Proqram yeniləmələrinə aşağıda göstərilənlər və digər yeniləmələr daxildir
Cihazınızdan səmərəli şəkildə istifadə edə bilmək üçün cihazınızı ən son yeniləmələr ilə təmin edin və mütəmadi olaraq proqram yeniləmələrinin mövcud olub olmadlğını yoxlayın.
Galaxy S25 (SM-S931B)
Qurulmuş Nömrə : S931BXXU9CZDP
Android versiyası : B(Android 16)
Buraxılış Tarixi : 2026-05-14
Təhlükəsiz paket səviyyəsi : 2026-04-05
One UI 8.5
Vizual dizayn
Təptəzə yeni görünüş
One UI, daha zərif və mükəmməl dizayn üçün immersiv təsvirlərin məqsədyönlü fərdiləşdirmə ilə kombinə edilməsi ilə gündəlik prosedurlarlarınıza rəvan şəkildə inteqrasiya olunur. Şəffaf bulanıqlıq effektləri dərinlik qatır və məzmun üzrə naviqasiyanı asanlaşdırır, üzən elementlər isə təcrübəyə daha çox fokuslanmaq üçün iş prosesinizə təbii şəkildə reaksiya verirlər. Məlumatın bilinən və başa düşülən vizuallaşdırması sayəsində One UI həm şəxsi, həm də doğma hiss edilən bir dizayn təqdim etməklə diqqətinizi vacib olanlara cəmləməyinizə kömək edir.
Galaxy AI
Cavab verməzdən əvvəl zəngləri süzgəcdən keçirin
Danışmaq istəyib-istəmədiyinizə qərar vermək üçün kimin zəng etdiyini görün. Zəng köməkçisinin sizin yerinizə cavab verməsinə və zəng edənin kim olduğunu, niyə zəng etdiyini soruşmasına icazə verə bilərsiniz.
Mətn ipucuları ilə təsvirləri redaktə edin
Təsvir redaktəsi heç vaxt bu qədər asan olmamışdı. Sadəcə olaraq təsvirinizin necə dəyişməsini istədiyinizi təsvir edin. Siz kiminsə paltarının rəngini dəyişə, boş masaya nəsə əlavə edə və ya ağlınıza gələn başqa bir şeyi edə bilərsiniz.
Bir təsvirin elementlərini digərinə əlavə edin
Foto köməkçisi müxtəlif təsvirlərin elementlərini birləşdirməyi asanlaşdırır. Bir şəkildən obyekti götürüb başqa bir şəklə əlavə edin. Galaxy AI onu uyğunlaşdırır və təbii görünməsini təmin edir.
İstənilən fotoşəklin üslubunu dəyişin
İndi Foto köməkçisi ilə təkcə insanların və ya ev heyvanlarının şəkillərinə deyil, istənilən fotoşəklə əyləncəli üslublar tətbiq edə bilərsiniz. Miniatür baxış rejimində üslublarınızı yenidən sıralamaq və sevimlilərinizi ön sıralara gətirmək üçün toxunub saxlaya bilərsiniz.
Davamlı olaraq təsvir yaradılması
Dayanmadan yaratmağa davam edin. Foto Köməkçisi artıq hər bir təkrarlama prosesini yadda saxlamadan, nəticələr ekranındakı müxtəlif funksiyalardan istifadə edərək AI şəkilləri yaratmağa imkan verir. İşinizi bitirdikdən sonra tarixçənizdəki bütün yaratdıqlarınızı nəzərdən keçirə və sevimlilərinizi seçə bilərsiniz.
Yaradıcılıq studiyası ilə təsvirlər yaradın
Yaradıcılıq studiyası daha asan əlçatanlıq üçün indi Proqramlar ekranında mövcuddur. Telefonunuzun hər yerində istifadə edə biləcəyiniz fərdi divar kağızları, unikal stikerlər və fərdiləşdirilmiş profil təsvirləri yaratmaq üçün Yaradıcılıq studiyasından istifadə edə bilərsiniz.
Kilid ekranında Now brief
Kilid ekranınızda daha çox fərdiləşdirilmiş təkliflər əldə edin. Now brief kontekstinizə əsasən faydalı məlumatlar göstərəcək.
Təkmilləşdirilmiş AI seçimi
Kənar tutacağa toxunub saxlamaqla AI Seçimini dərhal başladın. Videoda nəyisə gözdən qaçırmısınız? Geri qayıtmaq və tam olaraq sizə lazım olanı seçmək üçün Geri sarıma düyməsindən istifadə edin.
Tərcüməçidə dilin avtomatik olaraq aşkarlanması
Söhbətin davam etməsini təmin edin. Hansı dillərə tərcümə edəcəyinizi seçdikdən sonra Tərcüməçi onların hər birinin nə vaxt danışıldığını aşkar edəcək və beləliklə, hər dəfə kimsə danışanda Mikrofon düyməsini basmağa ehtiyac olmayacaq.
Bixby
Cihazın daha ağıllı şəkildə idarə edilməsi
Bixby ilə öz sözlərinizlə danışın. Bixby artıq dəqiq əmrlərdən və ya funksiya adlarından istifadə etməsəniz belə, ehtiyacınız olan parametri və ya funksiyanı tapmaqda daha yaxşıdır. Sadəcə olaraq nə lazım olduğunu deyin və qalanını Bixby-yə buraxın.
İstənilən vaxt istədiyinizi soruşun
Qısa cavaba və ya təfərrüatlı məlumata məlumata ehtiyacınızın olub-olmamasından asılı olmayaraq, dərhal cavab almaq üçün sadəcə Bixby-dən soruşun. Çox sayda axtarışa və ya proqramlar arasında keçidə vaxt sərf etməyə ehtiyac yoxdur.
