İstəyə görə artıq ön və arxa kameralar arasında keçid etmək üçün yuxarı və ya aşağıya sürüşdürə bilərsiniz. Təsadüfi sürüşdürmələrdən narahatsınızsa, bunu Parametrlərdə deaktiv edə bilərsiniz.
Effektləri daha asanlıqla tətbiq edin
Sadəcə bir əllə dəqiq tənzimləmələr etməyi asanlaşdırmaq məqsədilə filtr və üz effektləri üçün sürüşdürmə əvəzinə çevirici düymədən istifadə edilir.
Qalereya
Təfərrüfatlı görünüş rejimində cəld redaktələr
Şəkil və ya videoya baxarkən, təfərrüatlı görünüşə keçmək üçün ekranın aşağısından yuxarıya sürüşdürün. Bu ekran dərhal tətbiq edə biləcəyiniz effektlərə və redaktə funksiyalarına cəld giriş imkanı verir.
2 əllə dartıb və buraxın
Şəkillərə və videolara bir əlinizlə toxunub saxlayın, sonra digər əlinizlə onları köçürmək istədiyiniz alboma keçin.
Kəsilmiş şəkilləri stiker kimi saxlayın
Şəkildən müəyyən hissəsini kəsdiyiniz zaman onu asanlıqla şəkil və ya videoları redaktə edərkən istifadə edə biləcəyiniz stiker kimi saxlaya bilərsiniz.
Təkmilləşdirilmiş hekayə görünüşü
Hekayəyə baxarkən ekranın aşağısından yuxarıya sürüşdürdüyünüz zaman miniatür görünüşü görünür. Miniatür görünüşdə hekayənizdən şəkillər və videolar əlavə edə və ya silə bilərsiniz.
Foto Redaktor
Təkmilləşdirilmiş tərtibat
Yeni Alətlər menyusu sizə lazım olan redaktə funksiyalarını tapmağı asanlaşdırır. Düzləşdirmə və Perspektiv seçimləri Çevrilmə menyusunda birləşdirilib.
Saxladıqdan sonra bəzəkləri tənzimləyin
Saxladıqdan sonra da fotoya əlavə etdiyiniz rəsmlərdə, stikerlərdə və mətnlərdə dəyişiklik edə bilərsiniz.
Geri qaytarın və yenidən yerinə yetirin
Səhv etməyinizə görə narahat olmayın. Çevrilmələri, filtrləri və tonları asanlıqla geri ala və ya yenidən yerinə yetirə bilərsiniz.
Fərdi stikerlər üzərində çəkin
Fərdi stikerlər yaradarkən, stikerlərinizi daha da fərdi və unikal etmək üçün rəsm alətlərindən istifadə edə bilərsiniz.
Yeni mətn fonları və üslubları
Fotoya mətn əlavə edərkən, mükəmməl görünüş əldə etməyə kömək etmək üçün bir neçə yeni fon və üslub arasından seçim edə bilərsiniz.
Studio (Video Redaktor)
Daha effektiv video redaktə
Studio daha mürəkkəb və effektiv redaktə qabiliyyətinə malik yeni layihə əsaslı video redaktordur. Qalereyadakı Rəsm menyusundan Studio-ya daxil ola bilərsiniz və ya daha cəld giriş üçün Əsas ekranınıza işarəsini əlavə edə bilərsiniz.
Zaman qrafiki tərtibatı
Studio bütün layihənizi birdən çox video klipdən ibarət bir zaman qrafiki olaraq göstərməyə imkan verir. Çoxqatlı struktur sizə kliplər, stikerlər, subtitrlər və digər obyektlər əlavə etməyə və onların mövqeyini, uzunluğunu asanlıqla tənzimləməyə imkan verir.
Layihələri saxlayın və redaktə edin
Tamamlanmamış video layihələrinizi daha sonra redaktə etməyə davam etmək üçün saxlaya bilərsiniz.
Video Pleyer
Təkmilləşdirilmiş tərtibat
Video pleyeri idarə etmək indi daha asandır. Oxşar funksiyaları olan düymələr qruplaşdırılıb və Oxudun düyməsi ekranın mərkəzinə köçürülüb.
Təkmilləşdirilmiş oxutma sürəti idarəetməsi
Bir neçə 0,25x - 2,0x video oxutma sürəti arasından seçim edin. Sürət idarəetməsi bölməsinə sürüşdürmə əvəzinə xüsusi düymələrlə daxil olmaq daha asandır.
Samsung Health
Əsas ekran üçün yeni görünüş
Samsung Health Əsas ekranı tamamilə yeniləndi. Qalın şriftlər və rənglər sizə daha çox lazım olan məlumat əldə etməyi asanlaşdırırkən ətraflı məlumat göstərilir. Ekranın yuxarı hissəsində son məşq nəticəniz göstərilir, yuxu göstərilir. Həmçinin addımlar, fəaliyyət, su və qida ilə bağlı gündəlik hədəfləriniz haqqında ətraflı rəy təqdim edilir.
Su üçün fərdi stəkan ölçüləri
İndi Samsung Health Su izləyicisində stəkanların ölçüsünü içdiyiniz stəkanın ölçüsünə uyğunlaşdıra bilərsiniz.
Təqvim
İlk baxışda cədvəliniz
Yeni cədvəl görünüşü xronoloji ardıcıllıqla növbəti tədbirləri, tapşırıqları və xatırlatmaları təqdim edir.
Xatırlatmalarınıza Təqvimdə baxın
İndi Reminder proqramını açmadan Təqvim proqramında xatırlatmaları görə və əlavə edə bilərsiniz.
Tədbirləri 2 əllə hərəkət etdirin
Gün və ya Həftə görünüşündə bir əlinizlə hərəkət etdirmək istədiyiniz tədbirə toxunub saxlayın, sonra digər əlinizdə onu köçürmək istədiyiniz günə daxil edin.
Xatırlatma
Təkmilləşdirilmiş xatırlatma siyahısı görünüşü
Əsas siyahı görünüşü yenidən dizayn edilib. Artıq ekranın yuxarı hissəsində kateqoriyaları idarə edə bilərsiniz. Kateqoriyaların altında xatırlatmalarınız tarixə görə təşkil olunacaq. Təsvirlər və veb-keçidləri olan xatırlatmaların tərtibatı da təkmilləşdirilib.
Yeni xatırlatma kateqoriyaları
Yer kateqoriyasında müəyyən bir yerdə olduğunuz zaman sizi xəbərdar edən xatırlatmalar mövcuddur. Xəbərdarlıq yoxdur kateqoriyasında isə heç bir xəbərdarlıq etməyən xatırlatmalar var.
Xatırlatmalar yaratmaq üçün daha çox seçim
Məzmunu Reminder proqramı ilə paylaşarkən xatırlatmanız yaradılmazdan əvvəl tam redaktə seçimlərini əldə edəcəksiniz. Xatırlatma yaradarkən kameradan istifadə edərək şəkil çəkə bilərsiniz.
Bütün gün üçün xatırlatmalar yaradın
İndi bütün gün üçün xatırlatmalar yarada və onlar haqqında xəbərdar olmaq istədiyiniz vaxtı fərdiləşdirə bilərsiniz.
Samsung Internet
Videoları fonda oxudun
Tabı tərk etsəniz və ya Internet proqramından çıxsanız belə, video oxudulmağa davam edəcək.
Geniş ekranlar üçün təkmilləşdirilmiş tab siyahısı görünüşü
Eyni zamanda ekranda daha çox məlumat görməyiniz üçün mənzərə görünüşlü tablet və ya Samsung DeX kimi geniş ekranda Internetdən istifadə edərkən, tab siyahısı görünüşü 2 sütunda göstəriləcək.
Əlfəcinləri və tabları 2 əllə köçürün
Bir əlinizlə hərəkət etdirmək istədiyiniz əlfəcin və ya taba toxunub saxlayın, sonra digər əlinizlə onu köçürmək istədiyiniz əlfəcin qovluğuna və ya tab qrupuna daxil edin.
Ağıllı seçim
Bərkidilmiş məzmundakı mətnin ölçüsünü dəyişdirin və ondan mətni əldə edin
Şəkli ekrana bərkitdiyiniz zaman artıq onun ölçüsünü dəyişə və ya ondan mətni əldə edə bilərsiniz.
Böyüdülmüş görünüş
Seçiminizi mükəmməl yerdə başlaya və bitirə bilməyiniz üçün ekranın sahəsini seçərkən böyüdülmüş görünüş görünəcək.
Bixby text call
Zəng zamanı Bixby-ə keçid
Zəng artıq davam etsə belə, istənilən vaxt Bixby text call-a keçə bilərsiniz.
Modes and Routines
Kilid ekranınızın görünüşünü dəyişdirin
Avtomobil sürərkən, işləyərkən, məşq zamanı üçün öz divar kağızı və saat üslubu ilə fərqli Kilid ekranlarını quraşdırın. Yuxu rejimi üçün qaranlıq divar kağızı və ya İstirahət rejimi üçün sakitləşdirici divar kağızı sınayın. Bir rejim üçün Kilid ekranını redaktə etdiyiniz zaman rejim hər dəfə aktiv olduqda həmin divar kağızını görəcəksiniz.
Yeni qaydalar
Proqram media oxutduqda rejiminizə başlaya bilərsiniz.
Yeni fəaliyyətlər
İndi rejimləriniz Samsung Klaviaturası parametrləri dəyişdirmək kimi əvvəlkindən daha çox funksiyaya malikdir.
Ağıllı təkliflər
Yeni görünüş və hisslər
Ağıllı təkliflər vidjeti Əsas ekranınızdakı digər işarələr ilə daha yaxşı uyğunlaşan tərtibatla yenidən dizayn edilib.
Daha çox fərdiləşdirmə
Artıq şəffaflığı tənzimləyə və ağ və ya qara fon arasından seçim edə bilərsiniz. Proqramları təkliflərdən istisna edəcək şəkildə də quraşdıra bilərsiniz.
Finder
Proqramlar üçün cəld əməliyyatlar
Proqram axtarış nəticələrinizdə göründükdə proqramdan istifadə edərək həyata keçirə biləcəyiniz əməliyyatlara cəld daxil olmaq üçün proqrama toxunub saxlaya bilərsiniz. Məsələn, Təqvim proqramını axtarsanız, tədbir əlavə etmək və ya təqviminizi axtarmaq üçün düymələr görünəcək. Proqram əvəzinə əməliyyatın adını axtarsanız, proqram əməliyyatları da axtarış nəticələrində də görünəcək.
Fayllarım
Yaddaş yerini boşaldın
Tövsiyə kartları yaddaş yerini boşaltmağınıza kömək edəcək. Fayllarım lazımsız faylları silməyi tövsiyə edəcək, bulud yaddaşının quraşdırılmasına dair məsləhətlər verəcək, həmçinin telefonunuzda hansı proqramların ən çox yaddaşdan istifadə etdiyini sizə bildirəcək.
Qalereya və Səs Yazıcı ilə inteqrasiya olunmuş Zibil qutusu
Fayllarım, Qalereya və Səs Yazıcı üzrə Zibil qutusu funksiyaları ilə birləşdirilib. Fayllarım bölməsində Zibil qutusunu açdığınız zaman sildiyiniz faylları, şəkilləri, videoları və səs yazılarını, o cümlədən bərpa etmək və ya həmişəlik silmək seçimlərini görə biləcəksiniz.
Faylları 2 əllə kopyalayın
Kopyalamaq istədiyiniz fayla bir əlinizlə toxunub saxlayın, sonra digər əlinizlə onu kopyalamaq istədiyiniz qovluğa daxil edin.
Samsung Pass
Giriş açarları ilə daha təhlükəsiz giriş
Dəstəklənən proqramlara və veb-saytlara daxil olmaq üçün giriş açarlarından istifadə edin. Parollardan fərqli olaraq, giriş açarınız yalnız telefonunuzda saxlanılır və veb-saytın təhlükəsizliyinin pozulması nəticəsində sızdırıla bilməz. Giriş açarları yalnız qeydiyyatdan keçirilmiş veb-sayt və ya proqramda işlədikləri üçün sizi fişinq hücumlarından da qoruyur.
Parametr
Daha ağıllı Uçuş rejimi
Uçuş rejimində Wi-Fi və ya Bluetooth-u aktivləşdirsəniz, telefonunuz bunu yadda saxlayacaq. Uçuş rejimindən növbəti dəfə istifadə edərkən Wi-Fi və ya Bluetooth deaktiv olmaq əvəzinə aktiv qalacaq.
Batareya parametrlərinə daha asan giriş
Batareya parametrləri indi yüksək səviyyəli parametrlər menyusuna malikdir, beləliklə batareyanın istifadəsini asanlıqla yoxlaya və batareya parametrlərini idarə edə bilərsiniz.
Təhlükəsizlik təhdidlərini bloklayın
Proqramlarınız və verilənləriniz üçün əlavə qorunma səviyyəsi əldə edin. Avtomatik Bloklama naməlum proqramların quraşdırılmasının qarşısının alır, zərərli proqramların yoxlayır və zərərverici əmrlərin USB naqilindən istifadə edilərək telefonunuza göndərilməməsinin bloklayır
Xüsusi imkanlar
Görmə təkmilləşdirmələrini tapmaq daha asandır
Səs dəstəyi və Görünüşün genişləndirilməsi menyuları daha cəld və asan giriş üçün tək bir Görünüşün genişləndirilməsi menyusunda birləşdirildi.
Yeni böyütmə seçimləri
Böyütmə pəncərənizin necə görünəcəyini fərdiləşdirin. Tam ekran, yarım ekran seçə və ya ikisi arasında keçidə icazə verə bilərsiniz.
Kursor qalınlığını fərdiləşdirin
Kursoru daha asan görmək üçün mətni redaktə edərkən görünən kursorun qalınlığını artıra bilərsiniz.
Xüsusi imkanlar haqqında ətraflı məlumat əldə edin
Samsung Xüsusi imkanlar veb səhifəsinə olan keçid Xüsusi imkanlar parametrlərinə əlavə edildi, beləliklə Xüsusi imkanlar funksiyaları və məhsullarımızı hər kəs üçün əlçatan etmək səylərimiz haqqında ətraflı məlumat əldə edə bilərsiniz.
Rəqəmsal Rifah
Təkmilləşdirilmiş tərtibat
Sizə lazım olan məlumatı asanlıqla tapmaq üçün Digital Wellbeing əsas ekranı yenidən dizayn edildi.
Həftəlik hesabatınızda daha çox məzmun
Həftəlik istifadə hesabatınız indi qeyri-adi istifadə nümunələri, pik istifadə vaxtlarınız və ekran vaxtınızı necə balanslaşdırdığınız barədə məlumat verməyə imkan verir.
Qurulmuş Nömrə : G991BXXS9EWJO
Android versiyası : T(Android 13)
Buraxılış Tarixi : 2023-11-10
Təhlükəsiz paket səviyyəsi : 2023-11-01
• Cihazınızın təhlükəsizliyi yaxşılaşdırılmışdır.
Qurulmuş Nömrə : G991BXXS9EWJG
Android versiyası : T(Android 13)
Buraxılış Tarixi : 2023-10-24
Təhlükəsiz paket səviyyəsi : 2023-10-01
• Cihazınızın təhlükəsizliyi yaxşılaşdırılmışdır.
Qurulmuş Nömrə : G991BXXS9EWIA
Android versiyası : T(Android 13)
Buraxılış Tarixi : 2023-10-11
Təhlükəsiz paket səviyyəsi : 2023-10-01
• Cihazınızın təhlükəsizliyi yaxşılaşdırılmışdır.
Qurulmuş Nömrə : G991BXXS9EWI1
Android versiyası : T(Android 13)
Buraxılış Tarixi : 2023-09-25
Təhlükəsiz paket səviyyəsi : 2023-09-01
• Cihazınızın təhlükəsizliyi yaxşılaşdırılmışdır.
Qurulmuş Nömrə : G991BXXU9EWH5
Android versiyası : T(Android 13)
Buraxılış Tarixi : 2023-09-05
Təhlükəsiz paket səviyyəsi : 2023-08-01
• Stabillik və etibarlılıq
Cihazın işləmə qaydası yaxşılaşdırılıb.
• Təhlükəsizlik
Cihaz təkmilləşdirilmiş təhlükəsizlik səviyəsi ilə qorunur.
Qurulmuş Nömrə : G991BXXS9EWH1
Android versiyası : T(Android 13)
Buraxılış Tarixi : 2023-08-16
Təhlükəsiz paket səviyyəsi : 2023-08-01
• Cihazınızın təhlükəsizliyi yaxşılaşdırılmışdır.
Qurulmuş Nömrə : G991BXXS9EWF3
Android versiyası : T(Android 13)
Buraxılış Tarixi : 2023-07-10
Təhlükəsiz paket səviyyəsi : 2023-07-01
• Cihazınızın təhlükəsizliyi yaxşılaşdırılmışdır.
Qurulmuş Nömrə : G991BXXU8EWF1
Android versiyası : T(Android 13)
Buraxılış Tarixi : 2023-06-16
Təhlükəsiz paket səviyyəsi : 2023-06-01
• Stabillik və etibarlılıq
Cihazın işləmə qaydası yaxşılaşdırılıb.
• Təhlükəsizlik
Cihaz təkmilləşdirilmiş təhlükəsizlik səviyəsi ilə qorunur.
Qurulmuş Nömrə : G991BXXU7EWE6
Android versiyası : T(Android 13)
Buraxılış Tarixi : 2023-05-26
Təhlükəsiz paket səviyyəsi : 2023-05-01
• Stabillik və etibarlılıq
Cihazın işləmə qaydası yaxşılaşdırılıb.
• Təhlükəsizlik
Cihaz təkmilləşdirilmiş təhlükəsizlik səviyəsi ilə qorunur.
Qurulmuş Nömrə : G991BXXU7EWE1
Android versiyası : T(Android 13)
Buraxılış Tarixi : 2023-05-12
Təhlükəsiz paket səviyyəsi : 2023-05-01
• Stabillik və etibarlılıq
Cihazın işləmə qaydası yaxşılaşdırılıb.
• Təhlükəsizlik
Cihaz təkmilləşdirilmiş təhlükəsizlik səviyəsi ilə qorunur.
Qurulmuş Nömrə : G991BXXU7EWCH
Android versiyası : T(Android 13)
Buraxılış Tarixi : 2023-04-13
Təhlükəsiz paket səviyyəsi : 2023-04-01
• Kameranın və Qalereyanın funksiyaları təkmilləşdirilib.
• Təhlükəsizlik
Cihaz təkmilləşdirilmiş təhlükəsizlik səviyəsi ilə qorunur.
Qurulmuş Nömrə : G991BXXS6EWBB
Android versiyası : T(Android 13)
Buraxılış Tarixi : 2023-03-11
Təhlükəsiz paket səviyyəsi : 2023-03-01
• Cihazınızın təhlükəsizliyi yaxşılaşdırılmışdır.
Qurulmuş Nömrə : G991BXXU6EWAF
Android versiyası : T(Android 13)
Buraxılış Tarixi : 2023-02-13
Təhlükəsiz paket səviyyəsi : 2023-02-01
One UI 5.1 Yeniləməsi
One UI 5.1 yeni Qalereya funksiyaları, eləcə də məhsuldarlıq və fərdiləşdirmə təkmilləşdirmələri ilə telefonunuzu daha da cəlbedici edir.
Kamera və Qalereya
Selfilər üçün rəng tonunu tez dəyişdirin
Ekranın yuxarısındakı Effektlər düyməsindən istifadə edərək selfilərinizin rəng tonunu dəyişmək daha asandır.
Daha güclü axtarış
İndi Qalereyanızda eyni anda birdən çox şəxs və ya subyekt üçün axtarış edə bilərsiniz. Siz hətta insanların üzlərinə toxunmaqla onların adlarını etiketləmədən axtarış edə bilərsiniz.
Təsvirin təkmilləşdirilmiş yaxşılaşdırılması
Yaxşılaşdırma kölgələri və əksetmələri silməklə şəkillərinizin gözəl görünməsinə kömək edir. Daha yaxşı əksetmə qabiliyyəti və aydınlıq üçün GIF-ləri də yaxşılaşdıra bilərsiniz. Orijinal şəklin yaxşılaşdırılması ilə müqayisəsini asanlaşdırmaq üçün ilkin baxış funksiyası da təkmilləşdirilib.
Paylaşılan ailə albomu yaradın
Şəkilləri ailənizlə paylaşmaq həmişəkindən daha asandır. Qalereya seçdiyiniz ailə üzvlərinizin üzlərini tanımaqla paylaşılan ailə albomunuza əlavə etmək üçün şəkillər tövsiyə edəcək. Hər bir ailə üzvü üçün (6 nəfərə qədər) 5 GB yaddaş yeri əldə edirsiniz.
Yenilənmiş məlumat displeyi
Qalereyanızda şəkil və ya videoya baxarkən yuxarı sürüşdürdüyünüz zaman siz şəklin nə vaxt və harada çəkildiyini, şəklin hansı cihazla çəkildiyini, şəklin harada saxlandığını və s. görə bilərsiniz. İndi daha sadə tərtibatda.
Multi tapşırıqlar
Asanlıqla kiçildin və ya tam ekrana keçin
İndi seçimlər menyusuna keçmədən proqram pəncərəsini kiçildə və ya böyüdə bilərsiniz. Sadəcə olaraq künclərdən birini dartın.
Ən çox istifadə etdiyiniz proqramlara bölünmüş ekranda daxil olun
Bölünmüş ekran görünüşünü başlatdığınız zaman sizə lazım olan proqramları daha tez tapmağınıza kömək etmək üçün ən çox istifadə etdiyiniz proqramlar son istifadə etdiyiniz proqramların aşağısında göstəriləcək.
DeX-də təkmilləşdirilmiş mutl tapşırıqlar
İndi bölünmüş ekran görünüşündə hər iki pəncərənin ölçüsünü dəyişmək üçün ekranın mərkəzindəki bölüşdürücünü darta bilərsiniz. Həmçinin siz pəncərəni künclərdən birinə yapışdıra bilərsiniz ki, o, ekranın dörddəbirini doldursun.
Modes and Routines
Rejiminizə əsasən divar kağızlarını dəyişdirin
Cari fəaliyyətinizə əsasən fərqli divar kağızı təyin edin. İş üçün bir divar kağızı, məşq üçün başqasını və sairəni seçin.
Prosedurlar üçün daha çox əməliyyat
Yeni əməliyyatlar sizə Cəld Paylaşım və Sensor həssaslığına nəzarət etməyə, zəng melodiyanızı və şrift üslubunuzu dəyişməyə imkan verir.
Hava
Faydalı məlumatlara cəld çıxış imkanı
Şiddətli hava xəbərdarlıqlarına, gündəlik hava xülasələrinə və günəşin şəfəq/qürub vaxtlarına Hava proqramının yuxarı hissəsində nəzər salın. İndi temperatur qrafiki temperaturun gün ərzində necə dəyişdiyini göstərmək üçün rənglərdən istifadə edir.
Saatlıq yağıntı qrafiki
İndi saatlıq qrafik günün müxtəlif vaxtlarında nə qədər yağıntının yağdığını göstərir.
Hava vidjeti üzrə xülasə
Havanın günəşli, buludlu, yağışlı və ya qarlı olduğunu bildirmək üçün indi hava vidjetində cari hava şəraitinin qısa xülasəsi göstərilir.
Samsung Internet
Başqa cihazda baxışa davam edin
Bir Galaxy telefonunda və ya tabletində vebə baxış keçirirsinizsə və daha sonra eyni Samsung account-na daxil olaraq başqa Galaxy cihazında Internet proqramı açırsınızsa, digər cihazda baxdığınız son veb-səhifəni açmağa imkan verən düymə görünəcək.
Təkmilləşdirilmiş axtarış
Axtarışlarınıza indi əlfəcin qovluqlarının və tab qruplarının adları daxildir. Təkmilləşdirilmiş axtarış məntiqi hətta bir şey düzgün yazılmamış olsa belə, axtardığınızı tapmağa imkan verir.
Əlavə dəyişikliklər
Cihazlarınızın batareya səviyyəsinə nəzər salın
Yeni Batareya vidjeti sizə cihazlarınızın batareya səviyyəsinə birbaşa Əsas ekrandan nəzər salmaq imkanı verir. Telefonunuz, Galaxy Buds, Galaxy Watch və digər dəstəklənən cihazlarda nə qədər batareya səviyyəsinin qaldığını görə bilərsiniz.
AR Emoji Kamerasında 3-ə qədər emojidən istifadə edin
Maska rejimində dostlarınızla məzəli şəkil və videolar çəkin. Hər bir insanın üzü üçün fərqli emoji təyin edə bilərsiniz.
Parametrlər üzrə təkliflər
Samsung account-unuza daxil olan zaman sizə paylaşmağa, qoşulmağa, habelə Galaxy cihazınız üzrə təcrübənizin keyfiyyətini artırmağa kömək etmək üçün Parametrlər ekranının yuxarısında məsləhətlər görünəcək.
Spotify təklifləri
Ağıllı təkliflər vidjeti indi hazırkı fəaliyyətinzə uyğun olaraq Spotify cığırları və ifa siyahıları tövsiyə edir. Avtomobil sürmək, məşq etmək və daha çoxu üçün mükəmməl melodiyalar əldə edin. Məsləhətlər əldə etmək üçün Spotify proqramının son versiyasındakı Spotify hesabına daxil olmalısınız.
Ekran şəkilləri və ekran yazmalarını harada saxlayacağınızı seçin.
İndi ekran şəkillərinin və ekran yazmalarının saxlandığı qovluğu dəyişə bilərsiniz.
Qurulmuş Nömrə : G991BXXS5DWA4
Android versiyası : T(Android 13)
Buraxılış Tarixi : 2023-01-18
Təhlükəsiz paket səviyyəsi : 2023-01-01
• Cihazınızın təhlükəsizliyi yaxşılaşdırılmışdır.
Qurulmuş Nömrə : G991BXXS5DVL3
Android versiyası : T(Android 13)
Buraxılış Tarixi : 2023-01-05
Təhlükəsiz paket səviyyəsi : 2023-01-01
• Cihazınızın təhlükəsizliyi yaxşılaşdırılmışdır.