Söhbət tarixçəsi
Bixby ilə geri dönüb keçmiş söhbətlərə baxmaq həmişəkindən daha asandır. İndi Bixby proqramındakı yan paneldən söhbət tarixçənizə daxil ola bilərsiniz.
Kamera
Peşəkar səviyyəli sənəd skanları
Sənədlərin skanlanması artıq daha sürətli və daha intensivdir. Kameranızı sənədə yönəltdiyiniz zaman skanlama düyməsi avtomatik olaraq görünəcək. Yeni SİL aləti mükəmməl nəticə üçün diqqəti yayındıran barmaqları, qatlanmış küncləri və arzuolunmaz muar effektini avtomatik olaraq təmizləyərkən, siz asanlıqla bir neçə səhifəni tək bir PDF faylına çevirə bilərsiniz.
Avtomatik çəkilən hərəkətli fotolar
Avtomatik olaraq təyin edildikdə, kameranız yalnız səhnədə hərəkət aşkar edərsə, hərəkətli foto qeydə alacaq. Əks halda o, yerə qənaət etmək üçün hərəkətsiz təsvir kimi yaddaşda saxlanılır.
Hekayənin hər iki tərəfini çəkin
İndi siz həm özünüzü, həm də qarşınızdakı hərəkəti qeydə ala bilərsiniz. Eyni anda ön və arxa kameralarla çəkilişə başlamaq üçün sadəcə olaraq Video rejiminin sürətli idarəetmə elementlərində ikili qeydəalma nişanına toxunun.
Real vaxtda rəngli Log video ilkn görüntüləri
Log rejimində çəkiliş zamanı ehtimal etmək ehtiyacını aradan qaldırın. İndi siz çəkiliş zamanı kinematoqrafik LUT önbaxışı tətbiq edə bilərsiniz ki, bu da hətta redaktəyə başlamazdan əvvəl rəngləri düzəldilmiş yekun videonuzun tam olaraq necə görünəcəyini görməyə imkan verir. LUT önbaxışları Qalereyada və Studiyada da mövcuddur.
Yeni portret filtrləri
Şəkillərinizə canlı filmdə olanlara bənzər effektlər əlavə etmək üçün üç yeni filtr mövcuddur.
Əsas və Kilid ekranları
Avtomatik Kilid ekranı tərtibatı
Üzərində insanların və ya ev heyvanlarının şəkilləri olan divar kağızları artıq hər dəfə mükəmməl şəkildə uyğunlaşır. Kilid ekranınız üçün foto seçdiyiniz zaman, həmin foto saat və vidjet tərtibatınıza ən yaxşı uyğunlaşacaq şəkildə avtomatik olaraq tənzimlənəcək.
Yüklənə bilən yeni divar kağızları
İnteraktiv elementlərə malik yeni divar kağızlarını kəşf edin. Divar kağızları yüklənə bilən olduqları üçün onlar istifadə edilmədikdə yaddaşda yer tutmur.
Divar kağızlarına hava şəraiti effektləri əlavə edin
Cari hava şəraiti ilə divar kağızınızı canlandırın. Divar kağızınızı seçərkən birbaşa önbaxış ekranından hava effektlərini əlavə edə bilərsiniz.
Daha çox fərdiləşdirilə bilən saat şriftləri
Kilid ekranınızdakı saatı fərdiləşdirin. İndi siz üstünlük verdiyiniz görünüşə uyğunlaşdırmaq üçün daha çox şrift üslubunun qalınlığını tənzimləyə bilərsiniz.
Hava
Təkmilləşdirilmiş hava şəraiti vidjeti
Əsas ekranınızdakı Hava şəraiti vidjetində gözlənilən yağıntıları tez bir zamanda yoxlayın. Qarşıdakı bir neçə saat ərzində yağıntı gözlənilirsə, vidjet artıq bir qrafik göstərir.
Tozcuq göstəricisi
Allergiyalarınızı idarə etməyə kömək etmək üçün havada nə qədər tozcuq olduğunu yoxlayın. Siz ağaclar, ot və ambroziya üçün tozcuq səviyyələrini yoxlaya bilərsiniz.
Ünsiyyət
Birbaşa səsli poçt
İndi cavab verə bilmirsiniz? Zəng edənlərin birbaşa telefonunuzda daha sonra dinləyə biləcəyiniz səsli mesaj qeyd etməsinə icazə verin. Mesaj qeyd edilərkən olduğu şəkildə ekranınızda görünəcək, beləliklə istənilən vaxt cavab verə bilərsiniz.
Fərdiləşdirilmiş mesajlarla zəngləri rədd edin
Zəng gəldikdə, fəaliyyətlərinizə əsaslanan yeni sürətli rədd etmə mesajları görünəcək. Siz zəng edənlərə heç nə yazmadan belə, maşın sürdüyünüzə və ya məşq etdiyinizə görə cavab verə bilmədiyinizi bildirə bilərsiniz.
Saat
Hava ilə əlaqəli zəngli saat siqnalının fonları
Sizi günün hava şəraitinə hazırlayan zəngli saatın siqnalı ilə oyanın. Zəngli saatınız çaldıqda, ekranınız artıq cari hava şəraitini fon kimi göstərə bilər.
Saat qurşağının çeviricisi
Saat qurşaqlarını bir baxışda müqayisə edin. Saat proqramındakı yeni sürgü dünyanın müxtəlif yerləri arasındakı vaxt fərqini yoxlamağı asanlaşdırır.
Bağlantı
[Yaddaş yeri paylaşımı]
Fayllarınıza istənilən yerdən daxil olun. Digər Samsung telefonlarınızda, planşetlərinizdə və fərdi kompüterlərinizdə olan fayllar telefonunuzdakı Mənim Fayllarım proqramında mövcuddur. Telefonunuzun fayllarına digər Samsung cihazlarında, hətta televizorunuzda da daxil ola bilərsiniz.