Qurulmuş Nömrə : G991BXXU5DVKF
Android versiyası : T(Android 13)
Buraxılış Tarixi : 2022-12-14
Təhlükəsiz paket səviyyəsi : 2022-12-01
• Cihazınızın ümumi sabitliyi yaxşılaşdırılıb.
Qurulmuş Nömrə : G991BXXS5DVK1
Android versiyası : T(Android 13)
Buraxılış Tarixi : 2022-11-17
Təhlükəsiz paket səviyyəsi : 2022-11-01
• Cihazınızın təhlükəsizliyi yaxşılaşdırılmışdır.
Qurulmuş Nömrə : G991BXXU5DVJC
Android versiyası : T(Android 13)
Buraxılış Tarixi : 2022-11-07
Təhlükəsiz paket səviyyəsi : 2022-10-01
One UI 5 Təkmilləşdirməsi (Android 13)
One UI 5 sizi daha güclü fərdiləşdirmə ilə təmin edir və Galaxy cihazlarında əməliyyatlarınızı daha da asanlaşdırır.
Vizual dizayn
Yeni proqram nişanları və illüstrasiyaları
Daha qalın görünməsi üçün nişan simvolları daha da böyüdülüb ki, skanlamaq asan olsun. İncə fon qradiyentləri və təkmilləşdirilmiş kontrast daha yeni, daha təbii təəssürat bağışlayır. Bütün proqramlara uyğun görünüş verməsi üçün yeni kömək illüstrasiyaları yaradılıb.
Həmişəkindən daha rəvan
Yeni animasiyalar və keçid effektləri ekranlar arasında keçidin daha təbii görünməsini təmin edir. Animasiyalar və digər vizual rəy siz ekrana toxunan kimi dərhal görünür, bu isə qarşılıqlı əlaqələri daha intuitiv edir. One UI-da sürüşdürmənin daha rəvan olması üçün sürüşdürmə sürəti də təkmilləşdirilib.
Təkmilləşdirilmiş bulanıqlaşdırma effektləri və rəngləri
Fon bulanıqlılığı effekti daha aydın və daha uyğun təcrübə üçün cəld paneldə, Əsas ekranda və bütün One UI üzrə daha parlaq rənglərlə yaxşılaşdırılıb. Sadələşdirilmiş proqram rəngi sxemləri diqqət yayındıran məqamlara fikir verməməyinizə və diqqətinizi hazırkı tapşırığınıza yönəltməyə kömək edir.
Fərdiləşdirmə
Kilid ekranınızı fərdiləşdirin
Redaktə etmək üçün sadəcə olaraq Kilid ekranına toxunub saxlayın. Nəyi daha da sadələşdirmək mümkündür? Divar kağızınızı, saat üslubunuzu, bildiriş parametrlərinizi və daha çoxunu, hamısını bir yerdə canlı önizləmə ilə fərdiləşdirin.
Daha çox divar kağızı seçimi
Əsas ekran və Kilid ekranı üçün mükəmməl divar kağızı tapmağınızı asanlaşdırmaq məqsədilə divar kağızı parametrləri yenidən hazırlanıb. İndi həmişəkindən daha çox təsvir, video, rəng və filtr seçimi mövcuddur.
Rəng palitranız üçün daha çox seçim
Özünüzə uyğun rəngləri tapmaq daha da asanlaşdı. Divar kağızınız əsasında 16-ya qədər rəng mövzusu, eləcə də mükəmməl görünmək üçün hazırlanmış əvvəlcədən təyin edilmiş rəng mövzularından birini seçin.
Kimin zəng etdiyinə asanlıqla baxın
Hər bir kontakt üçün fərqli zəng fonu təyin edin ki, sadəcə bir baxışla kimin zəng etdiyini asanlıqla görə biləsiniz.
Rejimlər və prosedurlar
Fəaliyyətiniz əsasında rejimlər seçin
İdman etmək, işləmək və ya dincəlmək kimi, məşğul olduğunuz fəaliyyət əsasında rejim, sonra isə hər bir vəziyyətdə telefonunuzun icra etməsini istədiyiniz əməliyyat seçin. Məsələn, dincəldiyiniz zaman Narahat etmə və ya avtomobil idarə etdiyiniz zaman musiqi səsləndir rejimini aktiv edin.
Yuxu vaxtı rejimi artıq Yuxu rejimi adlanır
Yuxu rejimi yatmaq vaxtı çatdıqda Tünd rejimin yandırılması və səs rejiminin dəyişdirilməsi kimi daha çox əməliyyatı avtomatlaşdırmağınıza imkan verir.
Əvvəlcədən təyin edilmiş prosedurları tapmaq daha da asanlaşdı
Sadələşdirilmiş tərtibat sizin üçün faydalı olan prosedurları tapmağı daha da asanlaşdırır.
Davam edən prosedurlara tez bir şəkildə nəzər salın
Hazırda davam edən prosedurlar artıq Prosedurlar ekranının yuxarısında göründüyü üçün nəyin baş verdiyini anlaya və lazım olduqda dəyişikliklər edə bilərsiniz.
Prosedurlarınız üçün daha çox əməliyyat və şərt
Uçuş rejimindən və ya Mobil giriş nöqtəsindən istifadə etdiyiniz zaman prosedurları avtomatik başladın. Prosedurlar artıq proqram cütlərini aça və sol/sağ səs balansını tənzimləyə bilər.
Əsas ekran vidjetləri
Vidjetləri Əsas ekranınızda qruplaşdırın
Əsas ekranınızda yerə qənaət etmək üçün eyni ölçüdə olan müxtəlif vidjetləri bir vidjet kimi bir araya gətirin. Qrup yaratmaq üçün sadəcə olaraq bir vidjeti digərinin üzərinə dartın, sonra vidjetlər arasında keçid etmək üçün sürüşdürün. Çəkib saxlamaqla qrupunuza istənilən vaxt daha çox vidjet əlavə edə bilərsiniz.
Əsas ekranınızda təkliflər əldə edin
Yeni Smart təkliflər vidjeti icra etmək istədiyiniz əməliyyatı təxmin edir. O, istifadə olunacaq proqramlar, zəng ediləcək şəxslər və digər faydalı məsləhətlər təklif edir. Təkliflər istifadə qaydanıza əsaslanır.
Çoxlu tapşırıqla işləmə
Görünüşü bir jestlə dəyişdirin
Ekranın aşağı tərəfindən iki barmağınızı yuxarı sürüşdürməklə tam ekrandan bölünmüş ekran görünüşünə keçin. Ekranın yuxarısındakı hər hansı küncdən bir barmağınızla içəri sürüşdürməklə tam ekrandan ani pəncərə görünüşünə keçin. Jestləri Parametrlər, Labs bölməsində aktiv və ya qeyri-aktiv etmək mümkündür.
Proqramları bölünmüş ekranda tez açın
Sadəcə olaraq proqramı Sonuncular ekranından ekranın onu açmaq istədiyiniz tərəfinə çəkin.
Qoşulu cihazlar
Qoşulu cihazlarınız ilə daha çox iş görün
Qoşulu cihazlar menyusu Parametrlərə əlavə edilib ki, bu da Cəld Paylaşım, Smart View və Samsung DeX kimi digər cihazlarla işləyən funksiyalara daxil olmağı tezləşdirir və asanlaşdırır.
TV-də bildirişləri gizlədin
Smart View ilə telefonunuzdakı məzmuna TV-də baxdığınız zaman digərlərinin şəxsi məlumatlarınızı görməsinə mane olmaq üçün bildirişləri TV-də gizlətməyi seçə bilərsiniz.
İstənilən Chromecast cihazında telefonunuzdakı səsi səsləndirin
Telefonunuzun cəld panelindəki Media çıxışına vurduğunuz zaman əlçatan Chromecast cihazları görünəcək. Sadəcə olaraq səsləndirmək istədiyiniz musiqi və ya digər media məzmununun olduğu cihaza vurun.
Kamera və Qalereya
Bir əl ilə miqyası daha asan dəyişdirin
Miqyas dəyişmə paneli sıxlaşdırılıb, yəni siz tək sürüşdürmə ilə miqyası böyüdə və ya kiçildə bilərsiniz.
Pro rejimi ilə kömək əldə edin
Pro və Pro video rejimlərində kömək nişanı görünəcək. Müxtəlif linzalar, seçimlər və idarəetmələrdən istifadə etməklə bağlı tövsiyələr və təlimat əldə etmək üçün nişana vurun.
Pro rejimində histoqram
Mükəmməl ekspozisiyanı əldə etməyinizə kömək etməsi üçün hər bir çaların parlaqlığına nəzər salmaq məqsədilə histoqramdan istifadə edin.
Şəkillərinizə su nişanları əlavə edin
Şəklin çəkildiyi tarix və vaxtı, telefonunuzun model adını və ya digər fərdi məlumatları ehtiva edən hər bir şəklə avtomatik olaraq su nişanı əlavə edin.
Teleobyektiv linzası artıq Yemək rejimində dəstəklənir
Teleobyektiv linzasından istifadə etməklə yeməyin daha yaxşı yaxın çəkilişlərini edin.
Yenilənmiş Tək çəkiliş
Tək çəkiliş rejimi sadələşdirilib və nizama salınıb. Daha az seçim və daha qısa qeydəalma vaxtları mükəmməl çəkilişlər əldə etməyi daha da tezləşdirir və asanlaşdırır.
Filtrləri daha asanlıqla seçin
Filtr seçimi menyusu Kamera, Foto Redaktor və Video Redaktorda nizama salınıb. Bütün filtrlər bir siyahıdadır, bu isə şəkil və ya videonuz üçün mükəmməl filtri tapmağınızı daha da asanlaşdırır.
Qalereyada albomları fərdiləşdirin
Standart olaraq hansı albomların görünəcəyini seçin və qarışıqlığı azaltmaq üçün daha az istifadə olunan albomları gizlədin. Həmçinin siz eyni adlı albomları birləşdirə və seçdiyiniz insanların şəkillərinin daxil edilməsi ilə avtomatik olaraq yenilənən albomlar yarada bilərsiniz.
Hekayələr üçün tamamilə yeni görünüş
Qalereyanızda avtomatik yaradılan hekayələr interaktiv slaydşou görünüşü ilə yenilənib. Sadəcə olaraq hekayənizdəki şəkillər və videolar arasında hərəkət etmək üçün vurun və ya sürüşdürün.
Foto və Video Redaktor
İstənilən şəkildən stikerlər yaradın
Qalereyanızdakı istənilən şəkildən təkrar istifadə edilə bilən stikerlər yaradın. Sadəcə şəklin stiker kimi istifadə etmək istədiyiniz hissəsini seçin, sonra konturların qalınlığını və rəngini tənzimləyin.
GIF-ləri redaktə etməyin daha çox üsulu
Düzgün ölçüdə olmaları üçün hərəkətli GIF-ləri kəsə və onların nisbətini tənzimləyə bilərsiniz. Həmçinin siz GIF-i istədiyiniz kimi bəzəmək məqsədilə hərəkətsiz təsvirlər üçün mövcud olan eyni redaktə funksiyalarından da istifadə edə bilərsiniz.
Hətta redaktədən sonra belə portret rejimi effektlərini saxlayın
Portret rejimi effektləri indi kadrı kəsdikdən və ya filtrləri dəyişdirdikdən sonra da saxlanılır, beləcə siz istənilən vaxt fon bulanıqlığını tənzimləyə bilərsiniz.
Şəkillər və videolar üzərində mükəmməl formalar çəkin
Dairə, üçbucaq, dördbucaqlı və ya ürək kimi formalar çəkmək üçün qələm alətindən istifadə edin. Rəsmi bitirdikdə barmağınızı ekran üzərində saxlayın ki, o, dərhal düz xətlərə və mükəmməl bucaqlara çevrilsin.
Fotolar və videolar üçün yeni stikerlər
Şəkillərinizi və videolarınızı bəzəmək üçün əvvəlcədən yüklənmiş 60 yeni emoji stikeri mövcuddur.
AR Emoji və stikerlər
Yeni AR Emoji stikerləri
Yeni AR Emoji yaratdığınız zaman özünüzü ifadə etməyin daha çox üsulunu təmin etmək üçün 15 stiker standart olaraq yaradılır. Bu kifayət deyilsə, yükləmək üçün daha çox AR Emoji stikeri də mövcuddur ki, siz həmişə emosiyalarınıza uyğun stiker tapa biləsiniz.
AR Emojilər ilə daha çox iş görün
AR Emoji stikerləri üçün şəffaf fonlardan istifadə edin və ya AR Emoji Kamerasında emojiniz üçün fon kimi istifadə etmək məqsədilə Qalereyanızdan istənilən şəkli seçin. Həmçinin siz iki emojini birləşdirə, eləcə də əyləncəli rəqslər və pozalar yarada bilərsiniz.
Samsung Klaviaturası
Emoji cütlükləri üçün yeni emojilər mövcuddur
Emoji cütlüyü yaratmaq üçün Samsung Klaviaturasında 80-dən çox əlavə emoji mövcuddur. İndi üz ifadələrindən əlavə, heyvan, yemək və digər obyektlərə aid emojiləri birləşdirə bilərsiniz. Hisslərinizi ifadə etmək üçün mükəmməl kombinasiyanı seçin.
Samsung Klaviaturasında ifadə düymələrini yenidən nizamlayın
Emoji, stiker və digər düymələri yenidən nizamlamaq üçün onlara toxunub saxlayın.
Birbaşa Samsung Klaviaturasından kaomoji daxil edin
Klaviatura simvollarından (*^.^*) istifadə etməklə yaradılmış hazır üz ifadələri ilə söhbətlərinizi və mətn mesajlarınızı rəngləndirin.
Samsung Klaviaturasında boşluq düyməsi sırasını fərdiləşdirin
Klaviaturanın aşağı sırasındakı boşluq düyməsinin yanında hansı funksiya düymələrinin və durğu işarələrinin göstəriləcəyini seçə bilərsiniz.
Mətni çıxarın və skanlayın
İstənilən təsvirdəki və ya ekrandakı mətni çıxarın
Samsung Klaviaturası, İnternet, Qalereyadan istifadə edərək və ya hər dəfə ekran görüntüsü çəkdiyiniz zaman mətni çıxarın. Yazmaq əvəzinə nəticəni mesaja, e-poçta və ya sənədə əlavə edin.
Təsvirlərdəki mətn əsasında təkliflər əldə edin
Qalereyada, Kamerada və ya digər proqramlarda təsvir üzərində mətn görünən zaman mətn əsasında əməliyyatlar tövsiyə olunacaq. Məsələn, üzərində telefon nömrəsi və ya veb ünvanı olan nişanın şəklini çəksəniz, nişan üzərinə vurmaqla nömrəyə zəng edə və ya sayta daxil ola bilərsiniz.
Mətn çıxarma və təklif etmə funksiyaları yalnız İngilis, Koreya, Fransız, İtalyan, Alman, İspan, Portuqal və Çin dillərində dəstəklənir.
Samsung DeX
Samsung DeX-də təkmilləşdirilmiş tapşırıq paneli
İstifadə etmək istədiyiniz proqramları tapmağı asanlaşdırmaq məqsədilə axtarış düyməsi əlavə edilib və siz proqram daxilində tapşırıqlara cəld daxil olmaq üçün müəyyən proqramların üzərinə sağ düymə ilə klikləyə bilərsiniz. Tapşırıq panelində görünməsini istədiyiniz düymələri də fərdiləşdirə bilərsiniz.
DeX-də yeni bildiriş göstəricisi
Bildiriş panelini sonuncu dəfə açdığınız vaxtdan bəri hər hansı yeni bildiriş qəbul edilibsə, tapşırıq panelinizdəki bildiriş düyməsində qırmızı nöqtə görünəcək.
DeX-də mini təqvim
Tapşırıq panelinizdə tarixə klikləməklə indi tam Təqvim proqramını açmadan cədvəlinizə tez nəzər salmağa imkan verən mini təqvim açılır.
Bildirişlər
Yalnız icazə verdiyiniz bildirişləri əldə edin
Proqramdan birinci dəfə istifadə etdiyiniz zaman ondan bildirişlər qəbul etmək istəyib-istəmədiyiniz soruşulacaq. Sizi narahat etməsini istəmədiyiniz proqramlara icazə verməməkdən çəkinməyin.
Proqram bildirişi idarəetmələrinə daha asan giriş
Proqram sizə çoxlu bildiriş göndərir? Proqram bildirişi idarəetmələrini yuxarıda yerləşdirməklə yenidən təşkil edilmiş bildiriş parametrləri ilə onu bloklamaq həmişəkindən daha asandır. Həmçinin siz bildiriş panelinin aşağısındakı düymədən istifadə edərək birbaşa proqram bildirişi parametrlərinə də keçə bilərsiniz.
Proqramların hansı növ bildirişlər göndərə biləcəyini seçin
İndi proqramların Kilid ekranında ani pəncərə bildirişlərini, proqram işarəsi nişanlarını və bildirişləri göstərib-göstərməməsini ayrıca idarə edə bilərsiniz. Bütün növlərə, bir neçəsinə icazə verin, yaxud heç birinə icazə verməyin. Seçim sizindir.
Bildirişlər üçün yeni tərtibat
Proqram nişanları daha da böyüdülüb, bu isə hansı proqramın bildiriş göndərdiyinə baxmağı asanlaşdırır. Bildirişlərin daha asan oxunması üçün mətn nizamlanması də təkmilləşdirilib.
Parametrlər
Hər bir proqram üçün dil təyin edin
Bəzi proqramları bir dildə, digər proqramları isə başqa dildə istifadə etmək istəyirsiniz? Hər bir proqram üçün hansı dilin istifadə ediləcəyini indi Parametrlərdə seçə bilərsiniz.
Narahat etməyin rejimi üçün istisnalar təyin edin
Artıq Narahat etməyin rejimi üçün bəzi kontaktları istisna kimi təyin edə bilərsiniz. Seçdiyiniz insanlar sizə zəng edəndə və mesaj göndərəndə hətta Narahat etməyin rejimi aktiv olduqda belə telefonunuz zəng çalacaq və ya titrəyəcək. Proqramları istisnalar kimi təyin etmək daha da asanlaşdırılıb ki, hətta Narahat etməyin rejimi aktiv olduqda belə onlardan bildiriş xəbərdarlıqları ala biləsiniz. Sadəcə olaraq yeni şəbəkədən icazə vermək istədiyiniz proqramları seçin.
Təkmilləşdirilmiş səs və vibrasiya parametrləri
Menyular sizə lazım olan səs və vibrasiya seçimlərini tapmağı asanlaşdırmaq üçün yenidən nizamlanıb. Zəng melodiyanızı təyin edin, eləcə də səs ucalığı və vibrasiya parametrlərini dəyişdirin – bunların hamısı bir yerdə.
RAM Plus üçün daha çox seçim
Ehtiyacınız yoxdursa və ya yaddaşdan istifadə etməsini istəmirsinizsə, artıq RAM Plus-u Cihaza qayğıda tamamilə söndürə bilərsiniz.
Avtomatik optimallaşdırma
Cihaza qayğı fonda avtomatik optimallaşdırmalar həyata keçirməklə telefonunuzun rəvan işləməsini təmin edir. Telefonunuzu ən yaxşı vəziyyətdə saxlamaq üçün onun lazım olduqda avtomatik olaraq yenidən işə salınmasını təyin edə bilərsiniz.
Təhlükəsizlik və məxfilik
Telefonunuzun təhlükəsizlik statusunu bir baxışda yoxlayın
Parametrlərdəki yeni Təhlükəsizlik paneli telefonunuzda hər hansı təhlükəsizlik probleminin olub-olmadığını göstərir və onları tez bir zamanda həll etməyə kömək edir.
Şəxsi məlumatların təsadüfi paylaşılmasına mane olun
Paylaşım paneli kredit kartları, şəxsiyyət vəsiqələri və ya pasportlar kimi həssas məlumatları ehtiva edən fotoları paylaşmağa cəhd etdiyiniz zaman sizə xəbər verəcək ki, onları həqiqətən paylaşmaq istəyib-istəmədiyiniz haqqında yenidən düşünə biləsiniz.
Veb-saytlar üçün təhlükəsizlik və məxfilik məlumatları
Saytın təhlükəsizlik statusunu göstərmək üçün Samsung İnternetdə ünvan sətrində bir nişan görünəcək. Veb-saytın hansı məlumatları topladığını və izlədiyini öyrənmək üçün nişana vurun.
Xüsusi imkanlar
Cəld paneldə xüsusi imkanlar üzrə daha çox seçim
Yüksək kontrastlı şrift, Rəng inversiyasi, Rəng tənzimləməsi və Rəng filtri asan giriş üçün cəld panelə əlavə edilə bilər.
Böyüdücüyə giriş imkanı daha da asanlaşıb
Böyüdücü funksiyasına cəld giriş imkanı əldə etmək üçün Xüsusi imkanlar parametrlərində Böyüdücü qısayolunu aktiv edin. Böyüdücü real dünyada elementləri böyütmək üçün telefonunuzun kamerasından istifadə edir ki, siz onlara daha yaxından baxa və ya onları daha asan oxuya biləsiniz.
Daha çox səsli yardım
Ekranı aydın görə bilməsəniz belə, telefonunuzdan istifadə edərək kömək əldə etmək üçün müxtəlif səsli rəy növlərindən birini seçin. Düzgün hərfi yazdığınızdan əmin ola bilməyiniz üçün telefonunuzun klaviatura daxiletməsini oxumasını təmin edə, yaxınlıqdakı obyektləri tanımaq və onların nə olduğunu sizə bildirməsi üçün Bixby Vision-dan istifadə edə və videoda (yalnız dəstəklənən videolarda) baş verənləri izah edən audio təsvirləri aktiv edə bilərsiniz.
Xüsusi imkanlar düymənizi asanlıqla redaktə edin
Düymədən istifadə edərək daxil ola biləcəyiniz funksiyaları tez dəyişmək üçün Xüsusi imkanlar düyməsinə vurub saxlayın.
Künc əməliyyatları üçün yeni əməliyyatlar əlçatandır
Əgər siçan və ya sensor panelindən istifadə edirsinizsə, siçanın göstəricisini ekranın 4 küncündən birinə apardığınız zaman yeni əməliyyatlar əlçatan olur. Artıq klikləyib saxlaya, çəkə və ya çəkib saxlaya bilərsiniz.
Əlavə dəyişikliklər
Eyni anda bir neçə taymerdən istifadə edin
Başqa taymer hələ də işlək vəziyyətdə olsa belə, artıq siz Saat proqramında yeni taymer başlada bilərsiniz.
Təqvim hadisəsinə dəvət edilənlər üzrə daha çox nəzarət
Siz Samsung Təqvim proqramında Google təqviminizə tədbir əlavə etdikdə, dəvət edilənlərə tədbirə başqa kimin dəvət olunduğunu görməyə icazə verib-verməməyi, həmçinin onların digər insanları dəvət edib-etməmələrini seçə bilərsiniz.
Tədbirlərinizə video konfranslar əlavə edin
Samsung Təqvim proqramında Google təqvim tədbiri yaratdığınız zaman eyni zamanda video konfrans da təyin edə bilərsiniz. Tədbirinizə dəvət olunan hər kəs video konfransın linkini alacaq.
Google təqviminizə stikerlər əlavə edin
Samsung Təqvim proqramında Google təqvim tədbirlərinə stikerlər əlavə edin ki, onları bir baxışda görmək asan olsun. Stikerlər həm təqvimdə, həm də gündəlik məsələlərdə göstərilir.
Bu günə olan xatırlatmalardan məlumatınız olsun
Yeni Bu gün kateqoriyası yalnız bu günə olan xatırlatmaları göstərir. Həmçinin siz Xatırlatma proqramında əsas ekranın yuxarı hissəsində bu günə olan xatırlatmalara nəzər sala bilərsiniz.
Tamamlanmış xatırlatmaları göstərin və gizlədin
İstənilən kateqoriyada tamamlanmış xatırlatmaları göstərə və ya gizlədə bilərsiniz. Artıq bitirdiyiniz işlərə baxmaq üçün xatırlatmaları göstərin və ya hələ də tamamlamalı olduğunuz işlərə fokuslanmaq üçün onları gizlədin.
Xatırlatmalarınız üçün düzgün görünüş seçin
Ekranda bir anda daha çox xatırlatma göstərmək üçün sadə görünüşü və ya son tarix və təkrarlanan şərtlər kimi təfərrüatları ehtiva edən genişləndirilmiş görünüşü seçin.
Əlfəcinləri qovluqlar arasında çəkib saxlayın
Samsung İnternet əlfəcinlərinizi qovluqlar arasında çəkib saxlamaqla onları nizamlı saxlayın.
Fayllarımda daha geniş imkanlı axtarış
Bütün faylları, yoxsa sadəcə hazırkı qovluqdakı faylları axtarmalı olduğunuzu seçin. Həmçinin siz yalnız fayl adlarını axtarmaq və ya sənədlərdəki mətn, yaxud təsvirlərdəki məkan məlumatları kimi, fayllar daxilindəki məlumatları axtarmaq arasında seçim edə bilərsiniz. Axtarış tamamlandıqda nəticələri ad, tarix, ölçü və ya fayl növünə görə çeşidləyə bilərsiniz.
Yenidən hazırlanmış Cihazdan istifadə
Yeni idarəetmə paneli istifadə üzrə daha aydın təfərrüatlarla təmin edir, eləcə də proqram taymerləri və ekran vaxtı hesabatları kimi sizə lazım olan funksiyalara daxil olmağı asanlaşdırır.
Fövqəladə hal zamanı kömək əldə edin
Telefonunuz cibinizdə olarsa və ya danışa bilməsəniz belə, təcili yardım xidmətlərinə zəng etmək üçün Yan düyməyə 5 dəfə cəld basın.