Smart View cihazlarına cəld qoşulun
Sevimli ekranınıza daha tez qoşulun. İndi telefonunuzun ekranını dərhal televizorda və ya digər ekranlı cihazda əks etdirmək üçün Əsas ekranınıza qısayol əlavə edə bilərsiniz.
Təkmilləşdirilmiş Auracast funksiyaları
Auracast ilə səsi dinləmək və yayımlamaq həmişəkindən daha asandır. Həm yayımlama, həm də dinləmə üçün seçimlər indi Parametrlərdəki Audio yayım menyusunda yerləşir.
Səs yayımları
Auracast ilə səsinizi ətrafınızdakı insanlara yayımlayın. Media səsinə əlavə olaraq, siz indi telefonunuzun mikrofonundan istifadə edərək səsinizi də yayımlaya bilərsiniz.
Cəld Paylaşım
Apple cihazları ilə paylaşın
Hətta əvvəlkindən də daha çox cihazla paylaşın. İndi siz fotoşəkilləri, videoları və digər faylları iPhone, iPad, Mac və AirDrop-u dəstəkləyən digər cihazlarla problemsiz olaraq paylaşmaq üçün Cəld paylaşımdan istifadə edə bilərsiniz.
İstənməyən paylaşım sorğularından qaçın
İndi Cəld paylaşımı yalnız Samsung account-unuza və ya Google hesabınıza daxil olan digər cihazlardan fayllar qəbul edəcək şəkildə quraşdıra bilərsiniz.
Foto paylaşım təklifləri
Fotoşəkilləri müvafiq insanlarla daha tez paylaşın. Dostlarınızın və ya ailənizin olduğu şəkilləri paylaşdığınız zaman Cəld paylaşım şəkillərdə kimin olduğunu tanıya və birbaşa həmin insanlarla paylaşmağı təklif edə bilər.
Samsung Health
Üst səviyyəyə yenilənmiş paylaşım təcrübəsi
Məşqlərinizi öz üsulunuzla paylaşın. Mükəmməl sosial media postu yaratmaq üçün məşq statistikanızı məşqinizdən olan fotoşəkillərlə qarışdırın və uyğunlaşdırın.
Meditasiyalara saatınızdan başlayın
Sakitliyi elə biləyinizdə tapın. Siz indi sevimli və ya tövsiyə olunan meditasiyalara telefonunuzu götürmədən birbaşa Galaxy Watch-da başlaya bilərsiniz.
Saatınızla antioksidantın ölçülməsi
Antioksidant səviyyənizi istədiyiniz zaman yoxlayın. Telefonunuza qoşulu olmasa belə, birbaşa Galaxy Watch-da ölçün. Galaxy Watch8 və Galaxy Watch Ultra ilə işləyir.
Batareya və enerji
Yenilənmiş batareya məlumatları
Batareyadan istifadənizi daha aydın görün. Yenidən dizayn edilmiş Batareya parametrləri ekranı qalan vaxtı, enerji doldurma statusunu və son bir həftə ərzində gündəlik istifadəni yoxlamağı daha da asanlaşdırır.
Təkmilləşdirilmiş enerjiyə qənaət rejimi
Batareyanızın şarj edilmədən daha uzun müddət işləməsi üçün Enerjiyə qənaət rejimindən istifadə edin. Mötədil qənaət və fərdiləşdirilə bilən limitlər üçün Standart və ya bütün qeyri-vacib funksiyaları qeyri-aktiv etmək və batareyanızın mümkün qədər uzun müddət işləməsini təmin etmək üçün Maksimum rejimi seçin.
Təhlükəsizlik və məxfilik
Məxfilik xəbərdarlıqları
Məxfiliyiniz barədə məlumatlı olun. Proqramın icazələri şəxsi məlumatlarınızı risk altına qoya bildikdə, bununla bağlı nə edə biləcəyinizə dair təkliflərlə birlikdə artıq xəbərdarlıqlar da alacaqsınız.
Oğurluğa qarşı mühafizə
Telefonunuzun itirilməsi və ya oğurlanması halında onun və məlumatlarınızın təhlükəsizliyini təmin edin. Barmaq izi, PIN, naxış və ya şifrənizdən istifadə etməklə kimliyinizi təsdiqləyərkən çoxlu uğursuz cəhd olduqda, ekranı avtomatik olaraq kilidləmək üçün Uğursuz giriş zamanı kilidlənmə rejimini aktivləşdirin. Kimlik yoxlaması əvvəlkindən daha çox parametri də qoruyur.
Avtomatik Bloklamanı müvəqqəti olaraq qeyri-aktiv edin
Avtomatik Bloklamanın təhlükəsizlik qorumasını müvəqqəti olaraq qeyri-aktiv etməlisinizsə, yeni seçim, unutmamağınız üçün 30 dəqiqə sonra onu avtomatik olaraq aktivləşdirməyə imkan verir.
Cihazlarınızın təhlükəsizlik statusunu yoxlayın
Bütün cihazlarınızın qorunmasını təmin edin. Knox Matrix indi Samsung account-unuza daxil olmuş dəstəklənən cihazlardan hər hansı birinin ən son təhlükəsizlik qorunması üçün proqram təminatı yeniləməsinə ehtiyacı olduğunu göstərir.
Çıxış imkanı
Bluetooth eşitmə aparatlarına asanlıqla nəzarət edin
Bluetooth eşitmə aparatlarınız üçün parametrlərə birbaşa Əlçatanlıq qısayolundan daxil olun. Eşitmə proqramınızı dəyişməyə, Ətraf səsi aktiv və ya deaktiv etməyə və daha çoxuna imkan verən ani pəncərə görünəcək.