İnteqrasiya edilmiş fövqəladə hal kontaktı siyahısı
Fövqəladə hal zamanı əlaqə saxlamaq istədiyiniz insanların daxil olduğu fövqəladə hal kontaktı siyahısı yaradın. Həmin kontakt siyahısı həm saatınızda, həm də telefonunuzda fövqəladə hallar üçün istifadə edilə bilər.
Proqram adlarını Proqramların kənar panelində göstərin
Proqram adlarının proqram nişanlarının aşağısında görünməsi üçün Proqram adlarını göstər seçimini aktiv edin.
One UI 5 yeniləməsindən sonra bəzi proqramlar ayrıca yenilənməlidir.
Qurulmuş Nömrə : G991BXXS5CVIF
Android versiyası : S(Android 12)
Buraxılış Tarixi : 2022-09-29
Təhlükəsiz paket səviyyəsi : 2022-10-01
• Cihazınızın təhlükəsizliyi yaxşılaşdırılmışdır.
Qurulmuş Nömrə : G991BXXS5CVHI
Android versiyası : S(Android 12)
Buraxılış Tarixi : 2022-09-07
Təhlükəsiz paket səviyyəsi : 2022-09-01
• Cihazınızın təhlükəsizliyi yaxşılaşdırılmışdır.
Qurulmuş Nömrə : G991BXXU5CVH7
Android versiyası : S(Android 12)
Buraxılış Tarixi : 2022-08-29
Təhlükəsiz paket səviyyəsi : 2022-08-01
• Cihazınızın ümumi sabitliyi yaxşılaşdırılıb.
Qurulmuş Nömrə : G991BXXU5CVGB
Android versiyası : S(Android 12)
Buraxılış Tarixi : 2022-07-28
Təhlükəsiz paket səviyyəsi : 2022-08-01
• Cihazınızın ümumi sabitliyi yaxşılaşdırılıb.
Qurulmuş Nömrə : G991BXXS5CVFB
Android versiyası : S(Android 12)
Buraxılış Tarixi : 2022-07-04
Təhlükəsiz paket səviyyəsi : 2022-07-01
• Cihazınızın təhlükəsizliyi yaxşılaşdırılmışdır.
Qurulmuş Nömrə : G991BXXU5CVF1
Android versiyası : S(Android 12)
Buraxılış Tarixi : 2022-06-13
Təhlükəsiz paket səviyyəsi : 2022-06-01
• Cihazınızın ümumi sabitliyi yaxşılaşdırılıb.
Qurulmuş Nömrə : G991BXXU5CVEB
Android versiyası : S(Android 12)
Buraxılış Tarixi : 2022-05-31
Təhlükəsiz paket səviyyəsi : 2022-06-01
• Cihazınızın ümumi sabitliyi yaxşılaşdırılıb.
Qurulmuş Nömrə : G991BXXU5CVDD
Android versiyası : S(Android 12)
Buraxılış Tarixi : 2022-05-02
Təhlükəsiz paket səviyyəsi : 2022-05-01
• Cihazınızın ümumi sabitliyi yaxşılaşdırılıb.
• Cihazınızın təhlükəsizliyi yaxşılaşdırılmışdır.
• Kamera
- Gecə portreti funksiyası təkmilləşdirilib.
- Proqram mağazasından yüklənmiş sosial və ya kamera proqramları vasitəsilə çəkilmiş şəkillərin keyfiyyəti yaxşılaşdırılıb.
- 'Avtomatik kadr seçmə'' funksiyası video rejimində və bəzi video zəng proqramlarında dəstəklənir.
Qurulmuş Nömrə : G991BXXU4CVD2
Android versiyası : S(Android 12)
Buraxılış Tarixi : 2022-04-11
Təhlükəsiz paket səviyyəsi : 2022-04-01
• Funksiyaların ümumi sabitliyi yaxşılaşdırıldı.
Qurulmuş Nömrə : G991BXXS4CVCG
Android versiyası : S(Android 12)
Buraxılış Tarixi : 2022-04-04
Təhlükəsiz paket səviyyəsi : 2022-04-01
• Cihazınızın təhlükəsizliyi yaxşılaşdırılmışdır.
Qurulmuş Nömrə : G991BXXU4CVC4
Android versiyası : S(Android 12)
Buraxılış Tarixi : 2022-03-17
Təhlükəsiz paket səviyyəsi : 2022-03-01
One UI 4.1 Yeniləməsi
One UI 4.1 sizi Galaxy cihazlarınızın ən son funksiyaları ilə təmin edir. Daha intuitiv, daha əyləncəli, daha təhlükəsiz və həmişəkindən daha asan.
Dəyişikliklərə aşağıda nəzər salın.
Kamera
Möhtəşəm fotoşəkillər və videolar çəkmək indi həmişəkindən daha asandır.
Portret videoları üçün daha çox seçim
Subyekt uzaqda olduqda belə əla portret videoları çəkin. Artıq 1x linzalardan əlavə, arxa kamerada 2x linzalar ilə portret videoları qeydə ala bilərsiniz.
Təkmilləşdirilmiş gecə portretləri
Hətta zəif işıqda belə heyrətamiz portretlər çəkin. Artıq gecə çəkilişləri Portret rejimində dəstəklənir.
Mükəmməl rejissor rejimi əldə edin
Rejissor rejimində çəkilmiş videoları ayrı-ayrılıqda ön və arxa kamera ilə çəkilmiş videolar kimi yaddaşda saxlaya və beləcə, hətta çəkilişi bitirdikdən sonra belə onları redaktə edə bilərsiniz. Onları Video pleyerdə oxutduğunuz zaman bölünmüş ekran və ya şəkil içində şəkil kimi müxtəlif görünüşlər arasında keçid edə bilərsiniz.
Qalereya
Xatirələriniz üçün daha çox imkan. Qalereya şəkil və videolarınızı yeniləmək və nizamlamaq üçün təkmilləşdirilmiş funksiyalarla təmin edir. Paylaşmaq isə indi həmişəkindən daha asandır.
Effektiv yeniləmə
Fotolarınızın həmişəkindən daha yaxşı görünməsini təmin edin. Bulanıq üzləri kəskinləşdirin, televizor və ya kompüter ekranlarında təhrifləri düzəldin, parlaqlığı və əksetmə qabiliyyətini artırın.
Daha çox təklif
Bədii portretlər və əsas anları əks etdirən maraqlı çarxlar yaradarkən yardım əldə edin. Qalereya şəkilləriniz üçün ən yaxşı effektləri ortaya qoyacaq.
Portret effektləri əlavə edin
Artıq hər hansı şəxsin olduğu istənilən şəklə bulanıq fon əlavə edə bilərsiniz.
Portretin yenidən işıqlandırılması
Hər zaman mükəmməl çəkiliş əldə etdiyinizə əmin olmaq üçün portretləri çəkdikdən sonra belə onların işıqlandırmasını tənzimləyin.
Lazımsız hərəkətli fotoları hərəkətsiz təsvirlərə çevirin
Hərəkətli fotoları hərəkətsiz təsvirlərə çevirməklə yaddaş yerinə qənaət edin. Qalereya hərəkətin lazım olmadığı (sənədlər kimi) şəkilləri təklif edəcək.
Albomları linklər kimi paylaşın
Artıq insanları fərdi olaraq paylaşılan albomlara dəvət etməyə ehtiyac yoxdur. Sadəcə olaraq Samsung account-u və ya Galaxy cihazı olmasa belə, hər kəslə paylaşıla bilən link yaradın.
Bütün dəvətləriniz bir yerdə
Bildirişləri nəzərdən qaçırsanız belə, paylaşılan albomlar üzrə dəvətləri asanlıqla qəbul edin. Hələ cavab vermədiyiniz dəvətlər paylaşılan albom siyahınızın yuxarısında görünəcək.
Yavaşıdılmış rejimdə çəkilmiş videolar yaradın
Şəkli 24 saatlıq yavaşıdılmış rejimdə çəkilmiş videoya çevirin. Səma, su hövzələri, dağlar və ya şəhərlər daxil olmaqla mənzərə şəkilləri üçün bir düymə görünəcək. Videonuz sanki bütün gün keçibmiş kimi görünəcək.
AR Zone
Artırılmış reallıqda özünüzü heç vaxt olmadığı kimi ifadə edin. Öz emojilərinizi, stikerlərinizi, rəsmlərinizi və s. yaradın.
Emoji stikerləriniz üçün daha çox bəzək
Fərdi AR emoji stikerləriniz üçün bəzək kimi Tenor-dan GIF-lər əlavə etməklə öz unikal üslubunuzu göstərin.
AR rəsmlərinizə daha çoxunu əlavə edin
Ətrafınızdakı obyektləri skan edərək 3D stikerlər yaradın, sonra isə onları AR rəsminizə əlavə edin. Tenor və Giphy-dən GIF-lər də əlavə edə bilərsiniz.
Maska rejimində fon rəngləri
AR emojinizi maska kimi taxarkən diqqəti ona yönəldin. Fon kimi istifadə etmək üçün müxtəlif rənglər arasından seçim edin.
Ağıllı Vidjet
Əsas ekrandakı vidjetləriniz artıq daha ağıllıdır. Sadəcə olaraq istədiyiniz vidjetləri seçin və işin qalan hissəsini Galaxy-nin yerinə yetirməsinə icazə verin.
Qrup vidjetləri bir yerdə
Bir neçə vidjeti bir Ağıllı Vidjetdə birləşdirərək Əsas ekranınızda yerə qənaət edin. Vidjetləriniz arasında hərəkət etmək üçün barmağınızı sola və ya sağa çəkin, yaxud fəaliyyətiniz əsasında sizə ən uyğun məlumatları göstərməsi üçün onlara avtomatik fırlanma təyin edin.
Əsas ekranınızda təkliflər əldə edin
Ağıllı Vidjetiniz sizə Galaxy Buds-u doldurmaq vaxtı, təqviminizdəki tədbirə hazırlaşmaq vaxtı və s. haqqında məlumat verəcək.
Google Duo
Yüksək keyfiyyətli video zənglərlə əlaqə saxlayın. One UI sizi eksklüziv funksiyalar ilə təmin edir.
Video zənglər zamanı daha çox imkan
Google Duo-da video zəng zamanı başqa proqramın ekranını paylaşa bilərsiniz. Birlikdə YouTube-a baxın, fotolar paylaşın, xəritələri araşdırın və s.
Təqdimat rejimində video zənglərə qoşulun
Telefonunuzda video zəngdə olarkən, həmin zəngə tabletinizdə təqdimat rejimində qoşula bilərsiniz. Audio və video telefonunuzda davam edərkən tabletinizin ekranı digər iştirakçılarla paylaşılacaq.
Samsung Health
Samsung Health-in ən son versiyasında sağlamlığınız və təkmilləşdirilmiş məşq izlənməsi haqqında daha geniş məlumatlar əldə edin.
Bədən tərkibiniz barədə məlumatlar əldə edin
Çəkiniz, bədəninizdəki yağın faiz göstəricisi və skelet əzələnizin kütləsi üçün hədəflər təyin edin. Məqsədlərinizə çatmaq üçün məsləhətlər əldə edəcəksiniz.
Daha yaxşı yuxu vərdişlərinə yiyələnin
Yuxunuzu izləyin və yuxu rejimlərinizə əsaslanan göstərişlər əldə edin.
Təkmilləşdirilmiş məşq izlənməsi
Qaçışa və ya velosiped sürməyə başlamazdan əvvəl Galaxy Watch4-də interval məşq hədəfləri təyin edə bilərsiniz. Bitirdikdən sonra telefonunuzda hesabat əldə edəcəksiniz. Saatınız qaçdığınız zaman tər itkisi və aerobika məşqlərindən sonra ürək döyüntüsünün bərpası haqqında məlumatlar da verə bilər.
Smart Switch
Kontaktları, fotoları, mesajları və parametrləri köhnə telefon və ya tabletdən yeni Galaxy-yə ötürün. One UI 4.1 sizə həmişəkindən daha çox ötürmə imkanı verir.
Daha çox ötürmə seçimi
Məzmunu yeni Galaxy-yə ötürərkən 3 seçim əldə edəcəksiniz. Siz hər şeyi ötürməyi, yalnız hesablarınızı, kontaktlarınızı, zənglərinizi və mesajlarınızı ötürməyi seçə və ya xüsusi olaraq ötürmək istədiyiniz elementləri seçmək üçün Fərdi seçimə keçə bilərsiniz.
SmartThings Find
SmartThings Find ilə telefonunuzu, tabletinizi, saatınızı, qulaqlıqlarınızı və s. tapın.
Nəyisə itirdikdə bildiriş əldə edin
Artıq “itirilmiş əşya” anlayışı ilə vidalaşın. Galaxy SmartTag telefonunuza qoşulmaq üçün çox uzaqda olduqda xəbərdarlıqlar əldə etməyi seçə bilərsiniz.
İtmiş cihazı birlikdə tapın
Cihazlarınızın məkanını başqaları ilə paylaşa bilərsiniz. Cihaz itərsə, onu yaxınlıqda axtarmaq üçün başqa şəxsdən kömək ala bilərsiniz.
Paylaşım
One UI 4.1 sizi başqaları ilə paylaşmaq üçün daha çox üsulla təmin edir.
Wi-Fi şəbəkənizi paylaşın
Cari Wi-Fi şəbəkənizi başqası ilə paylaşmaq üçün Cəld Paylaşımdan istifadə edin. Paylaşdığınız şəxs parol daxil etmədən avtomatik qoşula biləcək.
Şəkil və videoları paylaşarkən redaktə tarixçəsini daxil edin
Şəkilləri və videoları Cəld Paylaşımla paylaşdığınız zaman tam redaktə tarixçəsini daxil edə bilərsiniz və beləcə, qəbul edən şəxs hansı dəyişikliklərin edildiyini görə və orijinala geri qayıda bilər.
İpuclarını başqaları ilə paylaşın
İpucları proqramında faydalı bir şey tapmısınız? Paylaşma işarəsini dostunuza göndərmək üçün ona toxunun.
Daha çox funksiya və təkmilləşdirmə
Rəng palitrası
Divar kağızınız əsasında telefonunuzu unikal rənglərlə fərdiləşdirin. Artıq fərdi rəng palitranız Google tərəfindən təmin edilən proqramlar da daxil olmaqla daha çox proqramda görünür.
Ağıllı təkliflər
Galaxy-niz daha ağıllı oldu. Təqviminizə tədbir əlavə etməyə başladığınız zaman cihazınız mətn mesajları və telefonunuzdakı digər fəaliyyət əsasında başlıq və vaxt təklif edəcək. Təqvim, Xatırlatma, Klaviatura, Mesajlar və digər proqramlarda oxşar təkliflər əldə edəcəksiniz.
Foto Redaktorda kölgələri və əksetmələri silin
Obyekt pozanından istifadə etdiyiniz zaman kölgələr və əksetmələr avtomatik olaraq silinəcək.
Təqviminizə emojilər əlavə edin
Hisslərinizi ifadə etmək üçün artıq stikerlər ilə yanaşı, təqviminizdəki tarixə emojilər də əlavə edə bilərsiniz.
Baxış zamanı cəld qeydlər götürün
Samsung Notes üçün yeni kəsmə seçimləri ilə mənbələrinizi izləyin. Cəld paneldən və ya Tapşırıqlar üçün kənar paneldən istifadə edərək qeyd yaratdığınız zaman Samsung Internet və ya Qalereyadan məzmun daxil edə bilərsiniz.
Samsung Klaviaturasında mətn düzəlişi üçün proqramlar seçin
Avtomatik mətn düzəlişləri əldə etmək istədiyiniz proqramları seçin. Yazı proqramları orfoqrafiya və qrammatikanı yoxlaması üçün onu aktiv edin, daha az rəsmi olmaq istədiyiniz mesaj yazma proqramları üçün isə onu qeyri-aktiv edin.
Daha geniş möcud klaviatura seçimləri
Klaviatura düzümləri, daxiletmə üsulları və xüsusi dillər üçün funksiyalar indi daha çox regionda əlçatandır, beləliklə, harada olmağınızdan asılı olmayaraq asanlıqla yaza bilərsiniz. Siz həmişə Parametrlərdə əvvəlki düzəninizə geri qayıda bilərsiniz.
Səs balansınızı fərdiləşdirin
Əlçatanlıq parametrlərində dinamiklər və ya qulaqlıqlar kimi qoşulu cihazlar üçün sol/sağ səs balansını telefonunuzun dinamikləri üzrə səs balansından ayrı tənzimləyə bilərsiniz. Bu, zəng melodiyanızın və dinamiklərin səsinə təsir etmədən qulaqlıqlarınızda mükəmməl balans əldə etməyə imkan verir.
Bixby Routines üçün yeni əməliyyatlar
Artıq siz saat üzünü dəyişdirən və ya Batareya qorunması kimi təkmil parametrləri aktiv edən prosedurlar yarada bilərsiniz.
Virtual yaddaşınızı fərdiləşdirin
Cihaza qayğıda RAM Plus ilə telefonunuzun virtual yaddaşının ölçüsünü seçin. Performansı artırmaq üçün daha çox, yaddaşa qənaət etmək üçün isə daha az yaddaşdan istifadə edin.
Oyum optimallaşdırma xidməti
Oyun prosesinin ilkin mərhələləri zamanı CPU/GPU-nun performansı məhdudlaşmayacaq. (Cihazın hərarətinə əsaslanan performans idarəetməsi funksiyası saxlanacaq.) Game Booster-də «Alternativ oyun performansı idarəetməsi rejimi» təmin ediləcək. 3-cü tərəf proqramlarına Oyun Optimallaşdırma Xidmətindən yan keçməyə icazə veriləcək.
Biz Oyun Optimallaşdırma Xidməti proqramını ən son versiyaya yeniləməyinizi tövsiyə edirik.
https://apps.samsung.com/appquery/appDetail.as?appId=com.samsung.android.game.gos&form=popup&source=fota
One UI 4.1 yeniləməsindən sonra bəzi proqramlar ayrıca yenilənməlidir.
Qurulmuş Nömrə : G991BXXU4BVB1
Android versiyası : S(Android 12)
Buraxılış Tarixi : 2022-03-03
Təhlükəsiz paket səviyyəsi : 2022-02-01
• Funksiyaların ümumi sabitliyi yaxşılaşdırıldı.
Qurulmuş Nömrə : G991BXXU4BULF
Android versiyası : S(Android 12)
Buraxılış Tarixi : 2022-01-06
Təhlükəsiz paket səviyyəsi : 2022-01-01
• Funksiyaların ümumi sabitliyi yaxşılaşdırıldı.
Qurulmuş Nömrə : G991BXXS3BULC
Android versiyası : S(Android 12)
Buraxılış Tarixi : 2021-12-24
Təhlükəsiz paket səviyyəsi : 2021-12-01
• Cihazınızın təhlükəsizliyi yaxşılaşdırılmışdır.
Qurulmuş Nömrə : G991BXXS3BUL6
Android versiyası : S(Android 12)
Buraxılış Tarixi : 2021-12-17
Təhlükəsiz paket səviyyəsi : 2021-12-01
• Cihazınızın təhlükəsizliyi yaxşılaşdırılmışdır.
Qurulmuş Nömrə : G991BXXS3BUL1
Android versiyası : S(Android 12)
Buraxılış Tarixi : 2021-12-07
Təhlükəsiz paket səviyyəsi : 2021-12-01
• Cihazınızın təhlükəsizliyi yaxşılaşdırılmışdır.
Qurulmuş Nömrə : G991BXXU3BUKG
Android versiyası : S(Android 12)
Buraxılış Tarixi : 2021-11-26
Təhlükəsiz paket səviyyəsi : 2021-11-01
• Funksiyaların ümumi sabitliyi yaxşılaşdırıldı.
Qurulmuş Nömrə : G991BXXU3BUK8
Android versiyası : S(Android 12)
Buraxılış Tarixi : 2021-11-15
Təhlükəsiz paket səviyyəsi : 2021-11-01
One UI 4 Yeniləməsi (Android 12)
One UI Galaxy cihazlarınız üçün böyük çeşiddə yeni xüsusiyyət və təkmilləşdirmələri təklif edir. Daha intuitiv, daha əyləncəli, daha təhlükəsiz və həmişəkindən daha da asan.
Aşağıda dəyişikləklərlə tanış ola bilərsiz.
Rəng palitrası
Divar kağızınız əsasında telefonunuzu unikal rənglərlə fərdiləşdirin. Rəngləriniz menyu, düymə, arxa fon və telefonunuzdakı proqramlara tətbiq olunacaq.
Məxfilik
One UI 4 şəxsi məlumatınızın yanlış əllərə düşməməsini təmin etmək üçün güclü məxfilik təklif edir.
İcazələrlə bağlı məlumatla qısa tanışlıq
İcazə istifadəsi bölməsində Məkan, Kamera və ya mikrofon kimi həssas icazələrə hər bir proqram tərəfindən çıxış edilən zaman məlumatlı olun. Siz xoşunuza gəlməyən istənilən proqramlara icazəni verməkdən imtina edə bilərsiniz.
Kamera və mikrofon parametrləri
Kənar göz və qulaqları uzaq tutun. İstənilən proqram telefonunuzun kamerası və ya mikrofonundan istifadə edən zaman ekranın sağ yuxarı küncündə yaşıl nöqtə peyda olacaq. Həmçinin, siz bütün proqramların kamera və ya mikrofondan istifadəsinin müvəqqəti olaraq qarşısını almaq üçün cəld paneldəki nəzarət vasitələrindən istifadə edə bilərsiz.
Təxmini məkan
Dəqiq məkanınızı məxfi saxlayın. Siz dəqiq yerinizi bilməsi lazım olmayan proqramları yalnız yerləşdiyiniz ümumi ərazini görməsi üzrə qura bilərsiniz.
Mübadilə buferinin qorunması
Şifrə, kredit kartının nömrəsi və digər həssas məlumatı təhlükəsiz yerdə saxlayın. Siz digər proqramda mübadilə buferinə köçürülmüş məzmuna proqram tərəfindən çıxış əldə edildikdə xəbərdarlıq ala bilərsiniz.
Samsung Klaviaturası
Sadəcə çap etməkdən əlavə daha çox şeyləri özündə ehtiva edən Samsung Klaviaturası özünüzu ifadə etmək və əyləncə üçün nəzərdə tutulub.
GIF faylları, emojilər və stikerlərə cəld çıxış imkanı
Özünü ifadə sizdən sadəcə bir toxunuş uzaqdadır. Sadəcə bir düyməyə toxunmaqla emoji, GIF faylları və stikerlərinizə birbaşa klaviaturanızdan çıxış əldə edin.
Animasiyalı emoji cütləri
Düzgün emojini tapa bilmirsiz? İki emojini birləşdirin, sonra isə hisslərinizi ifadə etmək üçün animasiya əlavə edin.
Daha çox stiker
Endirmək üçün mövcud olan geniş çeşiddə yeni animasiyalı stikerlərlə söhbətlərinizə rəng qatın.
Yazı köməkçisi
Grammarly tərəfindən ərsəyə gətirilmiş yeni Yazı köməkçisi ilə qrammatikanızı və orfoqrafiyanızı təkmilləşdirin (yalnız ingilis dilində mövcuddur).
Əsas ekran
Hər şey sevimli proqram və xüsusiyyətlərin sizdən sadəcə bir toxunuş aralıda olan Əsas ekrandan başlayır. One UI 4 sizə əsas ekranı həmişə mükəmməl saxlamağa imkan verir.
Yeni vidjet dizaynı
Vidjetlər məlumatlara qısa baxış imkanı və daha uyğun üslubu ilə hər zamankından daha yaxşı görünməsi üçün təkrar dizayn edilmişdir.
Daha asan vidjet seçimi
Doğru vidjeti tapmaqda çətinlik çəkirsiniz? Hər bir proqramda nəyin mövcud olduğunu görmək üçün indi siz vidjetlər siyahısını daha cəld gözdən keçirə bilərsiniz. Həmçinin, sizə sınamaq üçün faydalı vidjetlərə dair tövsiyələr də veriləcəkdir.
Kilid ekranı
İstər musiqinizin idarə olunması, cədvəlinizin yoxlanılması, istərsə də ən yaxşı ideyalarının qeydə alınması olsun, hər halda telefonunuzun kilidini açmadan təcili tapşırıqları icra etmək üçün vidjetlərdən istifadə edin.
İstədiyiniz yerdə dinləyin
Kilid ekranından audionun çıxışını qulaqlıqlardan telefonunun dinamiklərinə ötürün.
Səz yazısı
Əla ideyanız var? Telefonunuzun kilidini açmadan səs qeydini yazın.
Təqvim və cədvəl bir yerdə
Kilid ekranında ayın qalan hissəsi üçün bu günün cədvəlini təqvimlə bir yerdə yoxlayın.
Kamera
Şəkil və video çəkən zaman daha asan tərtibatdan həzz alın. İşıq zəif olduqda və ya siz sənədi skan etdikdə səhnə optimallaşdırması düyməsi yalnız Foto rejimində peyda olur. Portret və gecə rejimi parametrləri indi gizlədilib və daha da intuitiv olub.
Linzalar və miqyas tənzimləyicisi
Miqyası nə qədər artırdığınızı bilməniz üçün linza düymələri böyütmə səviyyəsini göstərir.
Heç vaxt məqamı qaçırmayan video
Dəyərli anlar ötüb keçmədən öncə onları qaçırmamanız üçün Yazı düyməsini buraxmaq əvəzinə onun üzərinə basdıqdan dərhal sonra yazı başlayır. Foto rejimdə çevik video yazıya başlamaq üçün Çəkiliş düyməsinə toxunaraq barmağınızı onun üzərində saxlaya bilərsiz, sonra isə Çəkiliş düyməsini basılı saxlamadan video yazını davam etdirmək üçün barmağınızı Kilid düyməsinə sürüşdürə bilərsiniz.
Tək çəkilişlərinizi davam etdirin
Tək çəkilişə 5 saniyə əlavə vaxt əlavə edin ki, tutmaq istədiyiniz an əlavə vaxta keçdikdə belə onu qarçırmayasınız. Həmçinin, nəyi çəkmək istədiyinizi də seçmək daha asandır.