Böyütmə prosesinə siçan və ya klaviatura ilə nəzarət edin
Bu yeni seçimlərlə istədiyiniz elementi ekranda böyüdülmüş şəkildə saxlayın. Klaviaturadan istifadə edərək fokusu dəyişdirdiyiniz zaman yazarkən və ya kursoru hərəkət etdirərkən, böyüdülmüş sahənin onu izləməsini təmin edə bilərsiniz. Siçandan istifadə edərkən göstəricini ekranın kənarına doğru hərəkət etdirdikcə, böyüdülmüş sahənin yerdəyişməsini təmin edə bilərsiniz.
Dayanma hərəkəti və Künc əməliyyatları
Göstərici dayandıqdan sonra avtomatik əməliyyat xüsusiyyəti iki xüsusiyyətə bölünüb. Dayanma hərəkəti siçanınız müəyyən müddət hərəkətsiz qaldıqda xüsusi hərəkətləri təyin etməyinizə imkan verir. Künc əməliyyatları ekranın hər küncü üçün fərqli bir hərəkət təyin etməyə imkan verir.
Videolarda sayrışmanın azaldılması
Yeni parametr daha rahat izləmə üçün videolarda sayrışma effektlərini azaltmağa imkan verir.
Daha da çox təkmilləşmələr
Daha çox fərdiləşdirilə bilən cəld panel
Cəld parametrlərinizi tam istədiyiniz kimi sıralayın. İndi cəld paneldə idarəetmə elementlərini əlavə edə, silə, yenidən sıralaya və yeni sxem üzrə qura bilərsiniz.
Təqvim geri sayım vidjetlərini fərdiləşdirin
Geri sayım vidjetlərinizin tam olaraq istədiyiniz kimi görünməsini təmin edin. Fon şəkli yaratmaq üçün Yaradıcılıq studiyasından istifadə edin, Qalereyadan bir şəkil seçin və ya tək bir rənglə davam edin.
Xatırlatmalar üçün erkən xəbərdarlıq siqnalları
Vacib tapşırıqları unutmadığınızdan əmin olmaq üçün xatırlatmaların vaxtı çatmazdan əvvəl xəbərdarlıq siqnalları alın. Hər xatırlatma üçün nə qədər əvvəlcədən xəbərdarlıq siqnalı alacağınızı seçə bilərsiniz.
Samsung Notes-da cədvəllər daxil edin
Məlumatı qeydlərinizdə cədvəllərlə birgə yerləşdirin. Avtomatik hesablama xüsusiyyəti məhsuldar qalmağınıza və vaxta qənaət etməyinizə kömək edərkən, sütun genişliklərini, rəngləri və sərhəd dizaynlarını tənzimləyə bilərsiniz.
Yenidən dizayn edilmiş Yeni tab səhifəsi
Ən çox daxil olmaq istədiyiniz vebsaytlara və xüsusiyyətlərə tez daxil olmağınıza kömək etmək üçün Samsung Browser-də yeni tab açdığınız zaman görünən səhifə yenidən dizayn edilib. Yeni tab səhifəsi indi cari təhlükəsizlik statusunu, eləcə də digər cihazlarda Samsung Browser-də açıq olan tabları göstərir.
Qismən ekran qeydə alması
Yalnız ekranda qeydə almaq istədiklərinizi daxil edin. İndi ekranın yalnız qeydə almaq istədiyiniz hissəsini seçə bilərsiniz.
Kalkulyator uyğunlaşdırması
Hesablamalarda vaxta qənaət edin. Kalkulyatoru açdığınız zaman mübadilə buferinə kopyalanmış ədədlər və formullar təklif ediləcək və beləcə, onları cəld toxunuşla daxil edə bilərsiniz.
DeX-də pəncərə ölçülərini saxlayın
DeX indi proqram pəncərələrinin ölçülərini və mövqelərini yadda saxlayır. Proqramı yenidən açdığınızda o, onu tərk etdiyiniz kimi görünür.
Qurulmuş Nömrə : S931BXXS9BZCI
Android versiyası : B(Android 16)
Buraxılış Tarixi : 2026-04-27
Təhlükəsiz paket səviyyəsi : 2026-04-05
• Təhlükəsizlik
Cihaz təkmilləşdirilmiş təhlükəsizlik səviyəsi ilə qorunur.
Bu dəyişikliklər modeldən, ölkədən və ya müştəri mühitinin şəbəkə operatorundan asılı olaraq dəyişə bilər.
Qurulmuş Nömrə : S931BXXS8BZC1
Android versiyası : B(Android 16)
Buraxılış Tarixi : 2026-03-24
Təhlükəsiz paket səviyyəsi : 2026-03-05
• Təhlükəsizlik
Cihaz təkmilləşdirilmiş təhlükəsizlik səviyəsi ilə qorunur.
Bu dəyişikliklər modeldən, ölkədən və ya müştəri mühitinin şəbəkə operatorundan asılı olaraq dəyişə bilər.
Qurulmuş Nömrə : S931BXXS8BZB5
Android versiyası : B(Android 16)
Buraxılış Tarixi : 2026-03-02
Təhlükəsiz paket səviyyəsi : 2026-02-05
• Təhlükəsizlik
Cihaz təkmilləşdirilmiş təhlükəsizlik səviyəsi ilə qorunur.
Bu dəyişikliklər modeldən, ölkədən və ya müştəri mühitinin şəbəkə operatorundan asılı olaraq dəyişə bilər.
Qurulmuş Nömrə : S931BXXS7BYLR
Android versiyası : B(Android 16)
Buraxılış Tarixi : 2026-01-20
Təhlükəsiz paket səviyyəsi : 2026-01-01
• Təhlükəsizlik
Cihaz təkmilləşdirilmiş təhlükəsizlik səviyəsi ilə qorunur.
Bu dəyişikliklər modeldən, ölkədən və ya müştəri mühitinin şəbəkə operatorundan asılı olaraq dəyişə bilər.
Qurulmuş Nömrə : S931BXXS7BYKS
Android versiyası : B(Android 16)
Buraxılış Tarixi : 2025-12-18
Təhlükəsiz paket səviyyəsi : 2025-12-01
• Təhlükəsizlik
Cihaz təkmilləşdirilmiş təhlükəsizlik səviyəsi ilə qorunur.
Bu dəyişikliklər modeldən, ölkədən və ya müştəri mühitinin şəbəkə operatorundan asılı olaraq dəyişə bilər.
Qurulmuş Nömrə : S931BXXS7BYK3
Android versiyası : B(Android 16)
Buraxılış Tarixi : 2025-11-27
Təhlükəsiz paket səviyyəsi : 2025-11-01
• Təhlükəsizlik
Cihaz təkmilləşdirilmiş təhlükəsizlik səviyəsi ilə qorunur.
Bu dəyişikliklər modeldən, ölkədən və ya müştəri mühitinin şəbəkə operatorundan asılı olaraq dəyişə bilər.
Qurulmuş Nömrə : S931BXXS6BYIF
Android versiyası : B(Android 16)
Buraxılış Tarixi : 2025-10-28
Təhlükəsiz paket səviyyəsi : 2025-10-01
• Təhlükəsizlik
Cihaz təkmilləşdirilmiş təhlükəsizlik səviyəsi ilə qorunur.
Bu dəyişikliklər modeldən, ölkədən və ya müştəri mühitinin şəbəkə operatorundan asılı olaraq dəyişə bilər.
Qurulmuş Nömrə : S931BXXU5BYI3
Android versiyası : B(Android 16)
Buraxılış Tarixi : 2025-10-07
Təhlükəsiz paket səviyyəsi : 2025-09-01
One UI 8.0 (Android 16)
Galaxy AI
Ekranda zənglərə baxın
Zəng subtitrləri zənglər zamanı hər bir şəxsin real vaxtda dediklərini ekranda göstərir. Heç bir şeyi qaçırmadığınıza əmin olmaq üçün ekranınızdakı söhbəti izləyin.
Təkrarolunmaz ev heyvanı portretləri yaradın
Portret studiyası ilə ev heyvanınızın şəxsiyyətini ortaya çıxarın. İndi siz insanlardan başqa, it və pişiklərin şəkillərinə də portret effektləri tətbiq edə bilərsiniz. Balıq gözü, yağlı boya və s. kimi üslublardan birini seçin.
Səsi təmizləyin
Küləyin və digər fon səslərinin səviyyəsini avtomatik azaltmaq üçün Audio pozandan istifadə edin ki, diqqətinizi danışan şəxsə yönəldə biləsiniz. Audio pozan Qalereya, Video Pleyer, Samsung Notes, Səs yazıcı və Telefonda istifadə edilə bilər.
"Now Brief" ilə yeniliklərdən xəbərdar olun
Maraqlarınıza və kontekstinizə əsasən gün ərzində vaxtında yeniləmələr və faydalı məlumat əldə edin. İndi Kənar paneldən, Əsas ekran vidjetindən və Now bar-dakı bildirişlərdən Now brief-ə daxil ola bilərsiniz.
Fövqəladə xəbərdarlıqları tərcümə et
Sizin dilinizdə olmasa belə, vacib siqnalları heç vaxt qaçırmayın. Sistem dilinizdən fərqli dildə fövqəladə xəbərdarlıq aldığınız zaman Galaxy AI onu sizin üçün avtomatik tərcümə edəcək.
Daha sürətli AI seçimi
Daha gözləmək yoxdur. AI seçimi funksiyasını işə saldıqda artıq ekranın bir sahəsini dərhal seçə bilərsiniz.
Daha rahat AI nəticələri
Dəstəklənən proqramlardakı məzmunu albom görünüşündə ümumiləşdirdiyiniz və ya tərcümə etdiyiniz zaman nəticələr indi orijinalla yanaşı görünəcək ki, siz onlara birlikdə baxa biləsiniz.
Fərdiləşdirmə
Yeni Kilid ekranı saatı
Kilid ekranınızı fərqləndirmək üçün yeni şriftə malik dəbli saat mövcuddur. Yeni saat fotonuzun forması ilə hərəkət edir və insanların və ya heyvanların şəkillərini örtməmək üçün onlarla ahəngdar şəkildə birləşir.
Divar kağızı təklifləri
Yeni divar kağızları tapmaqla bağlı kömək alın. Telefonunuz Qalereyanızdan mənzərələr, şəhərlər, çiçəklər, ev heyvanları və insanlar kimi kateqoriyalar üzrə ən yaxşı şəkilləri tövsiyə edəcək.
Məhsuldarlıq
Kilidi açmadan səhm qiymətlərinə nəzər salın
Google Finance-da izlədiyiniz səhmlərin qiymətində böyük dəyişikliklər olarsa, ticarət gününün sonunda Now bar-da görünəcək.
Cəld Paylaşım ilə daha asan fayl paylaşımı
Faylları göndərmək və qəbul etmək heç vaxt bu qədər asan olmayıb. Başlamaq üçün sürətli parametrlərdə Cəld Paylaşım düyməsini klikləyin. Cəld Paylaşım ekranı açıq olduqda faylları qəbul edə və faylları birbaşa Cəld Paylaşımdan başqalarına göndərə bilərsiniz.
Yapışqan qeydlər
Samsung Notes-da sənədlərin üstünə cəld annotasiyalar əlavə edin. Əlavə edə biləcəyiniz yapışqan qeydlərin sayına heç bir məhdudiyyət yoxdur və orijinal sənədi pozmadan onları sonradan silmək asandır.