Peşəkar Pro fotoqrafiya
Yenidən dizayn olunmuş Pro və Pro video rejimi parametrlərində hər şeyi nəzarətdə saxlayın. Daha da aydın görünüş sizə diqqətinizi çəkilişə yönəltməyə kömək edir və şəbəkə xətlərinə əlavə olunmuş yeni səviyyə göstəriciləri sizə şəkillərinizi balanslaşdırılmış saxlamaq imkanı verir.
Təkmilləşdirilmiş skanlama
Sənədləri skanlayın, sonra isə lupanın üzərinə basaraq miqyası böyüdün və dərhal redaktə edin. Siz, həmçinin, sadəcə kiminsə kontaktını telefonunuza əlavə etmək yerinə kiməsə zəng etmək və ya e-poçt göndərmək kimi QR kodlarını skanladıqdan sonra daha çox şeylər edə bilərsiniz.
Ev heyvanları üçün portretlər
Müxtəlif portret effektləri ilə kürklü dostlarınızın gözəl şəkillərini çəkin. Portret rejimi artıq həm ön, həm də arxa kameralarda pişik və itlərlə işləyir. Bəzi portret effektləri yalnız şəkil çəkdikdən sonra tətbiq oluna bilər.
Qalereya
Telefonunuzda minlərlə şəkil və videoların və ya bir neçə dəyərli anların olub olmamasından asılı olmayaraq Qalereya sizə lazım olanları tapmağı daha da asanlaşdırır və kolleksiyanızı təşkilatlanmış şəkildə saxlayır.
Təkmilləşdirilmiş hekayələr
Avtomatik yaradılan seçmə videolarla hekayələrinizin canlanmasını öz gözlərinizlə görün. Baxmaq üçün sadəcə hər bir hekayənin üzərində əvvəlcədən baxış üzərinə basın. Siz, həmçinin, yeni Xəritə görünüşündə hekayələrdəki şəkillərinizin harada çəkildiyini də kəşf edə bilərsiniz.
Daha da asan albomlar
İçində minlərlə şəkil olsa belə, albomlarınıza daha asan nəzər salın. Əslində sevimli və ən çox istifadə edilən albomlarınızın hər zaman siyahının əvvəlində yerləşməsi üçün albomlarınızı daxilindəki şəkil və videoların sayına görə təşkil edə bilərsiniz. Albomun tərkibi barədə daha yaxşı təsəvvürünüz olması üçün üzlük şəkli də ekranın yuxarısında peyda olur.
Şəkillərin problemsiz bərpası
Orijinal şəkilləri heç zaman itirməmək üçün redaktə edilmiş şəkilləri hətta onlar yaddaşda saxlandıqdan sonra belə istənilən vaxt orijinal versiyaya bərpa edin.
Məlumat üzərində daha da çox nəzarət
Şəkillərinizin tarixi, vaxtı və məkanına düzəliş etmək və ya onları məxfi saxlamaq üçün onları dəyişin və ya silin. Siz, həmçinin, bir neçə şəkil seçərək onlara aid məlumatı bir dəfəyə redaktə edə bilərsiniz.
Şəkil və video redaktoru
Bəzən, şəkil və videolarınıza bir neçə düzəlişlər tələb olunur. One UI-ın Şəkil və Video redaktorları şəkillərinizi paylaşmadan əvvəl onların mükəmməl görünməsi üçün sizin xidmətinizdədir.
Emojilər və stikerlər
Utancaq dostunuzun üzünü örtmək üçün emojidən istifadə edin və ya məzəli şəkil və videolar yaratmaq üçün stikerlər əlavə edin.
Video kollajlar
Özündə şəkil, video və ya hər ikisinin qarışığını ehtiva edən hərəkətli kollajlar düzəldin. Mükəmməl anları seçin və öz şah əsərinizi yaradın.
İşıqlandırmaya nəzarət
Pis işıqlandırmaya görə şəkil çox qaranlıqdır? Yeni işıq balansı xüsusiyyəti şəklin daha da mükəmməl görünməsi üçün sizə bütün təfərrüatlardan istifadə etmək imkanını verir.
Seçmə kliplər
Şəkil və video dəstini asanlıqla gözəl klipə çevirin. Siz sadəcə mövzunu seçin, AI isə musiqi və keçidləri avtomatik əlavə etsin.
Heç vaxt orijinalı itirməyin
Redaktə etməkdə cəsarətli olun! Həm orjinal, həm də redaktə olunmuş versiyaları saxlamaq üçün indi sizin yaddaşda saxlandıqdan sonra həm şəkil, həm də videoları orijinal versiyaya bərpa etmək və ya onları nüsxə olaraq yaddaşda saxlamaq imkanınız var.
Bir şəkildən kəsib başqa şəklə yapışdırın
Simalar, ev heyvanları, binalar və sairə şeylərin qarışdırılmasını sınayın. Siz bir şəkildən istənilən bir obyekti kəsib digər bir şəklə yapışdıra bilərsiniz.
AR Emoji
Mesajlarınıza rəng qatmaq, videolarınızı daha da əyləncəli etmək və sairə üçün öz şəxsi emojilərinizdən istifadə edin. Siz özünüzün rəqəmsal versiyasını yarada bilər və ya başqa bir görünüşü sınaya bilərsiniz. İmkanlar qeyri-məhduddur.
Profilinizi gözəlləşdirin
Kontaktlar və Samsung account hesabında profil şəkli kimi AR emoji-dən istifadə edin. Siz 10-dan çox poza arasından seçim edə bilər və ya özünüzə məxsus ifadə tərzini seçə bilərsiniz.
Üz stikerləri
Özünüzə aid emojinin yeni stikerləri ilə öz emojiniz kimi davranın. Şəkillərinizi bəzəyərək və onları dostlarınızla paylaşaraq əylənin.
Gecəni rəqs etməklə keçirin
AR emojiləri ilə maraqlı rəqs videoları yaradın. #Məzəli, #Maraqlı, və #Şənlik daxil olmaqla 10 müxtəlif kateqoriyadan şablonlar seçin.
Öz geyiminizi dizayn edin
Heç nə vaxtsa dəb dizayneri olmaq istəmisiz? İndi siz öz rəsmlərinizdən istifadə edərək AR emojiləriniz üçün unikal geyim yarada bilərsiniz.
Paylaşma
One UI sizə əlaqədə qalmağa və digərləri ilə təcrübələrinizi paylaşmağa kömək edir. İstənilən proqramda sadəcə Paylaş düyməsinin üzərinə basın.
Daha çox fərdiləşdirmə
Paylaşmanı özünüzə uyğunlaşdırın. Lazımsız proqramları kənarlaşdırmaq və yalnız müntəzəm istifadə etdiyiniz proqramlara əsas diqqəti cəmləmək üçün məzmun paylaşarkən peyda olan proqramlar siyahısını fərdiləşdirə bilərsiniz.
Daha asan naviqasiya
Yeni tərtibat və daha yaxşı naviqasiya paylaşmanı asanlaşdırır. Paylaşan zaman proqram və kontaktları nəzərdən keçirmək üçün barmağınızı sola və ya sağa sürüşdürün.
Şəkil paylaşımı
Şəklin fokusdan kənar olması və ya çərçivəyə yaxşı oturub oturmamasından asılı olmayaraq kifayət qədər xoşunuza gəlməyən şəkil paylaşan zaman biz sizə bunu bildirəcək və düzəlişləri etmək üçün təkliflər verəcəyik.
Təqvim
One UI 4 məşğul həyatınızın təşkilatlanmasını daha da asan edir.
Əsas ekranda cədvəlinizlə tanış olun
Yeni vidjet ay üçün tam təqvimlə birlikdə gün üçün cədvəlinizi göstərir.
Tədbirlərin çevik əlavə olunması
Təqviminizə tez nəyisə əlavə etmək lazımdır? Sadəcə başlığı daxil edin və tamamdır.
Daha çox axtarış imkanları
Təqvimə daxil etdiyiniz tədbirləri tapmaq üçün sizin hər zamankindən daha çox imkanınız olacaq. Son dəfə istifadə etdyiniz axtarış açar sözlərindən seçim edin və ya rəng yaxud stiker üzrə çeşidləyin.
Digərləri ilə paylaş
Bəzən digərlərini də məlumatlandırmaq lazımdır. İndi təqvimlərinizi digər Galaxy istifadəçiləri ilə paylaşmaq daha da asan oldu.
Tarix və vaxtın seçilməsi daha da asan oldu
Tədbir təfərrüatların ayarlanması yeni tarix və vaxt seçimləri ilə asandır.
Silinmiş tədbirləri bərpa edin
Sildiyiniz tədbirlər Zibil Qutusunda 30 gün ərzində qalacaq ki, sizə lazım olduqda onları əldə etmək mümkün olsun.
Samsung Internet
One UI sürətli və təhlükəsiz veb brauzeri axtardığınız veb səhifələrin tapılmasını və məxfiliyinizin qorunmasını daha da asan edir.
Axtarış təklifləri
Ünvan sətrinə mətn daxil etdiyinizdə daha çox əlavə axtarış təklifləri əldə edin. Nəticələr tamamilə yeni dizaynda peyda olacaqdır.
Əsas ekrandan axtarış edin
Yeni axtarış vidjeti sizə Əsas ekrandan axtardığınızı tapmağa kömək edir.
Gizli rejimdə başlayın
Son axtarış sessiyanız ərzində Gizli rejimdən istifadə etdiyiniz təqdirdə məxfiliyinizi qorumaq üçün Samsung Internet avtomatik olaraq Gizli rejimdə işə başlayacaqdır.
Cihaza qayğı
Telefonunuzun istismar, təhlükəsizlik və batareya göstəricilərinin qısa xülasəsini, problemləri çevik həll edin və daha mürəkkəb məsələlər üçün müfəssəl diaqnostikadan faydalanın.
Batareya və təhlükəsizlik göstəricilərinin qısa xülasəsi
Batareya və təhlükəsizliklə bağlı problemləri daha cəld həll edə bilməniz üçün bu problemlər əsas ekranda peyda olacaq.
Telefonunuzun ümumi statusunu anlayın
Telefonunuzun ümumi statusunu dərhal anlamız üçün o, emoji şəklində göstərilir.
Diaqnostika yoxlamaları
İndi siz Cihaza qayğı bölməsindən birbaşa Samsung Members diaqnostikasına keçid edə bilərsiz. Əgər telefonunuzda hər-hansı bir problemin olduğunu düşünürsüzsə problemin nədən ibarət olduğunu öyrənmək üçün diaqnostika testlərini sınayın və onun həll olunması üçün tövsiyələri əldə edin.
Samsung Health
Sağlamlığınıza dair məlumatı bir yerdən idarə edin və daha yaxşı gələcək üçün vərdişləri öyrənməyə başlayın. İdman məşqlərinizi, yuxunuzu, qida qəbulunu və sairəni izləyin. One UI 4 bunu hər zamankindən də asan edir.
Tamamilə yeni dizayn
Ən vacib məlumatlarınız sizdən bir toxunuş məsafəsindədir. Ehtiyacınız olan hər şey ekranın aşağı hissəsindəki 4 tab-vərəqlə asan əldə edilə bilər.
Səhifəm
Sağlamlıq göstəriciləriniz, nailiyyətləriniz, şəxsi rekordlarınız və irəliləyişinizə dair xülasəni Səhifəm tab-vərəqindən əldə edin.
Dostlarınızla yarışın
Birlikdə yarışmaq hər zamankindən daha asandır. Link göndərməklə dostlarınızı dəvət edin.
Daha da inklüziv
Cins seçimləri daha inklüzivdir. İndi siz Digər və Qeyd etmək istəmirəm seçimini edə bilərsiz.
Daha çox ərzaq seçimi
Qida qəbulunuzun qeydə alınması ərzaq izləyicisinə daha çox məhsulun əlavə olunması ilə daha da asan oldu.
Bixby Routines
Telefonunuzun sizin üçün daha çox işləri görməsinə nail olun. Evə gəldikdə Wi-Fi şəbəkəsini avtomatik yandırın və ya işdə olduqda telefonuzu səssiz rejimə qoyun. One UI 4 sizə hətta bundan da çox imkan verir.
Əlavə imkanlar
Gündəlik prosedurlarınız üçün əlavə imkanlar mövcuddur. Zəng zamanı və ya müəyyən bildiriş daxil olduqda gündəlik prosedurunuza başlayın.
Əlavə tədbirlər
İndi isə gündəlik prosedurla Təkmilləşdirilmiş emalı aktivləşdirə bilərsiz. Həmçinin, Bluetooth cihazlarının qoşulması və ayrılması kimi əlavə seçimlər də mövcuddur.
Əlavə nəzarət
Redaktə səhifəsində hərəkətlərə toxunub onları saxlayaraq onları yenidən düzün. Həmçinin hərəkətə başlamadan əvvəl sizə gözləmək imkanını vermək, hərəkətləri təsdiqləmək və sairə üçün təkmilləşdirilmiş seçimlər əlavə olunmuşdur.
Əlavə kombinasiyalar
Biz bəzi imkan və hərəkətlərin qarışığı üçün olan məhdudiyyətləri aradan qaldırmışıq ki, siz gündəlik prosedurlarınızla daha çox şeylər görə biləsiniz.