Endirmələri tez tapın
İndi faylları onları endirmək üçün istifadə edilən proqram əsasında filtrləyə bilərsiniz. Fayllarımda Endirilənlər və Son baxılanlardakı işlər.
Yenidən dizayn edilmiş Samsung Internet
Lazım olan funksiyalara tez daxil olun. Samsung Internet menyusu ən çox istifadə etdiyiniz funksiyalara daxil olmağı asanlaşdırmaq üçün optimallaşdırılıb. Siz həmçinin şəxsi üstünlüklərinizə uyğun tərtibatı fərdiləşdirə bilərsiniz.
Portret görünüşdə elmi hesablamalar kalkulyatoru
Ekranı fırlatmağa ehtiyac olmadan elmi hesablamalar kalkulyatorundan istifadə edin. Elmi hesablamalar kalkulyatoru indi albom görünüşü ilə yanaşı portret görünüşündə də işləyir.
Çoxlu tapşırıq
Qoşulmuş displeylərdə DeX ilə daha çox tapşırıq yerinə yetirin
İndi siz qoşulmuş displeydə DeX-dən istifadə edərkən Əsas ekranınıza vidjetlər əlavə edə, həmçinin siçan və ekran klaviaturası üçün parametrlərə nəzarət edə bilərsiniz.
DeX üçün təkmilləşdirilmiş ekran dəstəyi
Yeni Samsung DeX xarici monitora və ya televizora qoşulduqda sizə daha çox seçim imkanı verir. Siz WQHD-ə qədər optimallaşdırılmış displey əksetmə qabiliyyətini seçə və ekranı 90, 180 və ya 270 dərəcə fırlada bilərsiniz.
Təkmilləşdirilmiş bölünmüş ekran görünüşü
2 proqram bölünmüş ekran görünüşündə açıq olduqda diqqətinizin çox hissəsini digər proqrama verərkən bir proqramı ekranın kənarına itələyərək onu qismən görünən saxlaya bilərsiniz. Onlar arasında tez keçid etmək üçün istənilən vaxt kiçik proqrama toxunun.
Xatırlatma
Yeni Xatırlatma interfeysi
Xatırlatmalar tətbiqi yenidən dizayn edilib — ekranın yuxarısında kateqoriyalar göstərilir, bu da hər bir kateqoriyada neçə xatırlatma olduğunu bir baxışda görməyi asanlaşdırır. Fərdi kateqoriyalar daha çox ekran sahəsi boşaltmaq üçün sürətli bir toxunuşla gizlədilə bilər. Yenidən görünməsi üçün bir daha toxunun.
Yeni nümunə xatırlatmalar
Xatırlatmaların gücünü kəşf edin. Nümunə xatırlatma şablonları indi Xatırlatma proqramında əlçatandır. Həyatınızdakı vacib vəzifələri idarə etmək üçün nə edə biləcəyinizi görmək üçün bu xatırlatmaları araşdırın.
Asanlıqla xatırlatmalar əlavə edin
Yeni xatırlatmalar əlavə etmək heç vaxt bu qədər asan olmayıb. Xatırlatmanızı ekranın altındakı xanaya yazmağınız kifayətdir. Vaxta qənaət etməyiniz üçün suz yazdıqca toxuna biləcəyiniz təkliflər görünəcək. Mətn qutusunun altındakı düymələrdən istifadə edərək nəzarət siyahıları, məkanlar və şəkillər əlavə edə bilərsiniz. Və ya ümumiyyətlə yazmaq istəmirsinizsə, səs daxiletməsi üçün Mikrofon işarəsinə toxunun.
Təqvim
Təqvimdə xatırlatmaları idarə edin
İndi Xatırlatma proqramını açmadan Təqvim proqramında xatırlatmaları asanlıqla yarada bilərsiniz. Hər dəfə + düyməsinə kliklədiyiniz zaman tədbir və ya xatırlatma əlavə etmək seçiminiz olacaq. Siz həmçinin xatırlatmaların vaxtını dəyişdirmək üçün təqviminizə sürükləyib buraxa bilərsiniz.
Sürətlə hadisələr əlavə edin
Tez əlavə etmə menyusuna hadisə əlavə etməyə başladığınız zaman keçmiş hadisələrinizə əsasən hadisə adları və vaxtları üçün təkliflər alacaqsınız. Əlavə yazmadan hadisə əlavə etmək üçün sadəcə təkliflərdən birinə toxunun.
Samsung Health
Qaçış təlimi
İstər yeni başlayan, istərsə də təcrübəli qaçışçı olmağınızdan asılı olmayaraq, Samsung Health-də yeni Qaçış təlimi funksiyası zədə riskini minimuma endirməklə yanaşı, daha uzağa və daha sürətli qaçmağınıza kömək etmək üçün fərdiləşdirilmiş məşq proqramları və məsləhətlər təqdim edir. Galaxy Watch7 və ya daha sonrakı versiyalarda işləyir.
Yuxu vaxtı təlimatı
Yuxunuzu almış şəkildə oyanmaq üçün doğru zamanda yatın. Yeni Yuxu vaxtı təlimatı funksiyası yuxu məlumatlarınızı təhlil edir və hər gecə yatmaq üçün ən yaxşı vaxtı tövsiyə edir.
Qaçış tapşırıqları
Addım tapşırıqlarına əlavə olaraq, indi dostlarınızı qaçmağa çağıra bilərsiniz. Siz hədəf məsafəsini təyin edə və kimin ora daha tez çatdığını görə bilərsiniz və ya vaxt məhdudiyyəti təyin edə və kimin ən uzağa qaçdığını görə bilərsiniz.
Antioksidant qəbulunuzu yoxlayın
Antioksidant indeksi (Laboratoriyalar) funksiyası dərinizdəki karotinlərin səviyyəsini aşkar etmək üçün Galaxy Watch-unuzdan istifadə edir. Karotenoidlər meyvə və tərəvəzlərdə olan və fiziki qocalmanın qarşısını alan bir növ antioksidantdır. Galaxy Watch8 və Galaxy Watch Ultra ilə işləyir.
Qida qeydi üçün xatırlatmalar
Kalori hədəflərinizə çata bilmək üçün yolunuza davam edin. İndi siz Samsung Health-də qida qəbulunuzu qeyd etmək üçün xatırlatmalar təyin edə bilərsiniz.
Damar sisteminə düşən yükü izləyin
Qan damarlarınızdakı stresin miqdarı olan damar sisteminə düşən yük dərəcəsini ölçmək üçün Galaxy Watch istifadə edin. Əvvəlcə ən azı 3 gün yatarkən saatınızı taxaraq əsas ölçü yaradın, sonra damar sisteminizə düşən yük dərəcəsinin zamanla nə vaxt artdığını və ya azaldığını görə biləcəksiniz. Galaxy Watch8 və Galaxy Watch Ultra ilə işləyir.
Foto və video
Cəld idarəetmə elementlərini açmaq üçün yuxarı və ya aşağı sürüşdürün
Önbaxış sahəsində istənilən yerdə yuxarı və ya aşağı sürüşdürərək Kameradakı cəld idarəetmə elementlərinə əvvəlkindən daha tez daxil olun. Kamera parametrlərində cəld idarəetmə elementlərini açmaq üçün yuxarı/aşağı sürüşdürmə seçimini dəyişin.
Ekspozisiya monitorları ilə mükəmməl işıqlanma əldə edin
Peşəkar rejim və Peşəkar video rejimində yeni Ekspozisiya monitoru şəkil və videolarınızda doğru ekspozisiyanı əldə etməyinizə kömək edir. Həddən artıq ekspozisiyaya məruz qalmış sahələrdə zolaqları göstərmək üçün Zebra naxışını, yaxud hər şeyi ekspozisiya səviyyəsinə uyğun rəngslə kodlaşdırmaq üçün Saxta rəng seçin.
Log videoları ilə təkmil redaktə
Log formatda qeydə almaqla video rəng dərəcəsi üzrə peşəkar səviyyədə idarəetmə əldə edin. Sadəcə olaraq Kamera parametrlərlərində Log-u və ilkin baxışı aktiv edin, sonra isə çəkməyə başlayın. Video və Peşəkar Video rejimlərində işləyir.
Audio təkmilləşdirmələri
Galaxy Buds parametrlərinə sürətli giriş imkanı
Galaxy Buds-a nəzarət etmək həmişəkindən daha asandır. İndi siz Galaxy Wearable tətbiqini açmağa ehtiyac olmadan Buds parametrlərini birbaşa telefonunuzun Parametrlərindən tənzimləyə bilərsiniz.
Auracast yayımlarına asanlıqla qoşulun
Auracast eyni vaxtda bir cihazdan bir neçə dinləmə cihazına audio yayımlamağa imkan verir. Sadəcə QR kodunu skan etməklə Auracast yayımlarına qoşulmaq indi daha asandır. Başqalarının yayımınıza qoşulmasına imkan vermək üçün siz həmçinin QR kodu yarada bilərsiniz.
Ünsiyyət
Təkmilləşdirilmiş profil kartları
Adınız və şəkliniz üçün mükəmməl tərtibatı əldə etmək üçün profil kartınızı yaratmaq və redaktə etmək daha asandır. Yaratdıqdan sonra başqa insanların sizə zəng etdikdə görə bilməsi üçün öz profil kartınızı paylaşa bilərsiniz.
Kontaktlarda qeydə alınmış zəngləri nəzərdən keçirin
Keçmiş söhbətlərinizi nəzərdən keçirmək indi daha asandır. Qeyd etdiyiniz zənglər indi əlaqə tarixçəsi ekranında görünür.
Təhlükəsizlik və məxfilik
Təkmilləşdirilmiş Təhlükəsiz Qovluq
Həssas proqramları və məlumatları telefonunuzun ayrıca, qorunan yerind saxlayın. Artıq Təhlükəsiz Qovluq tətbiqləri bağlamaq və kilidlədiyiniz zaman bildirişlərin qarşısını almaq üçün təyin edə bilərsiniz. Həmçinin maksimum qorunma üçün Təhlükəsiz Qovluğu tamamilə gizlədə və şifrləyə bilərsiniz.
Daha güclü hesab təhlükəsizliyi
Knox Matrix təhlükəsizlik riskləri üçün Samsung account-a daxil olan cihazları müntəzəm olaraq skan edir. Cihazda ciddi risk aşkar edildikdə təhlükəsizlik riskinin hesabınıza və digər cihazlara yayılmasın;n qarşısını almaq üçün həmin cihaz avtomatik olaraq Samsung account-dan çıxarılcaq. Siz istənilən vaxt Təhlükəsizlik və məxfilik parametrlərində cihazlarınızın təhlükəsizlik statusunu yoxlaya bilərsiniz.
Kilidli olarkən bildiriş məzmununu göstərin və ya gizləyin
Telefonunuz kilidli olarkən bildiriş məzmununu göstərmək və ya gizlətmək seçimi indi Bildirişlər parametrlərində yerləşir. Telefonunuzun kilidini açmadan bildirişlərə cəld giriş imkanı üçün məzmunu göstərməyi seçin və ya bildirişlərinizi məxfi saxlamaq və başqalarının onları görməsinin qarşısını almaq üçün məzmunu gizlətməyi seçin.