Daha çox fərdiləşdirmə
Kameradan və ya Qaleyeradakı təsvirdən istifadə edərək gündəlik prosedurlarınız üçün xüsusi nişanlar yaradın.
Çıxış imkanı
One UI hər kəs üçün dizayn edilib. One UI 4-də siz özünüzə ən rahat olan tərzdə telefonunuzdan istifadə etmək üçün əlavə seçimləri tapacaqsınız.
Sizə lazım olanda xidmətinizdədir
Çıxış imkanı xüsusiyyətlərinə həmişə mövcud olan üzən düymə ilə çevik çıxış əldə edin.
Siçan jestləri
Siçanın kursorunu ekranın 4 küncündən birinə tutmaqla hərəkətləri daha tez icra edin.
Bir dəfəyə ekranınızı tənzimləyin
Fərdi Displey rejimində eyni zamanda ziddiyyət və ölçünü tənzimləyin (Yüksək ziddiyyət və ya böyük displey).
Göz üçün rahatlıq
Ehtiyaclarınızı qarşılamaq üçün əlavə vizual imkanlar mövcuddur. Siz şəffaflığı və ya bulanıqlığı azalda bilərsiz.
Əlavə tünd ekran
Ekranınız hətta ən aşağı parlaqlıq parametlərində həddən artıq parlaqdırsa qaranlıqda daha rahat oxumaq üçün Əlavə tünd ekran funksiyasını yandırın.
Fərdiləşdirilə bilən fləş bildirişlər
Bildiriş daxil olanda ekranın sayrışmasını qurun. Hər bir proqram üçün rəngləri fərdiləşdirdiyinizə görə hansı bildirişin hardan daxil olduğunu asanlıqla müəyyən edə bilərsiz.
Daha asan böyütmə
Böyüdücü pəncərə yeni böyütmə menyusu ilə birləşərək ekrandakı böyüdülən məzmun üzərində sizə daha çox seçim və nəzarət imkanları verir.
Əlavə xüsusiyyətlər və təkmilləşmələr
Daha yaxşı Always On Display funksiyası
Heç vaxt heç bir bildirişi qaçırmayın. İndi siz bildiriş aldıqda Always On Display funksiyasının aktiv edilməsini qura bilərsiz. Always On Display funksiyasını yeni görünüşdə saxlamaq üçün yeni animasiyalı stikerlər də mövcuddur.
Təkmilləşdirilmiş Tünd rejim
Qaranlıqda rahatlığınızı təmin etmək üçün Tünd rejimi indi divar kağızları və nişanları avtomatik olaraq tündləşdirir. Samsunq proqramlarındakı illüstrasiyaların gözləriniz üçün rahat olan daha uyğun təcrübədən faydalanmaq üçün daha da tünd rəngləri olan Tünd rejimi versiyası var.
Yükləmə məlumatının qısa xülasəsi
Telefonunuzu yükləməyə başlayanda müxtəlif vizual effektlər sizə yükləmə sürəti barədə məlumatı daha intuitiv şəkildə bildirir.
Parlaqlığlın daha asan idarə edilməsi
Cəld paneldə yerləşən böyük parlaqlıq buferi bir barmaq sürüşdürməsi ilə ekranın parlaqlığının dəyişdirilməsini daha da asan edir.
Məsləhətlər proqramında əvvəlcədən baxış videoları
Məsləhətlər proqramının əsas ekranında əvvəlcədən baxış videoları ilə Galaxy telefonunuzun nələrə qadir olduğunu öyrənin.
Təhlükəsizlik və fövqəladə rejim menyusu
Parametrlərdə yerləşən yeni təhlükəsizlik və fövəqaladə rejim menyusu sizə fövqəladə kontaktları və təhlükəsizlik məlumatını bir yerdən idarə etməyə imkan verir.
Parametrlər üzrə axtarış təkmilləşdirmələri
Təkmilləşdirimiş axtarış xüsusiyyətləri sizə özünüzə lazım olan vaxtda tələb olunan parametrləri tapmağa kömək edir. Nəyi axtardığınızdan asılı olaraq siz aidiyyati xüsusiyyətlər üçün təkliflər əldə edəcəksiniz.
Gözlərinizi yoldan çəkməyin
Cihazdan istifadə bölümündə yeni Maşın İdarəetmə monitoru maşın idarə edən zaman telefondan istifadə etdiyiniz halları qeydə alır. Sizə telefonunuzdan nə qədər istifadə etdiyinizə və hansı proqramları istifadə etdiyinizə dair məlumat verilir.
Zəngli saatı sadəcə bir dəfə ötür
Yatmaq istəyirsiniz? İndi siz sadəcə bir dəfəyə zəngli saatı söndürə bilərsiz. Ötürüldükdən sonra o, avtomatik olaraq yenidən yanacaq.
Gündüz və ya gecə qısa xülasə
Dünyanın o başında dostunuz var? Onunla əlaqə saxlamaq üçün uyğun vaxtın olub olmadığını öyrənmək daha asandır. İkili saat vidjeti gündüz və ya gecənin olmasından asılı olaraq, sizə hər şəhər üzrə müxtəlif fon rəngləri göstərir.
Məntlərdən zənglərə keçid edin
Mətnin ixtisar edilməməsi? Söhbət pəncərəsinin yuxarısında şəxsin adınının üzərinə basaraq ona aid məlumatı görün və ya səsli zəng və ya video zəng rejimində zəng edin.
Mesajlarda əlavə axtarış nəticələri
İndi siz mesajlarınızı şəkil, video, veb link və sairə üçün axtarış edə bilərsiniz. Bütün nəticələr çeşidlənir ki, siz birbaşa axtardığınız şeyə keçid edə biləsiniz.
Mənim Fayllarım bölməsində daha asan axtarış
Faylın adında orfoqrafik səhv olduqda və ya onun adının üst-üstə düşmədiyi hallarda belə axtardığınız faylı tapın. Sonuncu fayllar bölməsi sizə bu yaxınlarda istifadə etdiyiniz və ya əldə etdiyiniz faylların yerini tapmağa kömək etmək üçün genişləndirilmişdir.
Daha dolğun iş masası təcrübəsi
Samsung DeX-də daha çox proqramların ölçüsünü dəyişmək olur ki, siz gün ərzində bir neçə iş üzərində işləyərək daha çox işləri tamamlaya biləsiz. Həmçinin, DeX parametrlərində fərdi istəklərinizə uyğun olaraq sensor ekranında yuxarı-aşağı sürüşdürmə istiqamətini də dəyişə bilərsiz.
Təkmilləşmiş Kənar panellər
Kənar panellərdən istifadə edən zaman cari proqramınızı gözünüzün önündə saxlayın. Bir dəfəyə sizə daha çox şeyi görmək imkanını vermək üçün bulanıqlılıq götürülmüşdür.
Pəncərə içində təsvir ölçülərinin dəyişdirilməsi
Əgər peyda olan video sizə mane olursa onu daha da kiçiltmək üçün barmaq uclarınızı birləşdirin. Daha çox şeylər görmək istəyirisiniz? Təsviri böyütmək üçün barmaqlarınızı aralayın.
Peyda olan pəncərə seçimlərinə cəld çıxış imkanı
Bir neçə işi asanlıqla eyni anda görmək üçün pəncərə seçimləri menyusunu pəncərəsinin yuxarısına bərkidərək asan çıxışı təmin edə bilərsiniz.
One UI 4 yeniləməsindən sonra bəzi proqramlar ayrıca yenilənməlidir.
Qurulmuş Nömrə : G991BXXS3AUJ7
Android versiyası : R(Android 11)
Buraxılış Tarixi : 2021-10-26
Təhlükəsiz paket səviyyəsi : 2021-11-01
• Cihazınızın təhlükəsizliyi yaxşılaşdırılmışdır.
Qurulmuş Nömrə : G991BXXU3AUIE
Android versiyası : R(Android 11)
Buraxılış Tarixi : 2021-09-28
Təhlükəsiz paket səviyyəsi : 2021-10-01
• Funksiyaların ümumi sabitliyi yaxşılaşdırıldı.
Qurulmuş Nömrə : G991BXXS3AUHD
Android versiyası : R(Android 11)
Buraxılış Tarixi : 2021-09-04
Təhlükəsiz paket səviyyəsi : 2021-09-01
• Cihazınızın təhlükəsizliyi yaxşılaşdırılmışdır.
Qurulmuş Nömrə : G991BXXU3AUHB
Android versiyası : R(Android 11)
Buraxılış Tarixi : 2021-08-26
Təhlükəsiz paket səviyyəsi : 2021-08-01
• Funksiyaların ümumi sabitliyi yaxşılaşdırıldı.
Qurulmuş Nömrə : G991BXXU3AUGM
Android versiyası : R(Android 11)
Buraxılış Tarixi : 2021-08-04
Təhlükəsiz paket səviyyəsi : 2021-08-01
• Funksiyaların ümumi sabitliyi yaxşılaşdırıldı.
Qurulmuş Nömrə : G991BXXU3AUG4
Android versiyası : R(Android 11)
Buraxılış Tarixi : 2021-07-12
Təhlükəsiz paket səviyyəsi : 2021-07-01
• Yaxşılaşdırılmış göstərici. - Kamera
Qurulmuş Nömrə : G991BXXU3AUF6
Android versiyası : R(Android 11)
Buraxılış Tarixi : 2021-06-30
Təhlükəsiz paket səviyyəsi : 2021-06-01
• Yaxşılaşdırılmış göstərici. - Kamera
Qurulmuş Nömrə : G991BXXU3AUF6
Android versiyası : R(Android 11)
Buraxılış Tarixi : 2021-06-17
Təhlükəsiz paket səviyyəsi : 2021-06-01
• Yaxşılaşdırılmış göstərici. - Kamera
Qurulmuş Nömrə : G991BXXU3AUE1
Android versiyası : R(Android 11)
Buraxılış Tarixi : 2021-05-06
Təhlükəsiz paket səviyyəsi : 2021-05-01
• Funksiyaların ümumi sabitliyi yaxşılaşdırıldı.
Qurulmuş Nömrə : G991BXXU3AUDA
Android versiyası : R(Android 11)
Buraxılış Tarixi : 2021-04-26
Təhlükəsiz paket səviyyəsi : 2021-05-01
• Yaxşılaşdırılmış göstərici. - Kamera
• Cəld Paylaşım təkmilləşdirilib
- Cəld Paylaşım funksiyasından istifadə edərək Galaxy cihazları arasında fayl paylaşımı yaxşılaşdırılıb.
• Cihazınızın təhlükəsizliyi yaxşılaşdırılmışdır.
Qurulmuş Nömrə : G991BXXU2AUC8
Android versiyası : R(Android 11)
Buraxılış Tarixi : 2021-03-29
Təhlükəsiz paket səviyyəsi : 2021-04-01
• Yaxşılaşdırılmış göstərici. - Kamera
• Cihazın ümumi işi yaxşılaşdırıldı.
Qurulmuş Nömrə : G991BXXS2AUBB
Android versiyası : R(Android 11)
Buraxılış Tarixi : 2021-03-04
Təhlükəsiz paket səviyyəsi : 2021-03-01
• Cihazınızın təhlükəsizliyi yaxşılaşdırılmışdır.
Qurulmuş Nömrə : G991BXXU1AUB8
Android versiyası : R(Android 11)
Buraxılış Tarixi : 2021-02-16
Təhlükəsiz paket səviyyəsi : 2021-02-01
• Yaxşılaşdırılmış göstərici. - Kamera
• Cihazın ümumi işi yaxşılaşdırıldı.
Qurulmuş Nömrə : G991BXXU1AUB6
Android versiyası : R(Android 11)
Buraxılış Tarixi : 2021-02-12
Təhlükəsiz paket səviyyəsi : 2021-02-01
• Yaxşılaşdırılmış göstərici. - Kamera
• Cihazın ümumi işi yaxşılaşdırıldı.
Qurulmuş Nömrə : G991BXXU1AUB3
Android versiyası : R(Android 11)
Buraxılış Tarixi : 2021-02-05
Təhlükəsiz paket səviyyəsi : 2021-02-01
• Yaxşılaşdırılmış göstərici. - Kamera
• Cihazın ümumi işi yaxşılaşdırıldı.
Qurulmuş Nömrə : G991BXXU1AUAB
Android versiyası : R(Android 11)
Buraxılış Tarixi : 2021-01-28
Təhlükəsiz paket səviyyəsi : 2021-01-01
• Yaxşılaşdırılmış göstərici. - Kamera
• Cihazın ümumi işi yaxşılaşdırıldı.
Qurulmuş Nömrə : G991BXXU1AUA4
Android versiyası : R(Android 11)
Buraxılış Tarixi : 2021-01-15
Təhlükəsiz paket səviyyəsi : 2021-01-01
• Yaxşılaşdırılmış göstərici. - Kamera
• Wi-Fi bağlantısı və sabitliyi yaxşılaşdırıldı.
• Barmaq izi tanınmasının səmərəliliyi yaxşılaşdırılıb.
• Funksiyaların ümumi sabitliyi yaxşılaşdırıldı.
• Cihazınızın təhlükəsizliyi yaxşılaşdırılmışdır.