Çıxış imkanı
Köməkçi menyusu ilə sıxıb miqyası dəyişin
Köməkçi menyusu indi ekranı böyütmək və kiçiltmək üçün daha çox yol təqdim edir. Bir barmağınızla sürükləməkdən əlavə, indi ekrandakı düymələri basaraq böyütmə səviyyəsini tənzimləyə bilərsiniz.
Klaviaturanızla siçan hərəkətlərini idarə edin
Siçandan istifadə edə bilmirsinizsə və ya etmək istəmirsinizsə, siçan göstəricisini hərəkət etdirmək, klikləmək, saxlamaq və sürüşdürmək üçün fiziki klaviaturanızdan istifadə etmək üçün Çıxış imkanı parametrlərində Siçan düymələrini aktiv edin.
Klaviaturanızı böyüdün
Siz indi ekran klaviaturasındakı düymələri böyüdə bilərsiniz ki, onları görmək və basmaq asan olsun. Sınamaq üçün Böyütmə parametrlərində yazarkən Böyütmə klaviaturasını aktiv edin.
Bluetooth eşitmə cihazlarını asanlıqla birləşdirin
İndi Bluetooth eşitməyə yardım cihazlarınızı Xüsusi imkanlar parametrlərində birbaşa Eşitmə cihazı ilə dəstək ekranında qoşa və birləşdirə bilərsiniz.
Modes and routines
Yeni hazır prosedurlar
Hava və digər qabaqcıl şərtlər üçün yeni hazır prosedurları yoxlayın. Onları olduğu kimi istifadə edin və ya ehtiyaclarınıza uyğun fərdiləşdirin.
Yeni prosedur əməliyyatları
Saat, Təqvim və Samsung Notes proqramlarından məlumat əldə etmək üçün yeni əməliyyatlar əlçatandır. Məlumat əldə etdikdən sonra siz onu digər şərtlərdə və ya prosedurlarınızda istifadə edə bilərsiniz.
Daha da çox təkmilləşmələr
Siqnalları asanlıqla təşkil edin
Siqnal qrupu ekranında + düyməsinə klikləməklə artıq mövcud siqnalları siqnal qrupuna əlavə edə bilərsiniz. Siz həmçinin bir toxunuşla qrupdakı bütün siqnalları aktiv və ya deaktiv edə bilmək üçün Əsas ekranınızdakı vidjetə siqnal qrupu əlavə edə bilərsiniz.
Təkmilləşdirilmiş proqram bildiriş parametrləri
İndi proqramın bildiriş parametrlərində hər bir proqram üçün ayrıca ekrana çıxan bildiriş üslubunu seçə bilərsiniz.
Yenilənmiş hava vizualları
Hava proqramı indi cari hava şəraitini intuitiv şəkildə anlamağa kömək etmək üçün daha zəngin və real şəkillər təqdim edir.
Qurulmuş Nömrə : S931BXXS5AYG4
Android versiyası : V(Android 15)
Buraxılış Tarixi : 2025-08-19
Təhlükəsiz paket səviyyəsi : 2025-08-01
• Təhlükəsizlik
Cihaz təkmilləşdirilmiş təhlükəsizlik səviyəsi ilə qorunur.
Bu dəyişikliklər modeldən, ölkədən və ya müştəri mühitinin şəbəkə operatorundan asılı olaraq dəyişə bilər.
Qurulmuş Nömrə : S931BXXS5AYF6
Android versiyası : V(Android 15)
Buraxılış Tarixi : 2025-07-23
Təhlükəsiz paket səviyyəsi : 2025-07-01
• Təhlükəsizlik
Cihaz təkmilləşdirilmiş təhlükəsizlik səviyəsi ilə qorunur.
Qurulmuş Nömrə : S931BXXS4AYF2
Android versiyası : V(Android 15)
Buraxılış Tarixi : 2025-06-24
Təhlükəsiz paket səviyyəsi : 2025-06-01
• Təhlükəsizlik
Cihaz təkmilləşdirilmiş təhlükəsizlik səviyəsi ilə qorunur.
Bu dəyişikliklər modeldən, ölkədən və ya müştəri mühitinin şəbəkə operatorundan asılı olaraq dəyişə bilər.
Qurulmuş Nömrə : S931BXXS3AYDA
Android versiyası : V(Android 15)
Buraxılış Tarixi : 2025-05-21
Təhlükəsiz paket səviyyəsi : 2025-05-01
• Təhlükəsizlik
Cihaz təkmilləşdirilmiş təhlükəsizlik səviyəsi ilə qorunur.
Qurulmuş Nömrə : S931BXXU2AYD9
Android versiyası : V(Android 15)
Buraxılış Tarixi : 2025-04-24
Təhlükəsiz paket səviyyəsi : 2025-04-01
• Stabillik və etibarlılıq
Cihazın işləmə qaydası yaxşılaşdırılıb.
• Təhlükəsizlik
Cihaz təkmilləşdirilmiş təhlükəsizlik səviyəsi ilə qorunur.
Qurulmuş Nömrə : S931BXXS1AYC2
Android versiyası : V(Android 15)
Buraxılış Tarixi : 2025-04-03
Təhlükəsiz paket səviyyəsi : 2025-03-01
• Təhlükəsizlik
Cihaz təkmilləşdirilmiş təhlükəsizlik səviyəsi ilə qorunur.
Qurulmuş Nömrə : S931BXXU1AYB4
Android versiyası : V(Android 15)
Buraxılış Tarixi : 2025-02-25
Təhlükəsiz paket səviyyəsi : 2025-02-01
• Funksiyaların ümumi sabitliyi yaxşılaşdırıldı.
• Cihazınızın təhlükəsizliyi yaxşılaşdırılmışdır.